XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 16:05

“Qəddafinin rabitəçisi”: Putin Sarkozinin hakimiyyətə qayıtmasını istəyir –Araşdırma

qed

Liviya Sosialist Ərəb Xalq Cəmahiriyyəsinin lideri Muammər Qəddafi

© RİA Novosti, Aleksey Drujinin

 

Русская служба RFI, 11.11.2016

 

Sağ “Respublikaçılar Partiyası”nın namizədləri – Nikolya Sarkozi də onların içindədir – “Yelisey sarayına həmlə üçün “praymeriz”ə hazırlaşdığı bir vaxtda  KİV keçmiş prezidentin “dostlarından” birinin – işgüzar macərapərəst və Rusiyanın yüksəkçinli məmurlarından birinin qohumu Aleksandr Cuhrinin portretini dərc edir. İstintaqın hesab etdiyi kimi, Sarkoziyə “Qəddafi pulu”nun ayrılmasını məhz Cuhri uzlaşdıra bilərdi…

 

Cuhri – canlı şahid

 

Cuhri hazırda iş dalıncadır, lakin ifadə verməyi qət etsə, Fransanın keçmiş prezidentinin onsuz da bir o qədər nöqsansız olmayan  bioqrafiyasını ciddi şəkildə korlaya bilər.

Muammər Qəddafi və oğlu Saif əl-İslamın Sarkozinin ünvanına dedikləri ittihamı təsdiq etmək üçün fransız xəfiyyələrin hələlik yetərincə sübutu yoxdur. Qəddafilər 2011-ci ildə bildirmişdilər ki, Sarkozi 2007-ci il prezident kampaniyası üçün onlardan pul alıb. Fransa biznes və siyasi elita təmsilçiləri ilə üçüncü dünya ölkələri ararında daha bir fırıldaq vasitəçi Ziad Təkiəddin sonradan bu ittihamı təkrar edib. Müstəntiqlər Təkiəddinin bloknotunda Qəddafinin nazirlərindən biri Şükri Hanəmin ifadəsini tapıblar. Hanəm təsdiq edir ki, 2007-ci il aprelin 29-da Bəşir Saleh (Qəddafinin xəzinədarı) və Bağdadi Əli əl-Mahmudi (Liviya Ali Xalq Komitəsinin baş katibi) ilə nahar zamanı eşidib ki, Sarkoziyə 6 milyon avro göndərilib (Mediapart saytı 2012-ci ildə sənəd dərc edib və sənədə əsasən,  Qəddafi ümumilikdə Sarkoziyə 50 milyon avro ayrılmasına razılaşıb).

Şahid Hanəmi 2012-ci il aprelin 29-da Vyanada Dunayda boğulmuş halda tapıblar. Rəsmi versiyaya görə, o, ürək tutmasından sonra çaya yıxılıb.     

Sonralar Mediapart nəşri WikiLeaks-ə düşmüş və o zamankı dövlət katibi Hillari Klinton üçün hazırlanmış qeydi dərc edib. Qeyddə Hanəmin ölümü “son dərəcə şübhəli” adlandırılıb.

Qaldı ki Qəddafinin keçmiş xəzinədarı Bəşir Salehə, o, 2012-ci ilin yazında Liviyada verilmiş həbs orderindən gizləndiyi Fransaya qaçmağa nail olub. İstintaq hesab edir ki, qaçmaqda ona məhz Aleksandr Cuhri yardım edib.  

 

Fransa siyasi-maliyyə sisteminin törəməsi

 

"Le Monde” yazır ki,  Əhməd Cuhri (sonradan adını dəyişib Aleksandr qoyub) 1959-cu ildə (Paris ətrafında) Sen-Denidə çoxuşaqlı və yoxsul Əlcəzair mühacirlərinin ailəsində doğulub. O, Paris civarındakı şəhərciklərdə cinayətkar çeşidləmədən başlayıb və qorxunc cəsarəti, son dərəcə cazibədarlığı sayəsində var-dövlət toplayıb. O, monarxlar, şeyxlər, diktatorlar və “xalq inqilabının digər liderləri” ilə minlərlə tellə bağlı olan Fransa siyasi-maliyyə sisteminin daxilində görkəmli sima olmaqdan ötrü bu keyfiyyətlərdən istifadə edib.

