XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2016 - 12:55

Vətəndaş müraciətlərinə baxılmasında problemləri necə həll etməli? –Təkliflər

vetendash-muracieti-4-16

Vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılması böyük əhəmiyyətə malikdir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd edilməlidir.

Yeni qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilmiş, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir.

Bununla belə vətəndaş müraciətlərinə baxılması ilə bağlı praktikada bir sıra problemlər qalmaqdadır və onların həlli üçün müvafiq işlər davam etdirilməlidir. 

Bu məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi ""Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası  Qanunun təbliği" layihəsi çərçivəsində bir sıra tövsiyyələr hazırlanıb. Layihə ekspertləri aşağıdakı məsələlərə diqqət yetirilməsini tövsiyyə edirlər:

  1. Vətəndaş müraciətlərinə baxılmasına görə qanunvericiliyin pozulması üçün daha sərt sanksiyalar müəyyənləşdirilməsinə ehtiyac var.  Vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manat məbləğində, hüquqi şəxslərin isə  200 manat məbləğində cərimə olunmasını nəzərdə tutan yeni maddənin  İnzibatı Xətalar Məcəlləsinə təklif olunması yetərli deyil. Bu sanksiyalar qanunvericiliyin pozulmasına görə kommersiya qurumları və QHT-lər üçün nəzərdə tutulan sanksiyalardan dəfələrlə azdır. Sanksiyaların məbləğinin az olması isə ciddi məsuliyyət tədbiri üçün yetərli deyil.
  1. “Vətəndaşların müraciətləri haqqında” qanunun 6.9-cü maddəsində qeyd olunur ki, “Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir”.  Nəzərə alınmalıdır ki, heç də bütün vətəndaşlar müraciətdə təklif və ya tələbini aydın ifadə edə bilmir.   Eyni zamanda  bu müraciətin ünvanlandığı subyektə müraciətə baxmamaq üçün subyektiv əsaslar yara bilər. Buna görə, bu maddədə müraciətin yalnız oxunaqlı olması tələbinin qoyulması məqsədəuyğun olardı.  Əks halda vətəndaşlar  müraciətləri  başqalarına yazdırmağa məcbur ola bilərlər, bu isə vətəndaşın müraciət yazılmasına görə ödənişlər etməsi ilə nəticələnir.
  1. Vətəndaşların qəbulu zamanı bir çox hallarda adı vətəndaşların qəbulu cədvəlində göstərilən vəzifəli şəxs qəbulda iştirak etmir. Bunun qarşınının alınması üçün “Vətəndaşların müraciətləri haqqında” qanununda bu məsələdə vəzifəli şəxslərin məsuliyyətini artıracaq əlavə müddəalara ehtiyac var.
  1. Vəzifəli şəxslərin vətəndaşların qəbulu üçün ayrılan vaxt bir çox hallarda qəbula düşmək istəyən şəxslərin sayına adekvat olmur. Bu səbəbdən vətəndaşlar dəfələrlə qəbula yazılsalar da, onların qəbula düşməsi çox uzanır. Bu məsələyə diqqət yetirilməsi və zəruri tədbirlər görülməsi təklif olunur.
  1. Vətəndaşların vətəndaş müraciətləri ilə bağlı qanunvericilik barədə maarifləndirilməsi üçün Ədliyyə Nazirliyinin regional idarələri, İnsan Haqları üzrə Müvəkkilin regional şöbələrinə bu mövzuda maarifləndirici tədbilər keçirilməsi tövsiyyə olunmalıdır. 

Strateq.az