XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2017 - 11:55

ABŞ mətbuatı İran ali liderini hədəfə götürdü:nəhəng vəsaitlər nəyə xərclənir? - Araşdırma

Əmir Bəsiri

"Forbes" (ABŞ), 31.03.2017

 

İran ali liderinin administrasiyasi on ildən bir az çoxdur ki, saxta özəlləşdirmə bəhanəsi ilə İran iqtisadiyyatının böyük hissəsini sakitcə, lakin əminliklə tam nəzarətə götürüb. Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) çox ehtiyac duyduğu İranın daha çox təbii resurslarına nəzarət etdiyi nəzərə alınsa, xeyli səy qoyulan bu motivlər anlaşılan olur. 

Təşkilatçılarının şərəfinə adlanan bu özəlləşdirmə kampaniyası 2005-ci il hadisələrinin əlamətdar təkrarı ilə başlanıb. Xamenei və İİKK cingənə Mahmud Əhmədinejadın ölkə prezidenti vəzifəsinə başlaması ilə mümkün hər şeyi ediblər ki, bütünlükdə icra hakimiyyətini rejimin, ən azı, kampaniyanın əvvəlində Xameneinin gələcəyə uyğun strateji planlarına uyğun hərəkət edən çoxlu tərəfdarları ilə doldursunlar.  

Xamnei neft gəlirlərinin sürətlə artdığı dövrdə İran iqtisadiyyatının gərəkli saydığı yenidən tərtiblənməsi üçün əlverişli imkan axtarırdı. Bu, müxtəlif müəssisə və təşkilatların onun birbaşa sahibliyinə keçməyini nəzərdə tuturdu.

Əhmədinejad vəzifəyə başladıqdan dərhal sonra 2005-ci ilin mayında İran bu məqsədlə yazılmış ilk rəsmi sərəncamı gördü. Rejimin icra hakimiyyəti ölkənin önəmli bütün müəssisələrinin 80%-i prosesin 2009-cu ilə başa çatdırılmasının konkret qrafiki ilə “qeyri-hökumət, özəl və kooperativ sektorun” nəzarətinə keçirmək tapşırığı aldı. Bu müəssisələr arasında aviaxətlər, banklar, xarici ticarət şirkətləri, iri şaxtalar, sığorta şirkətləri, energetika müəssisələri, yollar, gəmiçilik şirkətləri var idi. Hamısından mühümü iqtisadiyyatın neft və qaz müəssisələri kimi ilkin sektorları idi. Bəzi dəyərləndirmələrə görə, 2005-2008-ci illərdə nəhəng 12 milyard dollar məbləğində səhmlər təhvil verilib.

Təhvil verilənlərin böyük qismi Xamenei administrasiyasının və tabeliyindəki təşkilatlar şəbəkəsinin sərəncamına keçib. Adı rejimin qurucusu Ruhullah Xomeyniyə ünvanlanan qüdrətli “Sitad icraye Fərmani Həzrəti-İmam” – “İmamın sərəncamlarının icrası üçün mənzil qərargah” bunların sırasında idi. İran silahlı qüvvələri və məşhur fondlar da öz paylarını alıb.

Bu təşkilatların qərarların qəbul edilməsi, məlumat toplanması mexanizmləri, qanunvericilik üsullarının bütün proseslərinə nəzarət etdiyi və əhəmiyyətli büdcə vəsaitlərinə çıxışa malik olduğu faktı nəzərə alınsa, bunun nəticələrini dərk etmək asan olar. Yaranmış maliyyə mini-imperiyaları bazarın əsas oyunçusuna çevrilib və istəsəniz, İran iqtisadiyyatına girişməyə can atan Qərb şirkətlərini hərfi mənada “bayıra atmağa” qadirdir.

İran milli müqavimət Şurasının bu yaxınlarda ABŞ-da qərarlaşmış şöbəsi “İnqilab keşikçilərinin çiçəklənən maliyyə imperiyası: İran ali rəhbəri və İİKK insanları beynəlxalq terrorizmi maliyyələşdirməyə necə məcbur edir” başlıqlı yeni məqalə dərc edib. Məqalədə Xamenei və İİKK-in 14 müxtəlif superqovşaq üzərində nəzarəti birbaşa və ya dolayısı ilə necə əldə etdiyi təsvir olunur. “Reuters”in apardığı araşdırmaya əsasən, “Sitad” hazırda 95 milyard dollar dəyərləndirilən məbləğ əldə edib. Bütün bu qurumların vergi ödəməyi lazım deyil, hələ kinayə isə bundan ibarətdir ki, bəziləri Tehrandan illik büdcə alır.

Bunun nəticəsində Xamnei və İİKK İran ÜDM-nin, ən azı, 50%-ə nəzarət edir. Bəs bütün bu nəhəng gəlirlər hara yönəldilir?

1- Suriyadakı cari münaqişəyə;

2- Terrorizm, İraqda ekstremizm və təməlçiliyin inkişafına;

3- Husilərə dəstək və Yəməndə müharibənin bundan sonrakı alovlanmasına;

4- Yüzlərlə milyard dollar İranın olduqca mübahisəli nüvə proqramına qoyulur;

5- Bütün bölgəni və Qərbin maraqlarını təhdid edən nüvə raketlərinin geniş spektrinə;

6- Ölkə daxilindəki etibarsız ictimai ünsürlərin amansız təqibi tapşırılmış böyük təhükəsizlik aparatına;

7- Rejimin bütün yerüzündə dəstəklədiyi islam təməlçilyi əhvali-ruhiyyəsinin  yayılmasına.

Ətraflı araşdırma göstərir ki, Tehran Suriyada qətliamın maliyyələşdirilməsinə sarsıdıcı məbləğ – 15-20 milyard dollar ayırır, həm də bir milyard dollar ancaq könüllü yığma qoşunların maaşına gedir. İİKK “Qüds” xüsusi bölməsinin rəisi Qasım Süleymani İraqa milyardlar göndərib kin və zorakılığı qızışdıran şiə yığmasını təmin edir. Daha bir milyard dollar Livan “Hizbullah”ı və HƏMAS hərəkatına 1,3 milyard dollar göndərilir.

Qərb şirkətləri başa düşür ki, İranın özəl sektoru ilə birbaşa sövdələşməyə başlamaq onların marağındadır. Anlamaq lazımdır ki, rəsmi bank və firmaların arxasında İİKK-ə tabe təşkilatlar şəbəkəsi gizlənir.

Hazırda İranla biznes aparmaq mütləq Xamnei və İİKK-lə iş görmək deməkdir…

 

Tərcümə Strateq.az-ındır.