XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 13:25

Tarixin ən güclü altı ordusu –Onlar nəyin hesabına qüdrətli olublar?

ordu

Zekeri Kek, Axileş Pillalamarri

The National Interest (26.01.2017

 

Beynəlxalq münasibətlər kimi anarxik sistemdə hərbi qüvvə ən yaxşı valyuta kimi qalır. Dövlətin böyük mədəniyəti, incəsənəti, fəlsəfəsi, şan-şöhrəti ola bilər, lakin ölkənin özünü qorumaqdan ötrü yetərincə hərbi gücü yoxdursa, bütün bunlar heç nəyə dəyməz. Mao Szedunun sərt şəkildə dürüst ifadə etdiyi kimi: “siyasi hakimiyyət tapançanın lüləsindən doğulur”.

Sözsüz, silahlı qüvvələrin bütün növlərindən başlıcası quru qoşunlarıdır – bu sadə səbəbdən ki, adamlar torpaq üzərində yaşayır və müşahidə olunan gələcəkdə də bu cür yaşayacaqlar. Məşhur politoloq Ceyms Mirşaymerin qeyd etdiyi kimi: “Aviasiya və donanmanın dəstəklədiyi quru qoşunları müasir dünyada silahlı qüvvələrin əsas növünü təmsil edir”.

Mirşaymerin sözlərinə görə, faktiki olaraq Sakit okeanda Yaponiyaya qarşı müharibə “çağdaş tarixdə quru qoşunlarının müharibənin nəticəsinə təsir edən əsas amil olmadığı, digər güc üsullarının, yəni aviasiya və donanmanın sadəcə köməkçi rolundan daha çox önəm daşıdığı superdövlətlərin müharibəsinə nümunə idi”.

Buna baxmayaraq, Mirşaymer iddia edir ki, bu müharibədə də “Yaponiyanın darmadağın edilməyində quru qoşunları mühüm rol oynayıb”.

Bu qayda ilə məhz quru qoşunları ölkənin hərbi gücünü müəyyən edən göstərici rolunu oynayır. Ancaq hansı ordunun vaxtında dünyada ən güclü olduğunu necə müəyyən etməli? Onun dalbadal həlledici qələbə çalmaq qətiyyəti və ölkəsinə baqşqa ölkələr üzərində ağalıq etmək imkanı vermək qabiliyyəti əsasında – bu, quru qoşunlarının funksiyasıdır, çünki yalnız ordu bu cür işğalı və nəzarəti təmin edə bilər. Budur, tarixdəki ən güclü bir neçə ordu.

 

Roma ordusu

 

Roma ordusu Qərb dünyasını bir neçə yüzilliyə fəth edib. Roma ordusunun üstünlüyü onun mətanətində idi. Romalılar hətta ən ağır məğlubiyyətdən sonra da dönür və vuruşurdular. Romalılar bunu Punik müharibəsi zamanı nümayiş etdiriblər – bilik və resurs çatışmazlığına baxmayaraq, əvvəlcə böyük dözüm göstərməklə onları pis vəziyyətdə qoyaraq Karfagenə qoşun çıxardarkən.

roma-ordusu

Roma ordusu ehtiras və inadla vuruşmaq üçün əsgərlərə kifayət qədər stimullar verib. Müharibədə qələbə kasıb əsgər üçün torpaq əldə etməyi bildirib. Mülkədarlar üçün əmlakın müdafiəsi və əlavə sərvət əldə etmək idi. Qələbə bütünlükdə Roma dövləti üçün təhlükəsizliyin təmini demək idi.

Bütün bu stimullar Roma əsgərlərini daha inadla vuruşmağa təşviq edirdi, döyüş ruhu isə ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm amildir. Bir neçə xətdən ibarət döyüş qaydasından istifadə az önəmli deyildi ki, bu da başqa üstünlüklərdən əlavə romalılara birinci xətt əsgərlərini artıq yorulmuş düşmənlə döyüşı girən təzələri ilə əvəzləmək imkanı verib. Roma ordusu tez-tez görkəmli sərkərdələrin başçılığı ilə hücumda xüsusən də birinci növbədə müdafiə haqda düşünən düşmən üzərində üstünlük əldə etməkdə zirəklikdən yararlanıb. Nəticədə Roma üç yüz il müddətində bölgəsəl İtaliya dövlətindən Aralıq dənizi və onu əhatə edən ölkələrin ağasına çevrilib. Roma legionları, 25 il xidmət edən professional əsgərlərdən ibarət ordu bölmələri yaxşı təlim görmüş və dəmir silahlarla yaxşı silahlandırılmışdı.

Leginonlar strateji mühüm rayonlarda yerləşdirilmiş, eyni zamanda inmeriyanın bütövlüyünü saxlayır və sərhəddə düşmənin qabağını alırdı. Bəzi uğursuzluqlara baxmayaraq, Roma ordusu bölgədə gücünə görə rəqibə malik deyildi.

