XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 18:08

ABŞ-a gizli gedən, qadına görə geri dönən Trampın babasını Almaniyadan qovublar –Arxiv sənədləri

tramp-44

ABŞ-in yeni prezidenti Donald Trampın babası 1905-ci ildə Almaniyadan deportasiya edilib.

Strateq.az xəbər verir ki,  bu barədə Almaniyanın "Bild" qəzeti məlumat verib.

Məlumata görə, arxivlərdə Trampın babası Freydrix Trampın deportasiya edilməsini təsdiq edən sənəd və yazışmalar var:

"Freydrix Trampın ölkədən xaric edilməsi ilə bağlı Rheinland-Pflaz əyalətindəki arxivdən 27 fevral 1905 -ci il tarixinə aid sənədlər tapılıb. Həmin sənədlərə görə, Dürkheymin icra orqanı Kallstadt bələdiyyəsinə məktub göndərərk, Amerika vətəndaşı, pensiyaçı Freydrix Trampın mayın 1-dək Aımaniyadan deport edilməsini tələb edib".

Məlumatada o da qeyd olunur ki, baba Tramp Almaniya qanunlarına uyğun olaarq, qeydiyyatı aparmadan, hərbi xidmət keçmədən 1885-ci ildə ABŞ-a gedib. Bir müddət sonra isə o, geri dönərək, Almaniya vətəndaşlığını almaq istəyib: 

"Məhz ABŞ-a getdikdən sonra zəngin olan baba Tramp 1901-ci ildə Almaniyaya dönüb. O, bir il sonra Elizabet adlı qadına aşiq olaraq, evlənib. Bundan sonra yenidən ABŞ-a gedib. Ancaq ailəsinə görə yenidən Almaniyaya qayıdan Freydrix Tramp burada yaşamaq üçün rəsmi icazə almaq istəyib. Lakin onun bütün müraciətləri rədd olunub. 

Az sonra isə ona Almaniyanı tərk etmək tələbi qoyulub.  

Beləliklə, o, 1905-ci ildə ailəsi ilə Almaniyadan ABŞ-a köçməyə məcbur qalıb. ABŞ-a, Nyu-Yorka yerləşdikdən 3 ay sonra isə hazırkı prezident Donalld Trampın atası dünyaya gəlib".

Məlumatda o da deyilir ki, ABŞ-a köçəndən sonra Donald Trampın babası adını da dəyişib: "Freydrix Tramp adını "Frederik Tramp" olaraq dəyişdirib".

F.ƏHMƏD