İsrailin “Haaretz” nəşri yanvarın 19-da Tehranda yanaraq çökən on beş mərtəbəli “Plasko” ticarət mərkəzinin sabiq sahibi barədə yazıb.
Strateq.az xəbər verir ki, binanın təməli 1960-cı illərdə, yəni şah dönəmində yəhudi icmasının rəhbəri kimi tanınan Həbib Elğanian tərəfindən qoyulub.
Hələ şah dövründə təqib olunan H.Elğanian 1975-ci ildə həbs olunub və 1979-cu ilin mayında yeni hökumət tərəfindən İsrail casusu kimi edam edilib.
Yəhudi biznesmen, həmçinin qardaşları ilə birlikdə İsrail Almaz Birjasının yerləşdiyi Ramat-Qanda ilk göydələnin əsasını qoymuş şəxsdir.
Ə.Rzazadə
Strateq.az