XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 15:17

Madaqaskar: “Yəhudilərin ikinci dövləti” –Tarixin oxunmamış səhifəsi (FOTOLAR)

madaqaskar1  

Yəhudilərin Fələstinə köçündən çox-çox əvvəl Avropa dövlətləri bu xalqın nümayəndələrinə dünyanın fərqli-fərli coğrafi nöqtələrində dövlət yaratmağı təklif ediblər.

Strateq.az xəbər verir ki, hələ XIX əsrin sonlarında Avropada tüğyan edən yəhudi talanları və İsrail nəslinə qarşı etirazlar siyasi-diplomatik müstəvidə, habelə ictimai qurumlar səviyyəsində müzakirələr doğurmuşdu.

Çeşidli seçənəkləri təklif edilir və yəhudi icmalarının baxışına verilirdi. Yəhudilərə yeni vətən yaratmağa dair ilk konkret plan 1903-cü ildə açıqlandı.

“Uqanda planı” adlanan bu layihənin müəllifi Britaniya hökumətinin koloniyalar naziri Cozef Çemberlen olub. Sionist hərəkatına müasir Keniya ərazisində Uqanda dövləti yaratmaq təklif edilirdi.

Teodor Hersel – beynəlxalq sionist hərəkatının lideri bu təklifi dəstəklədi. Lakin rusiyalı yəhudi liderləri ona qarşı çıxdı. Bununla belə, xüsusi komissiya yaradıldı və Afrikaya səfər edən nümayəndələr ərazinin məskunlaşma üçün münasib olmaması qərarına gəldilər.

İkinci belə bir plan Üçüncü Reyxdə yarandı. Əslində, onun tarixi “Uqanda planı”dan da yaşca böyük idi.

“Madaqaskar planı” adlanan bu layihə Almaniya ilə bərabər, Fransa hökumətində də müzakirə edilirdi. Avropanı yəhudilərdən xilası üzərində düşünən fransalı siyasətçilərin ideyasını Adolf Hitler iqtidarında daha ciddi yanaşdılar.

“Madaqaskar planı” yəhudilərin Fransanın eyniadlı müstəmləkəsində məskunlaşdırılmasını nəzərdə tuturdu.

Yeri gəlmişkən, bu ideya 1930-cu illərdə Polşa hökumətinə də xoş gəlmişdi. 1937-ci ildə rəsmi Varşavanı təmsil edən nümayəndələr Madaqaskar adasına da yollanmışdı.

Qara qitənin cənub-şərqindəki ada yəhudilərin məskunlaşması üçün təsadüfən seçilməmişdi. Belə ki, qədim yəhudilərin Madaqaskarda məskunlaşmasına dair yarıelmi iddialar və əfsanələr mövcuddur. Bir çox xristian missionerləri və adaya müxtəlif illərdə səyahət etmiş avropalı səyyahlar Madaqaskarın şərqində özünü “Zafy Ibrahim”, yəni “İbrahimin nəsli” adlandıran qəbilələr barədə maraqlı məlumatlar qeydə alıblar. Bu qəbilələrin bəzi adətləri belə, məsələn, sünnət edilmə, qurban kəsmə söylənənlərə əyani sübutdur.

“İbrahimin nəsli”ndən olanlar övladlarına yəhudi adları verir. Bununla bərabər, danışdıqları dilin ərəb və yəhudi dillərinin ciddi təsirinə məruz qalması da danılmazdır.

15-ci əsrdə isə Ərəbistandan Madaqaskara qaçmış bir yəhudi ravvin barədə əfsanələr indi də yaşamaqdadır.

Üçüncü Reyxin dövlət xadimləri ötən əsrin 40-cı illərində “Madqaskar planı”nı tam şəkildə həyata keçirəcəkdilər. Lakin həmin ərəfədə ada faşistpərəst Vişi hökumətinin nəzarətindən çıxdı və ideya suya düşdü.

M.Rzasoy

madaqaskar

madaqaskar1

madaqaskar2

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə