XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 19:19

Baş nazirin ailəsi və 100 min dollarlıq rüşvət iddiası –İstintaq gedir

netanhayu-ailesi

İsraildə baş nazir Benyamin Netanyahu və ailə üzvlərinin rüşvət alması ilə bağlı qalmaqal böyüməkdədir.

Strateq.az "Yediot Ahronot" nəşrinə istinadla xəbər verir ki, yanvarın 13-də əri ilə polis idarəsinə yollanmış baş nazir xanımı Sara Netanyahu istintaqda olub.

Bildirib ki, ailəsi biznes-maqnat Arnon Milçenin verdiyi əşyaları dost hədiyyəsi kimi qəbul edib.

Polisin şübhələrinə əsasən isə, 7 il ərzində Netanyahu ailəsi A.Milçendən qiyməti bir neçə yüz min şekel olan bahalı Kuba siqarları, o cümlədən S.Netanyahu "Dom Perignon" şampan şərabı, zinət əşyaları və s. alıb.

Hədiyyələrin ümumi dəyəri 400 min şekeldən (104 min dollar) çoxdur. İsrail KİV-ləri istintaq zamanı baş nazirin nitqini itirdiyini, bəzi hallarda müstəntiqlərin üstünə çəmkirdiyini qeyd edirlər.

İstintaqın növbəti mərhələsində İsrail baş nazirinin oğlu Yair Netanyahu dindirilməlidir.

M.Rzasoy