 

Monqol ordusu

 

Sayı, təxminən, bir milyon təşkil edən monqollar 1206-cı ildə işğallara başlayanda Avrasiyanın böyük hissəsini yüz il ərzində ələ keçirə biliblər. Onlar orduları və əksər hallarda monqolları  on və yüz dəfələrlə üstələyən insan resurslarına malik ölkələri darmadağın ediblər. Monqollar heç haradan peyda olan qarşısıalınmaz və Yaxın Şərqi, Rusiyanı, Çini işğal etmiş qüvvə idilər.

monqol-ordu

Monqolların uğurları Monqol imperiyasının qurucusu Çingizxanın tətbiq etdiyi çox sayda strateji və taktiki üsullarla bağlı idi. Ən mühüm amil monqolların zirəkliyi və dözümü idi. Başlanğıcda köçəri həyat tərzi monqollara nəhəng oruları təəccüblü dərəcədə qısa vaxtda çox böyük məsafələrdə yerdəyişmə imkanı verirdi.

Monqolların zirəkliyi onların əsasən atlı qoşuna güvənməyinə bağlı idi. Hər bir monqol süvarisi 3-4 ata sahib idi ki, atlar yorulmasın. Oxlarla silahlanmış və çaparaqda ox atan süvarilər piyada ordular qarşısında monqollara böyük üstünlük verirdi. Atların təmin etdiyi zirəklik sərt intizamla bərabər monqollara yeni taktika, xüsusən də zərbə endirmək və sürətlə geri çəkilmək, həmçinin blitskriqin primitiv formasını tətbiq etməyə imkan verirdi.

Monqollar həmçinin terrora da böyük dəyər verirdilər. Onlar şəhərləri qəsdən viran qoyur, məğlub edilmiş düşmənin başını kəsirdilər ki, gələcək düşmənləri dəhşətə gətirsinlər.

 

Osmanlı ordusu

 

Osmanlı ordusu şöhrətinin zirvəsində Yaxın Şərqi, Balkanları və Şimali Afrikanı fəth edib. O, xristian və müsəlman qonşuları, demək olar, həmişə xeyli üstələyib. Bu ordu 1453-cü ildə dünyann ən alınmaz şəhərlərindən birini – Konstantinopolu ələ keçirib. O, beş yüz il ərzində əvvəlcə onlarla dövlətdən ibarət olmuş bölgədə yeganə oyunçu olub və XIX əsrə qədər qonşulara qarşı durub. Osmanlı ordusu buna necə nail olub?

osmanlı-ordusu

Osmanlı ordusu toplardan və fitilli tüfənglərdən orta əsr silahalrı ilə vuruşmağı davam etdirən düşmənlərindən qabaq fəal şəkildə istifadə etməyə başlayıb. Toplar Konstantinopolu aldı və farsları, Misir məmlüklərini darmadağın etdi. Osmanlı ordusunun əsas üstünlüklərindən biri elit piyada bölmələri – yeniçərilərdən istifadə etmək idi. Yeniçəriləri uşaqlıqdan hərbi xidmətə hazırlayırdılar və onlar çox sədaqətli, döyüş qabiliyyətli idilər.

 

Nasist Almaniyasının ordusu

 

Vermaxt – nasist Almaniyasının ordusu Avropanı sarsıdıb və I dünya savaşının sürəkli döyüşlərinə alışmaqla Mərkəzi və Qərbi Avropanın böyük hissəsini bir neçə ayın içində işğal edib. Hansısa bir anda adama elə gəlirdi ki, nasist Almaniyası qoşunları nəhəng Sovet İttifaqını ram etmək üzrədir.

alman-ordusu

Alman ordusu yeni silahın və rabitə vasitələrinin çulğaşmasını ehtiva edən blitskriqin yeni taktikasını, qəfillik ünsürü və qüvvənin qorxuducu şəkildə təmərküzləşdirilməyini işlətməklə bu uğurlara nail olub. Xüsusən də zirehli tank və motorlaşdırılmış piyada qoşunları yaxın mənzilli aviasiyanın dəstəyi ilə düşmənin xəttini yarmaq və qarşı duran  qüvvələri mühasirəyə almaq iqtidarında idi. Bu qarşı duran qüvvələr müharibənin ilkin mərhləsində çox vaxt elə sarsılır və ruhdan düşürdü ki, cüzi müqavimət göstərirdi.

