Səudiyyə Ərəbistanında son bir neçə il ərzində törədilən terror aksiyalarına görə 40 ölkənin vətəndaşı məsuliyyətə cəlb olunub.
Strateq.az xəbər verir ki, bu bəyanatı krallığın Daxili İşlər Nazirliyi yayıb.
Bəyanatda deyilir ki, hazırda ölkə həbsxanalarında 5.085 nəfər saxlanılır: "Bu şəxslərin bir hissəsi istintaq altındadır, digər hissəsi isə artıq mühakimə olunub".
DİN-in bəyanatında qeyd olunur ki, ümumi sayda 4.254 nəfər səudiyyəlidir.
Yerdə qalanların bölgüsü belədir: 282 yəmənli, 218 suriyalı, 3 amerikalı və bir Fransa, Belçika və Kanada vətəndaşı. Həbsdə saxlanılanlar arasında 57 Misir, 29 Sudan, 21 Fələstin, 7 Somali, 5 İraq, 3 Livan, 2 Mərakeş, 19 İordaniya, 2 Mavritaniya, 2 Birləşmiş Ərəb Əmirlikləri, 10 Bəhreyn, 2 Qətər və bir Liviya və Əlcəzair vətəndaşı var.
Bundan başqa, Türkiyə, İran, Pakistan, Qırğızıstan və s. ölkələrin vətəndaşları da Səudiyyə Ərəbistanının həbsxanalarında saxlanılır.
Ə.Rzazadə