XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:58

“Neftçi”nin heyfini Mirzə Fətəlidən çıxdılar –Qəzada həlak olmuş futbolçular

paxtakor-abide

Futbol klublarının müxtəlif qəzalarda həlak olmasına daha çox XX əsrdə rast gəlinib.

Braziliya klubu, bu mənada, yeni minilliyin ilk “qaranquş”udur. Tarixə nəzər yetirdikdə isə havada ölümlə ilk dəfə üz-üzə gələn “Torino” klubunun üzvləri olub.

Strateq.az futbol klublarının “qara günləri”ə işıq salır. 1949-cu il mayın 4-ü göyərtəsində “Torino” futbolçularının olduğu təyyarə Turin şəhəri yaxınlığında qayaya çırpılıb. İngilis məşqçi Lesli Livsi ilə birgə 18 futbolçu həlak olub.

Buna qədər “Torino” İtaliya “A” seriyasının dördqat çempionu olub. Faciəyə qədər klub çempionatın lideri idi və rəqiblərini 4 xal qabaqlayırdı. 1958-ci il fevralın 6-ı “Mançester Yunayted” üçün qara günə çevrilib. Münhendən havaya qalxarkən baş verən qəzada 8 futbolçu ölüb. Belqradın “Srvena zvezda” klubu” ilə görüşdən qayıdan “MY” Avropa Çempionlar Kubokunun yarımfınalına çıxmışdı.

1960-cı il iyulun 16-ı Danimarka millisinin olduğu təyyarə qəzasında da eyni sayda futbolçu həyatla vidalaşıb.

Bir il sonra, aprelin 3-də Çilinin “Qrin Kross” klubu bütünlüklə (24 nəfər) dağlarda məhv oldu.

1969-cu ildə Boliviyanın ən populyar klubu olan “”Strongest” də And dağlarında “itdi”.

1970-ci il dekabrın 31-də İspaniyaya yollanan Əlcəzairin “Eyr-Likvid” komandası eyni aqibətlə qarşılaşdı.

11 avqust 1979-cu il Özbəkistanın “Paxtakor” futbol klubu üçün qara gəldi. Minskə istiqamət götürmüş Tu-134 təyyarəsi oxşar hava gəmisi ilə toqquşdu.

Yeri gəlmişkən, həmin il Bakıda “Paxtakor” “Neftçi”ni rüsvayçı məğlubiyyətə uğratmışdı. Ard-arda məğlubiyyətlərdən hiddətlənən azarkeşlər şəhərdə əsl iğtişaş yaratdılar. Hiddətlənmiş kütlə Mirzə Fətəli Axundzadənin heykəlini aşırdılar.

1987-ci ildə “Alyansa Lima” klubu (Peru) üzvlərinin uçduğu təyyarə dənizə düşdü. Klub üzvləri ilə birgə azarkeşlər qrupu da həlak oldu. 1989-ci il iyunun 7-də Surinam əsilli Hollandiya futbolçuları (23 nəfər) “qara siyahı”nı davam etdirdi. Zambiya yığması Seneqalla matçdan sonra, 1993-də bütünlüklə “radardan itdi”.

Və nəhayət, 28 noyabr 2016. “Şapekoence” Braziliya klubu…

Növbədə görən kimlər var?

M.Rzasoy

teyyare-qeza

feteli

 

 




Yuxarı Əvvələ Ana Səhifə