XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 18:16

Stalin nə qədər maaş alırdı? –Akademiklərdən kasıb olan böyük lider (FOTOLAR)

Stalin

SSRİ rəhbəri İosif Stalin haqqında o qədər yazılıb ki, daha onunla bağlı hansısa yeni şeyləri bilməyin mümkün olmadığını düşünmək olar.

Amma tədqiqatçıların diqqətindən həmişə hansısa xırda məişət şeyləri yayınır. Məsələn, Stalinin maaşı.

Aydın olub ki, 1952-ci ildə İosif Stalinin maaşı aylıq 10 min sovet rublu təşkil edirdi. Stalin bu puldan partiyaya ödəmələr edirdi.

Aylıq 10 min rubldan başqa, İosif Stalin heç bir başqa gəlir mənbəyinə malik deyildi. Nə neft şirkətlərinin səhmləri, nə də xarici banklardan alınan faizlər. Buna görə də xalq yoldaş Stalini sevir və onun sadəliyi haqqında əfsanələr yaradırdı.

1947 və 1953-cü illərdə məhsullar və malların qiymətləri isə aşağıdakı kimi idi:

– Ağ çörək və çörək-bulka məmulatları (1 kq) – 5, 5 rubl / 3 rubl

– Qara çörək – 3 rubl / 1 rubl.

– Ət (mal əti) – 30 rubl / 12, 5 rubl

– Balıq – 12 rubl / 7, 1 rubl

– Süd (1 l) – 3 rubl / 2, 24 rubl.

– Qaymaq yağı – 64 rubl / 27, 8 rubl

– Yumurta (on ədəd) – 12 rubl / 8, 35 rubl

– Şəkər – 15 rubl / 9, 4 rubl

– Bitki yağı – 30 rubl / 17 rubl

– Araq – 60 rubl / 22, 8 rubl

– Pivə (0, 6 l) – 5 rubl / 2, 96 rubl

– "Pobeda” avtomobili – 16000 rubl

– "Moskviç” avtomobili – 9000 rubl

– Ayaqqabı (cütlük, orta hesabla) – 260 rubl / 188, 5 rubl

– Yun parça (1 m) – 269 rubl / 113 rubl

– Təbii ipək – 137 rubl / 100 rubl

– Aylıq ərzaq səbətinin dəyəri – 1130 rubl / 510 rubl

1953-cü ildə işçilərin əmək haqqı 800 rubldan 3000 rubla qədər təşkil edirdi.

Şaxtaçılar və metallurq-staxanovçular o zaman aylıq 8000 rubla qədər alırdılar. Gənc mühəndisin əmək haqqı 900- 1000 rubl, böyük mühəndisin əmək haqqı isə 1200-1300 rubl təşkil edirdi.

Sovet İttifaqı Kommunist Partiyasının rayon partiya komitəsinin katibi aylıq 1500 rubl alırdı. İttifaq nazirinin maaşı 5000 rublu keçmirdi, professorlar və akademiklərin maaşı isə tez-tez 10000 rublu ötürdü. /Qazeta.info

s1

s2

s3