XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 16:40

Dünya aviadaşıyıcılarının ən yaxşıları- “Qaynar onluq”

a

Global Conflict (ABŞ), 07.12.2016

 

Global Conflict kanalının versiyasına görə, “qaynar onluğa” Hindistan, Çin, Fransa, Böyük Britaniya, Rusiya və ABŞ-ın həm hələ inşa edilən, həm də silahlanmada duran “üzən aerodromlar” daxildir.

ca

Cavour – İtaliya HDQ aviadaşıyıcısı. 2009-cu ildən sıraya qəbul edilib. Aviasiya qrupu: 8 AV-8B Harrier II təyyarəsi və 12 helikopter. Artilleriya: iki ədəd 76 mm-lik “Super Rapid” qurğusu, 3 ədəd 25 mm-lik “OTO Melara” qurğusu. Raket silahı: 4 “Silver” A43 qurğusu. Heyət: 528 nəfər.

san

São Paulo –  Braziliya HDQ aviadaşıyıcısı. Fransa HDQ-nin  “Klemanso” tipli keçmiş “Foş” aviadaşıyıcısı”. Suiya 1960-cı il iyulun 23-də buraxılıb, 2000-ci ildə Braziliya HDQ-ə verilib. Zenit artilleriyası: 2 ədəd 40 mm-lik “Bosfors” qurğusu, 5 ədəd 12,7 mm-lik pulemyot. Raket silahı: 2 “Albatros” ZRK. Aviasiya qrupu: 14 A-4 Skyhawk təyyarəsi, 9-11 helikopter. Heyət: 1220 nəfər.

vi

Vikrant – Hindistan HDQ-nin aviadaşıyıcı, suya 2015-ci ildə buraxılıb, təxminən, 2018-ci ildə sıraya qəbul ediləcək. Aviasiya dəstəsi: 12-14 MiQ-29K təyyarəsi, Ka-28, Ka-31, HAL Dhruv helikopterləri. Heyət: 1400 nəfər.

vik

Vikramaditya – Hindistan HDQ-nin aviadaşıyıcısı. “Admiral Qorşkov” ağır aviyaaparan kreyserinin əsasında inşa edilib. Modernləşdirməni Severodvinskdəki maşınqayırma müəssisəsi yerinə yetirib. Gəmi 2013-cü il noyabrın 16-da Hindistan HDQ-ə təhvil verilib. Aviasiya dəstəsi: 14-16 MiQ-29K, 4 MiQ-29KUB, onadək Ka-28, Ka-31, HAL Dhruv helikopterləri. Heyət: 1600 nəfər.

li

Liaoning – Çin  XAO aviadaşıyıcısı. Sovet “Riqa” aviadaşıyıcısı əsasında inşa olunub. 2012-ci ildə Çin XAO tərkibinə daxil edilib. Zenit artilleriyası:3 ədəd 11-30 mm-lik Tupe 1130. Raket silahı: 3 ədəd 18 gülləli PU PLUR. Sualtı qayıq əleyhinə silah: 2 ədəd 12 gülləli Pu PLUR. Aviaisya dəstəsi: 24-ədək Shenyang J-15 qırıcısı, 12 helikopter. Heyət: 1980 nəfər.

ad

“Admiral Kuznetsov” – Rusiya HDD-nin ağır aviadaşıyıcı kreyseri, 1991-ci ildə sıraya qəbul edilib. Böyük suüstü obyektlərin vurulması, dənin birləşmələrinin mümkün düşməndən qorunması üçün nəzərdə tutulub. Zenit artilleriyası: 6 ədəd 6 AK-630. Raket silahı: 12 “Qranit” RƏM GƏRK, 4 ədəd “Kortik” 2 ZRAK, 4 ədəd “Xəncər” 6 RƏM ZRK. Aviasiya dəstəsi: 50 təyyarə və helikopter. Heyət: 1980 nəfər.

ch

Charles de GaulleFransa HDQ aviadaşıyıcısı, Fransanın ilk atom güc qurğusuli suüstü döyüş gəmisi. 2001-ci ildə istismara daxil edilib. Silahlanma radioelektron mübarizə aparma qüçün avadanlııq, HHM komplekslərini ehtiva edir. Aviasiya dəstəsi: 40 təyyarə və helikopter. Heyət: 1200 nəfər.

qu

Queen Elizabeth – indi fəaliyyətdə olan yüngül aviadaşıyıcıları əvəzləyəcək İngiltərə aviadaşıyıcılarının növü. İndiki anda 2 HMS Queen ElizabethHMS Prince of Wales inşa olunur. Aviasiya dəstəsi: 40 təyyarə və helikopter. Heyət 1500 nəfər.

nim

Nimitz class – Nüvə güc qurğulu Amerika aviadaşıyıcısı. Nimitz aviadaşıyıcısı dünyada ən böyük hərbi gəmidir. Aviadaşıyıcı zərbə qrupları tərkibində fəaliyyət və böyük suüstü obyektlərin vurulması, hərbi-dəöniz birləşmələrinin hava hücumundan müdafiəsini təmin etmək, həmçinin hərbi-hava əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub. Zenit artilleriyası: 3 və 4 20 mm-lik AQ Mk 15 və yaxud ASMD. Raket silahı – 16-24 “Сi Sparrou” RƏM. Aviaisya qrupu: 64 təyyarə və helikopter. Heyət: 3200 nəfər gəmi komandası və aviadəstənin tərkibində 2480 nəfər.

]The aircraft carrier USS Gerald R. Ford CVN 78, is represented here in a combination model and live shot digital photo illustration.  The ship is the first in a new class of nuclear-powered aircraft carriers, for the US Navy under construction at Newport News Shipbuilding.

Пerald R Ford class – çoxtəyinatlı ABŞ atom aviadaşıyıcısı tipi. 2009-cu ildən inşa olunur. Raket silahı: ESSM RƏM və raket əleyhinə RIM-116. Aviasiya qrupu: 75 təyyarə və helikopter. Heyət: 2700 nəfər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə