XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 14:26

Milyarder Corc Sorosun Avropa qaraçılarına sevgisinin altında nələr yatır? –Araşdırma

q

Ture-Yarl Bilenber

Steigan blogger (Norveç), 18.12.2016

 

Çoxlu qeyri-hökumət təşkilatları (QHT) Avropa qaraçıları arasında iş aparır.  Corc Sorosun adı burada tez-tez üzə çıxır. O, qaraçı deyil, dünyada ən varlı adamlardan biridir. O, dünyanın böyük ərazilərində siyasi hakimiyyət əldə etmək üçün puldan istifadə edir, iğtişaşları maliyyələşdirir, münaqişələr yaradır, hökumətləri devirir, həmçinin Avropa qaraçı təşkilatlarını maliyyələşdirir və bunun üçün yüz milyon dollardan çox pul ayırıb. Bu, qaraçıların əksəriyyətini sual etməyə məcbur edir. “Biz onun nəyinə lazımıq? O bizdən necə faydalanmaq istəyir?”

Maykl Smit “O nevo drom” (Yeni yol) məqaləsində Soros haqda sıradakını yazıb: “…Sorosun qaraçı xalqının məsihası və xilaskarı olduğuna inanmaq əvəzinə əvvəlcə Corc Sorosun kim olduğuna diqqət yetirməli və nəyi təmsil etdiyinə ciddi fikir verməliyik. O və fondu “Açıq Cəmiyyət İnstitutu”nun (Open Society Institute)  nəyi bəyan etdiyindən asılı olmayaraq bütün bunları təmiz qəlblə etmir… Corc Soros ən qatı spekulyantdır və nə etdiyini dəqiq bilir. O, başqa bir fəaliyyəti ört-basdır etmək üçün qaraçılardan və İnteqrasiya Onilliyindən  yararlanır. Bunu üzə çıxaranda onun nəyə nail olmaq istədiyini başa düşürük”.

 

Kavçinskinin açıq məktubu

 

Qaraçıların rəhbəri Rudko Kavçinski bu sualın cavabına daha da yaxınlaşmaqda bizə yardım edir. Kavçinski 2015-ci il 26 mart açıq məktubunda yazır ki, Soros 1996-cı ildə onunla təmasa girib və yardım istəyib. Kavçinski 1997-ci ildə Budapeştdə Sorosun nəzarətindəki Open Society Institute-nun (Açıq Cəmiyyət İnstitutu) proqram direktoru kimi işə başlayıb. O orada işləyərkən o zaman çox nüfuzlu The Roma Program (Qaraçı proqramı), European Roma Rights Centre (Qaraçı hüquqlarının Avropa mərkəzi, ERRC), Brüsseldə The Roma Information Centre (Qaraçı informasiya mərkəzi) və Romada Education Fund (Qaraçı təhsil fondu) qurub. Lakin məktubda deyilir:

“Bu təşkilatlar qaraçıların rəhbərlik edəcəyi və fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməli olan müstəqil qurum olmalıydı. Ancaq fəaliyyətə başlayandan dərhal sonra etiraf etməyə məcbur oldum ki, müstəqillik barədə də söhbət də yoxdur. Bu təşkilatlara ABŞ-dakı Soros Foundation tərəfindən nəzarət edilib və edilir və heç bir halda qaraçı təşkilatları deyil”.

Kavçinskinin fikrinə çoxları şərik çıxır. Belorus qaraçı hüquqşünaslar təşkilatının rəhbəri Nikolas Kalinin artıq 2010-cu ildə danimarkalı Folketinqə məktubunda yazırdı:

“Durum bu cürdür ki, AB-də qaraçı siyasətini bizim əvəzimizə Corc Soros müəyyən edir, biz isə yatırıq. Corc Soros məlumat toplayır, qaraçılar isə yatıblar. O, sabah nə etmək qərarındadır? Qaraçı xalqının ac Sorosdan qorunması üçün sizin himayəniz tələb olunur”.

 

Hüquqşünasların hakim mövqe tutduğu idarə

 

Sorosun qaraçılar ətrafındakı şəbəkəsində əsas yeri amerikalı Robert Kaşen tutur. O, Kolumbiya universitetinin hüquq fakültəsini bitirib, Harvard kollecində Rusiya və Sovet İttifaqı üzrə mütəxəssis kimi bakalavr dərəcəsi alıb. 1991-1996-cı illər dövründə Dövlət Departamentində kontrterrorizm şöbəsinin müşaviri işləyib və sonralar Open Society Institute-da bir sıra vəzifələr tutub. 2011-ci ilin sentyabrından European Roma Rights Centre (Avropa qaraçı hüquqları mərkəzi, ERRC) idarə heyətinin sədridir. Bu, Avropada qaraçıların hüquqlarının tapdanmasına qarşı və bərabər hüquqları uğrunda mübarizə aparmalı olan təşkilatdır. ERRC-in Avropa Şurasında, BMT İqtisadi və Sosial Şurasında məşvərət statusu var və işinə görə bir sıra mükafatlar alıb.

