XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2017 - 17:38

Dünyanın milyarder qadınları –21 yaşlı norveçli milyarder Aleksandra Andresen

Alexandra-Andresen-24indianews

Aleksandra Andresen (Alexandra Andresen) 2016-cı ildən dünyanın ən gənc milyarderidir. Onun 1 milyard 200 milyon dollar sərvəti var. Bu sərvət ona valideynlərindən qalıb. Aleskandra gənc yaşlarında milyonlara sahib olsa da, olduqca təvazökar və istedadlı bir qadındır.

Aleksandra 1996-cı il iyulun 23-də Norveçin Oslo şəhərində anadan olub. O, Norveç cəmiyyətində hörmətə laiq bir ailədəndir. Gənc qız Norveç Konservativ Partiyasının üzvü olmuş, siyasətçi və tacir Yohan Henrik Andresenin nəticəsi, norveçli investor və sənayeçi ikinci Yohan Henrik Andresenin qızı, “Ferd” holdinqinin səhmdarıdır.

2aec842b-93ed-44dd-acc8-3de34d957db7

Aleksandra və valideynləri

Andresenlər ailəsi sərvətini tütün işindən qazanıb. Onların “Tiedamans” adlı tütün şirkəti var idi. Şirkət əvvəllər “Ferd” holdinqinin tərkibində idi. 2005-ci ildə Aleksandranın atası tütün firmasının səhmlərini, təxminən, 500 milyon dollara satıb.

Norveç höküməti vergi bəyannaməsini dəyişdirdikdən sonra Aleksandra 17 yaşında rəsmi olaraq milyarderlər sırasına daxil olub. “The Telegraph” qəzetinin yazdığına görə, o, bir il internat məktəbində oxuyub, daha sonra ailəsinin yanına qayıdaraq təhsilinə davam edib.

Yaşadıqları lüks həyata baxmayaraq ailəsi Aleksandranın həmişə təvazökar, xeyirsevər və qənaətcil olmağını istəyir. O, müsahibələrin birində deyib: “ Həftəlik xərcliyimə diqqət edir, puluma qənaət edirəm. Həmçinin atçılıq müsabiqələrindən qazandığım pullara da qənaət edirəm. Lakin buna baxmayaraq arada atamdan pul istəməli oluram – bir cüt ayaqqabı və ya çanta üçün”.

Gənc milyarderi anası böyüdüb. O, uşaqlıqdan atçılıq idmanı ilə məşğul olur. Bu sahədə çoxlu medal alıb. Son illərdə isə professional yarış tərbiyəçisi kimi fəaliyyət göstərir. Onun təşkil etdiyi yarışları "Kingsland" adlı şirkət maliyyələşdirir.

Andresenlərin ailə bağları möhkəmdir. Hər zaman bir-birlərinə dəstək olurlar. Eləcə də Aleksandranın maraqlarına da hörmətlə yanaşır, ona sənaye sahəsində işləməyi üçün təzyiq göstərmirlər. Atası Norveçin “Aftenposten” qəzetinə verdiyi müsahibəsində bildirib ki, qızlarının şirkət idarəsində bacarıqlı olacaqlarına inanmır.

Andresenlərin evləri və əraziləri hər zaman heyvanarla dolu olur. Buna görə də ailənin qızları kiçik yaşlarından heyvansevər insan kimi böyüyüblər. Bir neçə it, pişik və atları var. Aleksandra instagram sosial şəbəkəsində atlarının şəklini paylşaraq deyib: “Ponilərimizi bağ evimizə gətirdik. Burada onlar doyunca qaçıb əylənə biləcəklər”.

1457062369-ty-phu-4

Aleksandra at ilə gəzməyə çıxanda itləri həmişə onu izləyir.

Onun nə qədər möhtəşəm həyatı olsa da, çiyinlərindəki məsuliyyətin fərqindədir və jurnallardan birinə verdiyi müsahibə deyib ki, üzərində çox böyük məsuliyyət hiss edir və bu, çox ağırdır, bəzən bu məsuliyyətdən qaçmağı düşünür, lakin şirkətlərinin inkişafı üçün də əlindən gələni etmək istəyir. O, həmçinin qeyd edib ki ailəsinin sərvəti ona sadəcə imkan yaradıb, qələbə qazanmaq üçün pula ehtiyacı yoxdur.

Aleksandra tez-tez tətilə getməyi xoşlayır və 24 yaşlı norveçli qarışıq növləri üzrə döyüş ustası Yoaçim Tollefsenlə sevgi yaşayır.

Qəmər Şahbaz