Blitskriqin həyata keçirilməsi üçün yaxşı təlim görmüş, döyüş qabiliyyətli qoşunlar tələb olunurdu və Berlinin sərəncamında bunlar artıqlamasilə var idi. Tarixçi Endryu Robertsin qeyd etdiyi kimi, “Almaniya general və əsgərləri II dünya savaşı boyunca həm hücumda, həm də müdafiədə britaniyalı, amerikalı və rusları təkbətəkdə xeyli dərəcədə üstələyirdilər”.

Lakin nasist ideologiyası və dəli lider vermaxtın hərbi uğurlarını sarsıtdı, nasist Almaniyası resurs və əsgər çatışmazlığından çökdü.

 

Sovet ordusu

 

Sovet ordusu (1946-cı ilə qədər Qızıl ordu) II dünya savaşına istənilən başqa ordudan daha çox töfhə verib. Doğrudan da, sonda Almaniyanın Altıncı ordusunun bütünlükdə əsir düşdüyü Stalinqrad döyüşü hərbi əməliyyatların Avropa teatrında dönüş məqamı hesab olunur.

sovet-ordusu

SSRİ-nin müharibədə qələbəsi və müharibədən sonra qalan Avropanı qırx il müddətində təhdid altında saxlamaq qabiliyyəti nə texnologiya üstünlüyü (nüvə silahı istisna olmaqla), nə də hərbi düha ilə bağlıdır. Stalinin hərbi rəhbərliyi xüsusən də müharibənin əvvəlində fəlakətli çıxdı, əvvəlki illərdə isə bacarıqlı xeyli komandiri ordudan təmziləmişdi.

Qızıl ordu daha çox ərazinin, əhalinin və sənaye resurslarının müəyyən etdiyi nəhəng həcminə görə hərbi bədheybət idi. Nasist Almaniyasının məşhur tarixçisi Riçard Evansın izah etdiyi kimi: “SSRİ-nin öz məlumatına görə, Qızıl ordu müharibədə 11 milyondan çox əsgər, 100 000 təyyarə, 300 mindən çox artilleriya silahı, 100 mindən artıq tank və özüyeriyən artilleriya qurğusu itirib. Başqa qaynaqlar şəxsi heyət  itkisini daha yüksək – 26 milyon nəfərədək qiymətləndirir”.

Etiraf etməmək olmaz ki, müharibə zamanı Stalin azsaylı, bacarqılı komandirləri dəstəkləyəndə hərbi dühanın təzahürü də olub və texniki baxımdan çox şey vəd edən silahlar, məsələn, T-34 tankı meydana çıxıb. Lakin SSRİ-nin uğurunda həlledici rolu onlar oynamayıb, çünki ordu Berlin uğrunda döyüşdə də böyük qurbanlar verməyi davam etdirib.

Nüvə silahı istisna olmaqla soyuq müharibə dövrünün sovet ordusu rəqiblərlə müqayisədə çox da fərqlənmirdi. NATO bloku mübarizənin 40 ili ərzində texniki üstünlüyə malik olsa da, SSRİ bir çox kateqoriyalarda, xüsusən də əsgərlərin miqdarında say üstünlüyünə malik idi. ABŞ və NATO Avropada münaqişə halında bu səbəbdən ilkin mərhələdə nüvə silahı işlətməyi planlaşdırmışdı.

 

ABŞ ordusu

 

ABŞ öz tarixinin böyük hissəsi ərzində böyük ordu saxlamaqdan çəkinib. Bu cür düşünülmüşdü: Amerika Konstitusiyası hərbi donanma saxlamağı Konqresin öhdəsinə buraxır, lakin ordu haqda deyir ki, gərək olduqca Konqres ordu yığıb saxlaya bilər.

abs-ordusu-5

ABŞ II dünya savaşının axırına qədər bu modelə sadiq olub, müharibə aparılan zaman böyük ordu toplayıb, amma hərbin əmliyyatlıar bitəndən sonra dərhal buraxıb. Bununla belə, Amerika ordusu XX əsrin əvvəlindən xüsusən də dövlətlərə qarşı müharibədə çox effektli idi. Məhz Amerikanın I və II dünya savaşlarına girişməyi tərəzinin gözünü müttəfiqlərin xeyrinə əyməkdə yardım olub. ABŞ həmçinin 1991-ci ildə Küveytdə və 2003-cü ildə İraqda Səddam Hüseynin ordusnu məhv edib. Bu da səciyyəvidir ki, ABŞ tarixdə çoxsaylı quru qoşunlarını cəbhəboyu düzməyi bacaran yeganə dövlətdir. Bu, Amerika ordusunun uğrunda əsas amillərdən biridir. SSRİ qədər əsgərə malik olmayan Amerika ordusu yaxşı təlim görmüş, ən yeni silahları işlədən hərbçilərdən ibarətdir. Ordunu dünyanın indi-indi görə bildiyi ən güclü aviasiya və donanma dəstəkləyir.

 

Tərcümə Strateq.az-ındır.