XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2017 - 14:51

Amerika analitik mərkəzi:“2050-ci ilə doğru dünyada müsəlmanların sayı 2,76 milyarda çatacaq”

i

Dryu Desilver, Devid Mesiliv

Pew Research Center (ABŞ), 02.02.2017

 

Donald Trampın bu günlərdə yeddi müsəlman ölkəsindən mühacirlərin gəlişinin yasaqlandığı haqda dərc edilmiş prezident sərəncamı dünyamızdakı müsəlmanların yalnız 12%-ə aiddir. "Pew Research Center" araşdırma qurumunun dini qrupların indiki və proqnozlaşdırılan sayı haqda 2015-ci il məruzəsindəki məlumatlar bundan xəbər verir. Əslində, yeni mühacirət qadağası altına düşmüş yeddi ölkədən (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) təkcə İran ən çox müsəlman əhalisi olan dövlətlər onluğuna daxildir.

2010-cu ilin durumuna görə dünyada, təxminən, 1,6 milyard müsəlman var idi. Bu səbəbdən İslam xristianlıqdan sonra ardıcıllarının sayına görə dünyada ikinci dindir. Və adamların əksəriyyəti – xüsusən də ABŞ-da – islamı Yaxın Şərq və Şimali Afrika ölkələri ilə bağlasa da, gerçəklikdə müsəlmanların, demək olar, üçdə ikisi (52%-i) Asiya-Sakit okean bölgəsində yaşayır. "Pew" analiz mərkəzinin məlumatları bundan xəbər verir. Deməli, Bütün yaxın Şərq, həmçinin Şərqi və Şimali Afrikadansa (317 milyon nəfər) Hindistan və Pakistanda daha çox müsəlman yaşayır (birlikdə 344 milyon nəfər).

Lakin müsəlmanların dünya üzrə ən yüksək şəkildə cəmləşməsi Yaxın Şərq, Şərqi və Şimali Afrika bölgəsində müşahidə olunur. Bu bölgənin 341 milyon sakinindən 93%-ni müsəlmanlar təşkil edir. Halbuki Saxaradan güneyə Afrika ölkələrində onlar 30%, Asiya-Sakit okean bölgəsində isə 24%-dirlər.

Müsəlmanlar dünyanın 49 ölkəsində əhalinin əksəriyyətini təşkil edirlər. Onlar əhalinin 82%-nin özünü islam tərəfdarı hesab etdiyi İndoneziyada sayca daha çoxdurlar (haradasa 209 milyon). Hindistan müsəlman əhalinin sayına görə ikincidir (təxminən, 176 milyon), lakin faiz nisbətində ölkə əhalisi sayının cəmi 14,4%-i təşkil edirlər.

"Pew Research Center" dünyada müsəlmanlar və başqa dini qrupların sayının dəyərləndirilməsində cürbəcür sorğular, siyahıyaalma məlumatları, məskunlaşma qeydiyyatından yararlanır. Bunu ona görə edir ki, özünü müəyyən dinə aid edən bütün qrup və adamları müəyyənləşdirsin.

Mərkəz irəli boylanaraq proqnozlaşdırır ki, 2050-ci ilə doğru dünyada müsəlmanların sayı dünya əhalisinin 29,7%-i təşkil edərək 2,76 milyarda qədər artacaq. Saxaradan güneyə Afrika ölkələrində yaşayan müsəlmanların payı 15,5%-dən (2010)  24,3%-ədək artacaq. Birgə götürülən qalan bütün bölgələrdənsə (61,7%) bu gün müsəlmanların əksəriyyətinin yaşadığı Asiya öz mövqeyini saxlayacaq, lakin orada müsəlmanların ümumi sayı azalaraq 52,8% olacaq.

Yaxın Şərq və Şimali Afrikaya gəlincə, orada 2050-ci ilə doğru müsəlmanların sayı 19,8%-dən 20%-ədək çoxalmaqla dəyişmədən qalacaq.

Şimali Amerikada müsəlmanların ümumi sayının cəmi 0,2%-i yaşayır. Proqnozlara görə, əhali arasında müsəlmanların sayı 2010-cu ildəki 0,9%-dən 2050-ci ilə yaxın 2,1%-ə qədər iki dəfə artacaq. Bu proqnoz demoqrafiya və mühacirət tendensiyaları əsasında qurulur.

 

Tərcümə Strateq.az-ındır.