XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 15:56

ABŞ-ın hegemonluğu: “Bu rolu başqa heç bir dövlət oynaya bilməz” –"The Telegraph" yazır

abs teh esas

2-ci Dünya Müharibəsindən sonra dünyada sülh və firavanlığı təmin edən "Pax Americana", yəni Amerika nizamı, qloballaşma, Çinin yüksəlişi və Rusiya revanşizminin təsiri altında çətinliklərlə üzləşib

Bu barədə "The Telegraph" yazır.

Məqalədə deyilir ki, Donald Trampın seçilməsi, Britaniyada Brexit və Avropa boyunca yüksələn populizm ümumiyyətlə Qərb dünyasının başı üzərinə qeyri-müəyyənlik gətirib.

"The Telegraph" bu mövzuda ABŞ-da tanınmış politoloq Ian Bremmerlə söhbət edib.

Bu, həmin Bremmerdir ki, G7, G8, G20 və sairin analogoiyası ilə G-Sıfır, yəni konkret lideri olmayan dünya terminini yaradıb.

Bremmer "bütün bunlardan nə qədər narahat olmalıyıq" sualına, "beynəlxalq miqyasda çox narahat olmalıyıq" cavabını verir.

Politoloqa görə, superdövlət olmağın belə bir xüsusiyyəti də var ki, başqalarının sənə edə bilmədiyini özün edirsən.

"The Telegraph" yazır ki, ABŞ daha əvvəllər malik olduğu nüfuza malik deyil və üstəlik də Amerika seçicisi Trampa səs verməklə ölkəsinin "dünya jandarmı", dünya ticarətinin memarı və qlobal dəyərlərin müdafiəçisi olmasını istəmədiyini bildirib:

"Problem də budur ki, bu rolu başqa heç bir dövlət oynaya bilməz. Yəni amerikalılar bu işi görməsələr, başqa heç kim görməyəcək. Ən böyük kinayə budur ki, dünyanın ümumi vəziyyəti indi hər zaman olduğundan daha yaxşıdır. 1990-cı ildən bəri biz 1, 3 milyard insanı kəskin yoxsulluğun girdabından çıxarmışıq!".

Prezident Barak Obamanın irsi barədə suala cavab verərkən Bremmer deyib ki, Obamanın xarici siyasətdəki irsi elə indidən çat verir.:

"Avropa ilə Ticarət Müqaviləsi bağlanmayıb, Paris sazişi onsuz da artıq gecikmişdi, ruslarla münasibətləri yenidən işə salmaq siyasəti onun ən böyük uğursuzluqlarından biridir. İndi Trump bu sazişi ləğv etmək və ruslarla dost olmaq istəyir".

Bremmer deyir ki, Obama-nın prezidentliyi dövründə ABŞ-ın Avropa ilə münasibətləri son 70 ildə ən aşağı həddinə çatmışdı. Lakin İranla saziş ayrıca qeyd olunmalıdır. Tramp bunu ləğv etmək istəsə də, ABŞ-ın müttəfiqləri, yeri gəlmişkən elə ruslar buna imkan verməyəcəklər.

Şimal alyansına gəlincə isə, o da artıq son illərdə xeyli zəİfləmişdi və belə görünür, Trampın dövründə lap zəifləyəcək. Bremmer bu qənaətdədir ki, hətta Fransada Le Penin qələbəsi də Avropa İttifaqını dağıtmayacaq, lakin onun supermilli dövlət olmaq ambisiyasına son qoyacaq.

Politoloq deyib ki, bütün dünya boyunca qloballığın təcəssümü olan BMT-nin rolu daha da zəifləyə bilər.

Söhbət ilk öncə Trampın prezidentliyi dövründə BMT-nin büdcə ixtisarı ilə üzləşə biləcəyindən gedir. Dünya ticarəti daha da parçalanacaq, ABŞ-ın müttəfiqləri yaxın 4-8 ildə ondan uzaqlaşmağa başlayacaqlar.

"Biz artıq müşahidə edirik ki, Çin hazırda real pul və qlobal strategiyanın sükanı arxasında dayanmağa başlayıb. Çin tezliklə dünyanın ən böyük iqtisadiyyatı olacaq, amma o eyni zamanda avtoritardır və dövlət kapitalistidir. Bu, misli görünməmiş vəziyyətdir. Bu, azad bazarın sonu, qarışıq qlobal iqtisadiyyatın başlanğıcıdır" – Bremmer deyib. (BBC)




Yuxarı Əvvələ Ana Səhifə