ERRC idarə heyətinin başqa bir üzvü həm də Budapeştdə Robert Kaşenin idarə heyətinin sədr müavini işlədiyi Roma Education Fund-da (Qaraçıların təhsil fondu) ali təhsil proqramını aparan Dan Pavel Doqidir. Roma Education Fund Corc Soros və Ümümdünya Bankı tərəfindən 2005-ci ildə təsis olunub. Doqi Malta universitetində diplomatik təhsil alıb və Budapeştdə Kolumbiya universitetinə işləyib. Heyətin üçüncü üzvü amerikalı hüquqşünas Ceyms A. Qoldstondur, onunla birgə Nyu-Yorkdakı Spences Cox Sağlamlıq Mərkəzində maliyyə planlaşdırması üzrə baş direktor, amerikalı qadın Ebigeyl Smit çalışır. Ebigeyl Smit Çikaqo universitetində təhsil alıb.

Sorosun maliyyələşdirdiyi Avropa mərkəzi universitetinin qaraçı məzunların hazırlıq proqramını (Roma Graduate Preparation Program) 2006-cı ildə bitirmiş makedoniyalı hüquqşünas İdaver Memedov da London Kinqs kollecinin məzunu, macarıstanlı hüquqşünas Lilla Farkaşla bərabər idarə heyətinin üzvüdür.

ERRC-nin özünü sənədlərinə görə, təşkilata qaraçılar rəhbərlik edir.

 

Pərdə?

 

Maykl Smit deyir: “Soros papa Rusiya istisna olmaqla guya keçmiş sovet bloku ölkələrinin qaraçıları üçün işləyir və Rumıniya, Bolqarıstan, keçmiş Çexoslovakiya kimi ölkələrdə və sovetlərin digər satellitlərində olduqca güclü siyasi nüfuz sahibidir, çünki layihələrə ayrılan bütün pullar yalnız müəyyən şərtlərlə alına bilər. Sorosa bu ölkələrdə siyasi nüfuz və səlahiyyət verən şərtlərlə. Və o, qaraçılara yardım göstərdiyini iddia edərkən qaraçı xalqından pərdə kimi yararlanıb nəsə tamam başqa bir iş görür”.

Rudko Kavçinski daha kəskin danışır:

“Məndən Avropada qaraçı radikalizminin gücləndirilıməsi üşün istifadə etmək istədikləri aydınlaşandan sonra əməkdaşlıqdan imtina etdim və işimi buraxdım. Sorosun “Qaraçı proqramı” o vaxtdan bəri “gənc intellektual qaraçıların” ələ alınması məntəqəsi olub və ABŞ kəşfiyyat mərkəzlərinin tələblərini yerinə yetirir”.

 

İtirilmiş onillik?

 

Sorosun maliyyələşdirdiyi qurumların bu qədər güclü nüfuzunun əsas  səbəbi qaraçıların həyatının yaxşılaşdırılması üçün AB-nin yürütdüyü siyasətin tam iflası və Avropa Birliyinin bu məqsəd üçün ayırdığı pul vəsaitinin tam effektsiz şəkildə sərf edilməsidir.

Rumıniyalı qaraçı fəal Valeriu Nikolaye öz bloqunda yazır: “AB-nin qaraçıları inteqrasiya layihəsi ümumən və bütünlüklə iflasa uğrayıb. İflasa heç kim etiraz etmir, müzakirələrdə söhbət ancaq bundan gedir ki, bu iflas nə dərəcədə böyükdür. Layihədə praktik işləyənlərin fikri “fəlakətli”-dən “məhdud”a qədər dəyişilir”.

Nikolaye göstərir ki, QHT-lərdə səs hüququ olanların əksəriyyəti öz problemlərinə bələd olan qaraçılar deyil, pul kisəsinin üstündə əyləşənlər, yəni donorlar səs hüququna malikdir.

“Donorların böyük əksəriyyəti QHT-lərlə ünsiyyət vaxtı özünü təkəbbürlü aparır. Donorlar öz gündəliklərini problemsiz yeridə bilir, az-az QHT-lər donorların yalnış siyasətini açıq tənqid etməyə cürət edir. Tənqiddənsə donora itaətkarlıq xeyli dərəcədə praqmatik mövqedir. Donorun siyasətinə münasibətdə tənqidi mövqe tutmaq hiyləgər yanaşma deyil, daha çox intihardır. Tənqid yüz faiz bəraətli olsa da, donor təşkilatları tənqidlə üzləşərkən dərhal müdafiə mövqeyi tutur… Bir qayda kimi hər şey bununla bitir ki, onlar daha “üzüyola” təşkilatlara pul verirlər”.

Elmi əməkdaş Martin Kovaç da eyni halı müşahidə edib: “Donorlardan asılılıq və yerli səviyyədə dəstəyin olmaması buna səbəb olur ki, qaraçı təşkilatlarını fırlatmaq asanlaşır və onlar qaraçıların marağındansa öz ağalarının maraqlarına qulluq edirlər”.

