XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 18:21

“Putin elə ilk addımda onlara böyük zərbə vuracaq” –Türkiyəli ekspert

putin-5

"Yaxın vaxtlarda FETÖ-ya qarşı Türkiyə, Rusiya və Orta Asiyada genişmiqyaslı əməliyyatlar başlaya bilər".

Bunu Türkiyə Milli Təhlükəsizlik Akademiyası direktorunun Beynəlxalq Əlaqələr üzrə müavini Tələt Çətin Putinin atacağı addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, səfir Andrey Karlovın qətli iki ölkəni daha da yaxınlaşdıracaq:

"Bu saatdan sonra şüşədən çıxan cini heç kim geri qaytara bilməz. Xain sui-qəsddən sonra baş nazirlər bunun inkişaf etməkdə olan və sürətlə irəliləyən türk-rus ittifaqına qarşı törədildiyini açıqladılar.

Qərb Yaxın Şərqdə uzun illər öncə hazırladığı planlarını gerçəkləşdirməyə davam etsə də, uğur qazana bilməyəcək. Əksinə, türk-rus əlaqələri hərbi, strateji, kəşfiyyat sahələrini əhatə edəcək.

Bu hadisədən sonra Rusiya FETÖ, PKK və İŞİD-ə qarşı mübarizəni gücləndirəcək, hətta Türkiyəyə dəstək belə verəcək”.

Ekspertin sözlərinə görə, sui-qəsd ABŞ və Qərb imperializmini bütün çılpaqlığı ilə üzə çıxarıb:

"Bu gündən sonra hər iki ölkə bütün sahələrdə əlaqələri gücləndirməyə çalışacaq. Putin elə ilk addımda FETÖ-nun ölkədə və digər türk respublikalarındakı biznes rıçaqlarını çökdürəcək, onların maliyyə qaynaqlarına böyük zərbə vuracaq. Bunu da Türkiyənin vasitəsilə edəcək.

Yaxın vaxtlarda FETÖ-ya qarşı Türkiyə, Rusiya və Orta Asiyada genişmiqyaslı əməliyyatlar başlaya bilər”.

Axar.az




Yuxarı Əvvələ Ana Səhifə