XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 20:47

Putindən Tramp haqda açıqlama: “O, Moskvaya gələn kimi, fahişələrin yanına qaçıb” –VİDEO

putin-trump

"Tramp Moskvaya gələndə siyasətlə əlaqəsi olmayan bir adam idi. Mənim onun Rusiya paytaxtına nə vaxt gəldiyi hətta yadımda deyil. Biz onun siyasi ambisiyalarının olub-olmadığını da bilmirdik".

Strateq.az APA TV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

Vladimir Putin əlavə edib ki, ABŞ-ın yeni prezidenti o zaman sadəcə bizneslə məşğul olan bir adam idi və Rusiya xüsusi xidmət orqanları hansısa bir iş adamı ilə maraqlana bilməzdilər. O bildirib ki, Donald Tramp uzun illər gözəllik müsabiqələrinin təşkilatçısı kimi tanınıb və onun ətafında daim dünyanın ən gözəl qadınları olub.

"Məndə olan məlumata görə, buna rəğmən o, Moskvaya gələn kimi paytaxtda yüngül həyat tərzi keçirən qadınların yanına qaçıb", – deyə Putin qeyd edib:

"Mən buna indiyə qədər inanmıram, çünki o, gördüyü işlə əlaqədar olaraq daim gözəl qadınlarla əhatələnib. Amma onun hotellərdə sosial məsuliyətdən kənar olan qadınlarla görüşdüyünü deyirər".

Putin sonda qeyd edib ki, Trampı buna dünyadakı ən peşəkar fahişələrin məhz Moskvada olması şirnikləndirə bilərdi.




Yuxarı Əvvələ Ana Səhifə