Valeriu Nikolaye öz bloqunda AB-nin bir təşkilatında işə düzəlmək və düzələ bilmədiyindən yazır. İşi sadə adamlarla heç bir iş təcrübəsi olmayan bürokrat qadın yiyələnib:

Bürokrat işi əldə etmək istəyirəmsə, malik olmalı olduğum keyfiyyətlər ölgün fəaliyyət, ətrafımdakı başqalarının qəbul etdiyi pis qərarların bəyənilməsi, məğlubiyyəti qələbə kimi təqdim etmək bacarığı və heç kimi təhdid etməyən şəxsdir. Qaraçıların iştirakı olduqca təhlükəsiz məsafədə olduğu qədər önəmlidir”.

 

Maaşlarda fərq

 

Xaricdən maliyyələşən QHT-də maaş səviyyəsi güclənən amildir ki, bu da orada işləyənlərlə onların işlədikləri adamlar arasında uçurum yaradır. Nikolaye AB-nin maliyyələşdirdiyi QHT-dən danışır: “Qaraçı  QHT-ləri rəhbərlərindən bəziləri qonşuluqda işləyən bir qaraçı ailəsinin orta maaşından yüz dəfə çox pul qazanır. Bu maaşlar KİV-də geniş işıqlandırılmış bir sıra rüşvət qalmaqalları üzündən yaxşı məlumdur və buna səbəb olub ki, qaraçılar və başqa millətlərin qaraçı QHT-lərinə inamı xeyli aşağı düşüb”.

Maaş sahəsində bu cür siyasət buna gətirib çıxarıb ki, qaraçıların özlərinin könüllü təşkilatları rəhbərlərdən məhrum olub. Onun sözlərinə görə, qaraçılar içində insan haqları uğrunda çıxış edən fəalların əksəriyyəti indi yaxşı maaş verilən, qaraçıların cəmiyyətə inteqrasiyası ilə ümumi cəhətləri çox az olan layihələrin əməkdaşı olub. Bütün bunlar qaraçıların öz hüquqları uğrunda, ayrı-seçkilik, təqib və dözümsüzlüyə qarşı mübarizəsini zəiflədir.

 

Yaqland qoşqudakı ikinci at qismində

 

Corc Sorosun mühüm tərəfdarı Avropa Şurasının baş katibi Turbyern Yaqlanddır. Bu iki nəfər 2010-cu il sentyabrın 23-də Nyu-Yorkda görüşüb ki, Avropa qaraçıları üçün birgə fəaliyyət haqda razılığa gəlsin. Bu, Soros və təşkilatlarına Avropa Şurasına qapı açıb.

Son tədbirlərdən biri European Roma Institute-dur (Avropa Qaraçı İnstitutu, ERI). Təşəbbüs Avropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozo tərəfindən 2014-cü ildə elan edilib və iki dostun – Sorosla Yaqlandın 26.03.2015 tarixli “Avropa qaraçı institutunu nə üçün təsis edirik?” (Why we are setting up a European Roma Institute) başlıqlı birgə məqaləsi sayəsində məşhurlaşıb.

 

Qaraçı təşkilatlarını aralı saxlayırlar

 

1500-dən çox təşkilatı və Avropa Şurası ilə tərfədaşlıq müqaviləsi olan The European Roma and Travellers Forum (Avropa qaraçılar və səyyahlar forumu, ERTF) bəyanatlaırn birində təəccübünü bildirib ki, onun iştirakı olmadan ERİ yaradılması barədə qeyri-formal məsləhətləşmələr keçirilib, buna görə də forum bu təşəbbüsə hər hansı bir qiymət verə bilməyib. Bəyanatda həmçinin bildirilib ki, “Qaraçı mədəniyyəti qaraçı cəmiyyətlərinin xüsusi mülkiyyətidir və bu cür qalmalıdır və mədəni fəaliyyət beynəlxalq siyasi təşkilatın nəzarəti altında mərkəzləşdirilmiş şəkildə deyil, milli səviyyədə keçirilməlidir”.

ERTF həmçinin bildirib ki, milli-mədəni institutlar qaraçı əhalinin siyasi təmsilçiliyini əvəz etməməli və azadlıq uğrunda siyasi diskussiyalar mədəniyyət məsələlərinin müzakirəsi ilə əvəzlənməməlidir.

Buna baxmayaraq, Avropa qaraçı mədəniyyəti institutu ideyası Avropann əksər məşhur qaraçıları arasında tərəfdarlar tapıb. Əsas səbəb bundan ibarətdir ki, institut yaradılması üçün bildirilmiş məqsədlər öz ənənələrinə əsaslanan müasir qaraçı mədəniyyətinin qurulması vəzifələrinin həllinə ümidlər verir. İndiyədək iqtisadi dəstəyə söykənmə böyük deyildi. Bundan başqa, mədəniyyətin inkişafı çoxlarına öz ənənələri və eyniyyətinə görə qürur duymağa və antiqaraçı əhali-ruhiyyəsi və qaraçılara mərhəmətli dədəlik münasibəti ilə mübarizə aparmağa kömək edir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə