XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2017 - 11:47

“Chatham House”:Rusiya ABŞ-la dost olmayan ölkələr üçün etibarlı silah mənbəyi rolunu oynayacaq – ARAŞDIRMA

putin tank

Rusiyanın silah istehsalçıları qlobal silah bazarındakı artan rəqabətlə ayaqlaşmalı və daxili silah sənayesindəki problemləri yoluna qoymalıdırlar. Yoxsa bu ölkənin qlobal silah bazarındakı rolu azala bilər. 

Strateq.az "Azadlıq" radiosuna istinadən bildirir ki, Böyük Britaniya Kral Araşdırmaları İnstitutu – «Chatham House» beyin mərkəzinin yeni araşdırmasında belə deyilir.

 

İXRAC MƏNBƏLƏ

 

Rusiya dünyada ABŞ-dan sonra ikinci böyük silah ixracatçısıdır və yeni bazarlarda mövqeyini möhkəmləndirməyə çalışır. Eyni bacarığa yalnız Birləşmiş Ştatlar malikdir. Araşdırmaya görə, Rusiyanın geniş sifariş portfeli göstərir ki, hələ bir neçə il bu ölkə bazarda mühüm yer tutacaq və ABŞ-la münasibətləri isti olmayan ölkələrin etibarlı silah mənbəyi rolunu oynayacaq.

Asiya Rusiya silah istehsalçılarından ötrü mühüm xarici bazardır və 2000-ci ildən ixracın 70 faizi Asiyanın payına düşür. Hindistan, Çin və Vyetnam da regionda Rusiya silahlarının tələb olunduğu əsas mənbələrdir. Yaxın ŞərqŞimali Afrika rus silahları üçün ikinci vacib bazar sayılır. Amma burada digər təchizatçıların mallarıyla rəqabət də var. Latın Amerikası və Afrikada tələbat nisbətən zəifdir.

Silah ixracı Rusiya iqtisadiyyatında vacib rol oynayır və silah sənayesi Rusiyanın qlobal iqtisadiyyata inteqrasiya olunduğu aparıcı sektorlardandır. Düzdür, ixracat 1990-cı illərdəki kimi, silah sənayesindən ötrü vacib deyil, amma yenə də istehsalatı yüksək səviyyədə saxlamağa kömək edir.

 

ƏNGƏLLƏR

 

Araşdırmada vurğulanır ki, Rusiyanın silah sənayesi ölkəiçi müdafiə məqsədli alışların sürətli artımından faydalanıb. Amma bir məsələ aydın deyil – hökumətin idxalı yerli məhsulla əvəzləmə planı son sanksiyalardan dolayı azalmış silah komponentlərini kompensasiya edə biləcəkmi? Həmin sanksiyaları Qərb 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra qoyub. Bu, hasilatı və ixrac perspektivlərini əngəlləyən qıtlıqla sonuclana bilər.

«Chatham House» Rusiyanın müdafiə sənayesində digər zəifliklərin də olduğunu, bunların innovasiyanı, Rusiya şirkətlərinin qlobal bazarlarda rəqabətliliyini əngəllədiyini vurğulayır. Bu zəifliklərə köhnələn fiziki kapital (avadanlıqlar), yaşlaşan elmi-tədqiqat işçi qüvvəsi, ali təhsillə müdafiə-sənaye şirkətləri arasında zəif əlaqələr daxildir.

Qeyd edək ki, Rusiya silahlarının müştəriləri içində Azərbaycan da var. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) həm Ermənistan, həm də Azərbaycanın əsas silah təchizatçısının Rusiya olduğunu bildirir. Qurumun hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5%-ni Azərbaycanla Venesuela alıb.