XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 19:14

Möhtəşəm Sultan Süleymanı və müasir kompüteri qorxudan tarix –Qiyamət Günü

qiyamet-gunu

Dünyanın sonu, yaxud Axirəz-zaman anlayışı bütün dünya dinlərində mövcuddur. Həm də Qiyamət barədə əqidə təkcə monoteist inanclara xas deyil.

Strateq.az xəbər verir ki, dinlərlə yanaşı, dünyəvi elmlərin nümayəndələri də bəşər tarixinin son günü barədə öncəgörmələrdə bulunublar. İsaak Nyuton onlardan birincisi yox, yalnız biridir.

I minillikdən başlayaraq Axirəz-zamanın müxtəlif “dəqiq tarixləri” açıqlanıb: 33; 666; 900; 999; 1000; 1013; 1033; 1492; 1584; 1666; 1844; 1899; 1900; 2000; 2011 və 2012…

İntizarın hələ nə qədər davam edəcəyi Allahın ixtiyarındadır. Lakin Adəm övladı hələ də öz öncəgörmələrini həmvarlıqları ilə palyaşmaqdadır. Üstəlik, bəzən müqəddəs kitablara, yaxud ayrı-ayrı Allah elçilərinə istinad edərək, bəzən də səmadakı anomal hallardan nəticə çıxararaq.

İlk minilliyin başlanğıcında…

…I əsrdə Fələstindəki bir icma artıq Qiyamətin yetişməsi inamında idi.

400-cü ildə xristian ilahiyyatçısı Turlu Martin də bu əqidəyə əsasən yazırdı: “Heç bir şübhə yoxdur ki, Dəccal artıq dünyaya gəlib…”

793-cü il aprelin 6-da dünyada Qiyamət qopmalı və İsa Məsihin dirilişi baş verməli idi.

1000-ci il 1 yanvar tarixi Roma Papası II Silvestrin hesablamalarına görə, Məşhərin başlanğıcı olmalıydı.

1033, 1260-cı illər Müqəddəs Ruhun hakimiyyəti başlamalıydı.

1492-ci ildə, Xristofor Kolumb yeni qitəni kəşf etdiyi çağda dünyanın 7 min yaşının tamam olması əqidəsində olan xristianlar Qiyamətin intizarında idi.

1500-cü illərdə də bütün Qərb Dünyası eyni təlaşı keçirirdi.

1524-cü ildə alman astroloq və riyaziyyatçısı Yohannes Ştoffer bir il sonra Dünyanın Sonunun baş verəcəyini açıqlayıb.

1533-cü ildə başqa bir alman riyaziyyatçısı – Mixael Ştifel eyni söz söyləyib.

1500-cü illərin sonunda Sultan Süleyman da eyni gözlənti içində idi. İslam tarixinin min illiyi tamam olurdu. Həmin çağda “Möhtəşəm” ləqəbli Osmanlı padşahı heç bir hərbi səfərə çıxmayıb.

Tarixçilərin bir çoxu hicri 1000-ci il ərəfəsində Süleymanın günü ibadətlə keçirməsini və zöhd sahibi olmasını xüsusi qeyd edir.

1648-ci ildə Osmanlının yəhudi təbəəsi ravvin Şabtay Svi artıq Qiyamətin yetişdiyini bəyan edib.

1688-1700-ci illər şotland riyaziyyatçısı Con Neperin öncəgörmələrində bəşərin sonu idi.

1774-cü il mayın 8-də planetlərin paradı insanların canına birə salıb.

1848-ci il Rumıniyada hamı göy üzünü təlaşla seyr edib.

1900-cü ildə Rusiyada “Qırmızı Ölüm” sektasının üzvləri “Qiyamət yetişib” deyə özlərini yandırıb.

XX əsrin 1914, 1918, 1945, 1954, 1960, 1970, 1975, 1993 və s. İllərində neçə-neçə xristian sektasının rəhbəri Axirəz-zaman proqnozları verib.

1999-cu ildə 2000-ci ilin başlanması ilə kompüter proqramlarının sönəcəyi barədə qorxular, həm də dünyanın sonu anlamı verirdi.

2000-ci ildə planetlər paradı da insanları yenidən qorxutdu.

2012-ci ildə mayya təqvimi ilə dekabrın son günlərində Qiyaməti gözləyənlər az deyildi.

…Tarix hələ davam edir.

M.Rzasoy

 




Yuxarı Əvvələ Ana Səhifə