XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 10:18

Rusiya: dövlət, yoxsa boş ərazi?

ry

ehorussia.com, 03.01.2017

 

Hesab edin ki, Rusiyada yollar yoxdur. Fövqəldövlətliyə iddia edən 17,1 milyon kv.km-lik (bizdən sonra gələn Kanada, Çin, ABŞ və hətta Braziliyadan, demək olar, iki dəfə çox) ərazisi olan ölkəmizin nəqliyyat sistemi təəccüblü şəkildə kasıbdır.

Birincisi, Rusiyada yollar, sadəcə, azdır. Bizdəki avtomobil yollarının ümumi uzunluğu 1,4 milyon km, Çində 4,5 milyon km, ABŞ-da 6,6 milyon km-dir. Ölkənin ərazisi ilə hesablansa, Çindən 5,6 dəfə, ABŞ-dan isə 8,6 dəfə geridə  qalırıq.

İkincisi, dünya standartları üzrə bizim yollar yol deyil, daha çox istiqamətdir (maral cığırı, orta əsr səkisi və yaxud nəsə bunun kimi – arxaik, vəhşi və pinti). Rusiyalıların 30%-dən çoxu RF-dəki yolların keyfiyyətini tamamilə qeyri-qənaətbəxş hesab edir, bütün Rusiya üzrə avtomagistralların ümumi uzunluğu isə miskincəsinə 816 km-dir. Bu, birqarışlıq Finlandiya, Macarıstan və yaxud Yunanıstandakından azdır. Hələ bu nədir ki! İranda, Suriyada və hətta Nigeriyada avtomagistrallar daha çoxdur. Ölkənin avtomagistrallara bürünməsinə görə ABŞ və Çindən uyğun olaraq 160 və 220 dəfə geri qalırıq. Amma M11 (Moskva-Peterburq) magistralının inşası başa çatarkən ölkədəki avtomagistralların uzunluğu praktik olaraq iki dəfə artacaq və cəmi 88 və 122 dəfə geridə qalacağıq. Çox gözəldir, düzdür?

Bəlkə, avtomobil yollarının qıtlığı dəmiryol şəbəkəsinin inkişafı ilə tarazlaşdırılır? Yenə də yox. Ərazimizdəki dəmiryolları Amerikadakından 6, Çindəkindən 4 dəfə daha pisdir.

Yüksəksürətli dəmiryollarından danışmaq istəməzdik, amma məcburuq:  2016-cı ildə Çində onun uzunluğu 20 min km-i, bizdə isə min km-i aşıb – bizim “Sapsan”ı sürət qatarı saysaq. Onun maksimal 250 km/s sürəti Çinin maqnit balınclı qatarlarının 431 km/s sürətinin yanında solğun görünür.

Su nəqliyyatına toxunmayacağam. Təkcə bunu deyim ki, Şanxay limanının yük dövriyyəsi Rusiyanın birlikdə götürülmüş bütün limanlarının dövriyyəsindən çoxdur – Birinci Pyotr Qara və Baltik dənizlərinə çıxmağa nahaq cəhd edirmiş. Ona görə də dərhal aviasiyaya keçəki. Burada durum bir az qəlizdir: Vikipediyanın məlumatına görə, Rusiyada 1218 aeroport var. Düzdür, Nəqliyyat Nazirliyi başqa cür hesab edir və fəaliyyətdə olan 259 aeroportdan danışır. Qalan hamısı hərbi, konservləşdirilmiş və yaxud sadəcə, atılmış uçuş-enmə zolaqlarıdır. Müqayisə üçün: ABŞ-da fəaliyyətdə olan aeroportlar 19 mindən çoxdur – fərq 80 dəfədir.

Ədalət naminə dəqiqləşdirmək lazımdır ki, Amerika aeroportlarının əksəriyyəti balaca, avtomatikanın xidmət etdiyi uçuş-enmə zolağıdır. Lakin onlar işləkdir və bu cür variant Rusiya ucqarları üçün ideal olardı.

Bütün bunları müxtəlif cür şərh etmək olar. Romantiklər Rusiyanın mənimsənilməmiş, bakirə və naməlum ərazi saya bilər. Vətənpərvərlər deməli olacaqlar ki, rusiyalılar onsuz da ən yaxşı ölkədə yaşayırlar (və qalan hamısı onlara həsəd aparır), buna görə də harasa səfər etmək lazım deyil. İqtisadçılar deyirlər ki, nəqliyyat infrastrukturu olmadan gəlirli istehsalat qurmaq, onun xammal və işçi qüvvəsi ilə təchiz etmək mümkün deyil.

 

Tərcümə Strateq.az-ındır.