Cuhri 90-cı illərin ortalarında “Avro-Afrika” və “Avro-ərəb” mifik “informasiya agentliyi” yaradıb və direktor rolunda Afrika ölkələrinin ali dairələrində tanışlıqlar qurmağa başlayıb. (İlk uğur Qəddafi administrasiyasının o zamankı rəhbəri Bəşir Salehlə görüş olub). Cuhri kimi vasitəçilər həm fransız maqnatları, həm də farnsız siyasətçilərinə lazımdır ki, şəxsən qarışmadan “üçüncü dünya”nın işbazları ilə milyardlarlıq sazişlər və bu müqavilələri müşayiət edən əlavə qazanc haqda razılığa gəlsinlər.

Çoxsaylı əlamətlərə görə, Fransa siyasi elitasının Rusiya maliyyə-siyasi rəhbərliyi ilə münasibətləri də eynilə bu cür qurulub. Söz düşmüşkən, Cuhrinin bu sistemlə birbaşa qohumluq münasibəti var: oğlu Jermen Nijni Tagil meri Sergey Nosovun qızını alıb. KİV Nosovu öz növbəsində “Rostex” dövlət korporasiyasının qüdrətli başçısı və Vladimir Putinin ən yaxın çevrəsindəki adam olan Sergey Çemezovun yaxınlarından biri adlandırır.  

 

Putin istəyir ki, “Nikolaya qayıtsın”

 

Cuhri Putinlə dostlaşmaq olmasa da, heç olmasa, görüşmək istəyir. Və Sarkozi ilə Cuhri arasındakı telefon söhbətlərinin açılışına əsasən buna nail olub.

Cuhri 2015-ci ilin yanvarında Fransanın keçmiş xarici işlər naziri Dominik de Vilpenlə birgə səfər etdiyi Moskvadan Sarkoziyə zəng edib. Sarkozi soruşur: “Siz Moskvada neyləyirsinniz?” Cuhri həvəslə cavab verir: “Hər halda para qazanmağa cəhd etmək lazımdır. İşləyirik...” və xahiş edir ki, Putinlə görüşünü təşkil etsin – “tez olsun ki, gözləməyək”.

Bir həftədən sonra – telefonla daha bir söhbət.

Məktubuna görə sağ ol, Aleksandr, – Sarkozi deyir.

Sənin hücuma keçməyin lazımdır, – Cuhri cavab verir.

Putin mənə zəng edərək ad günüm münasibətilə təbrik etdi. Bu, çox yaxşıdır, hə? – Sarkozi davam edir.

-Yox bir! Superdir, – Cuhri cavab verir. – O sənə yaxşı münasibət bəsləyir. Putin. Sənin haqqında dedi: “Nikolyanın qayıdışını səbirsizliklə gözləyirəm (…) Ollanda daha dözə bilmirəm”.

Cuhri bir-iki ay sonra 2015-ci ilin martında istintaqdan şübhəli statusu qazanır və o vaxtdan bəri “Sarkozinin prezident kampaniyasının mümkün Liviya maliyyələşməsi haqda araşdırmanın mərkəzində”dir.

“Le Monde” yazır ki, Cuhri bundan sonra Sarkozi üçün “arzulanmaz dost” olur.

Fakt deyil ki, “dost” hazırda guya Əlcəzairdə gizlənib və Fransaya dönüb müstəntiqlərə nəsə danışmaq istəyir – bu onun özü üçün təhlükəlidir.

Amma ola bilər ki, həlledici səsverməyə qədər (20 və 27 noyabrda sağçılar içində Fransa prezidentliyinə namizədi müəyyən edəcək praymeriz keçiriləcək) KİV oxuculara xatırladacaq ki, Sarkozi “Liviya pulları”nı əldə etməkdən ötrü daha kimlərlə iş görüb.

Bundan başqa, bəlkə, Rusiyanın da pullarını?

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə