XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 19:17

İran şahzadəsi, nəhəng çiyələk və sovet ordeni… –FOTO, VİDEO

iran-sahzadesi

Yaşlı nəsil "Qırmızı Əmək Bayrağı" ordenini yaxşı xatırlayır. 1928-ci ildə təsis edilmiş bu mükafatın sahiblərindən biri də İranın son xanədanlığı olan Pəhləvilərin təmsilçisidir.

Strateq.az xəbər verir ki, şahzadə Əşrəfin "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilməsinin maraqlı tarixçəsi var.

1946-cı ildə İosif Stalinin dəvəti ilə Moskvaya rəsmi səfərə sülalə təmsilçisi xüsusi statusla gəlmişdi.

"Qırmızı Şir və Günəş" Cəmiyyətinin sədri kimi onu qarşılayan sovet rəhbərləri şahzadə Əşrəf üçün xüsusu iqamətgah da ayırmışdı.

SSRİ paytaxtındakı "Arxangelsk" malikanəsində şahzadənin gəlişi böyük təmtəraqla qeyd olundu. Zarafat deyil, sovet aqranomları Əşrəf üçün xüsusi çiyələk növü də yetişdirmişdi.

26 yaşlı şahzadənin SSRİ-yə gəlişinin əsl səbəbi o zaman açıqlanmırdı. Lakin sovet arxivlərində bu təşrifatın məqsədi aydın şəkildə göstərilməkdədir: "İran Azərbaycanında qurulmuş Pişəvərinin demokrat iqtidarı".

Görünür, can alan baxışlı şahzadə İosif Stalin kimi polad iradəli siyasətçini əridə bilmişdi. İki ölkə arasındakı böranlı mətləb çözülmüşdü ki, sonda şahzadə xüsusi xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni ilə də təltif olundu.

M.Rzasoy

Strateq.az