“National Geographic” jurnalının həyata keçirdiyi tədqiqatın nəticələri müxtəlif millətlərin genetik kökləri barədə olan təsəvvürləri alt-üst edib.
Strateq.az xəbər verir ki, layihənin nəticələrinə görə, iranlıların 56 faizi, Şərqi və Şimali Afrika sakinlərinin 2 faizi, Orta Asiya xalqlarının 4 faizi, cənubi avropalıların 2 faizi və cənubi asiyalıların 24 faiz etnik mənşəcə ərəbdir.
Tədqiqatda üzə çıxan maraqlı məqamlardan biri də sıx məskunlaşmaya malik Misirə aiddir. Məlum olub ki, bu ölkədə əhalinin yalnız 17 faizi ərəb mənşəlidir.
Misir əhalisinin 68 faizi Şimali Afrikanın çeşidli etnik qruplarından ibarətdir.
“National Geographic”in araşdırmasına əsasən, Livan əhalisinin yarısını ərəb, 14 faizi yəhudi, 10 faizi asiyalı və 5 faizi avropalılar təşkil edir. Bu layihədə ən böyük sürpriz Tunisdir. 11 milyon əhalinin yalnız 4 faizi ərəbdir və ölkə sakinlərinin 88 faizi qeyri-ərəblər təşkil edir.
Avropaya gəlincə, Böyük Britaniya əhalisinin 69 faizinin etnik kökləri Britaniya mənşəlidir. Çin əhalisinin 81 faizini isə şərqi asiyalılar təşkil edir. Finlandiya və Rusiya əhalisinin də genetik kökləri çox qarışıqdır.
Ə.Rzazadə