XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 14:40

Sibirdən gəlmiş monqol şamanı Rusiya imperiyasını necə çökdürdü? –Araşdırma

Morten Strand

Dagbladet (Norveç), 09.04.2017

 

Qriqori Rasputin ömrünün son gecəsində o qədər zəhər dozası udub ki, onun qatillərinin fikrincə, fili öldürməyə bəs edərdi. Lakin buna baxmayaraq dirilib və öz qatillərinə fahişəxanaya – qaraçıların yanına yollanmağı təklif edib. Bu cür müəssisə o dövrün jarqonunda belə adlandırdı.

 

Qalmaqallı ilahiyyat

 

“Ruh Tanrının, bədən isə insanındır”, – deyə Rasputin fahişəxanaya yollanmaq təklifinə bu cür haqq qazandırıb. Rasputinin qatili, sonuncu çar II Nikolayın əmisi qızı ilə ailə qurmuş Feliks Yusupovun iddiasına əsasən, Rasputin məhz bu cür deyib. Bəsirətli baxışlı rahibin qalmaqallı ilahiyyat açıqlamaları ilə çıxış etməyi birinci dəfə deyildi. Amma ehtimal ki, qadınlar haqda son dəfə düşünürdü. Çünki bundan dərhal sonra ürək nayihəsinə atəş açılıb və öldüyü bildirilib. Lakin nəhəng bir də ayağa qalxıb. Biz Feliks Yusupovun xeyli illərdən sonra Parisdə nəşr edilmiş bioqrafiyasına isnad edirik.

Yusupov yazırdı: “O, zəhərdən və ürəyinə atəşdən artıq ölmüşdü, lakin sanki şeytani qüvvələr qisas almağı qət etmişdi və onu həyata qaytardılar. Onda nəsə qorxunc və məni hələ də titrədən iblisanə bir şey baş qaldırdı. Elə bil, Rasputinin mahiyyətini daha yaxşı gördüm. Bu, kəndli qiyafəsində şeytanın özüydü”.

 

Penis qənimət qismində

 

İndi bu əhvalatı Rasputinin 100 il bundan əvvəl nəhayət qətlə yetirildiyi Yusupov sarayında turistlərə nağıl edirlər. Canvermə Rasputinin günahı üzündən çarlığın nüfuzunun çöküşü kimi sürəkli və güclüydü. Rasputinin penisi kəsildi – xüsusən də onun qızı belə iddia edir. Və ehtimal ki, bunda qəribə heç nə yox idi, çünki çar ailəsinin bəlaya düçar olmağı və öz xalqının etibarını itirməyinə məhz bu atribut səbəb olmuşdu. Kəsilmiş penis haqda şayiələr həm də buna görə daha da güclənirdi ki, Yusupov transvestit idi və qadın libası geyməyi xoşlayırdı. Rus inqilabı cürbəcür şəxsiyyətlərin böyük qalereyasıdır. Çar hakimiyyətinin ən böyük düşmənini həyatdan etməyə can atan qüvvələrin mövcudluğu nəzərə alınsa, kəsilmiş penis haqda əhvalatların müəyyən əsası var idi.

 

Hakimiyyətə masqara

 

Rasputin kübar əsilli qadınların böyük həvəskarı idi və onun çarın arvadı Aleksandra və iki qızı ilə intim əlaqələri olması haqda şayiələr buna səbəb oldu ki, adamlar hakimiyyətə masqara ilə yanaşmağa başlamışdı. Xüsusən də tarixçi Orlando Fayces yazır ki, bu, 1917-ci il inqilabının astanasında imperiyanın legitimliyinin məhv olduğunun ilkin şərti idi. Rasputin özünün cinsi macəraları haqda şayiələrilə son çarı lüt krala çevirmişdi. Köşklərdə çılpaq Aleksandranın təsviri və onun döşündən tutmuş Rasputinin ehtiraslı baxışları təsvir edilmiş poçt açıqcaları satılırdı. Şayiələr dolaşırdı ki, çar monastıra gedib və əslində, ölkəni “alman şahzadəsi” və onun məşuqu idarə edir. Və siyasi senzuraya məruz qalan mətbuatdansa çox vaxt şayiələrə daha çox inanırdılar. Feliks Yusupov çar ailəsini inqilabdan xilas etmək üçün öldürdü. Qətl 1916-cı ilin dekabrında baş verdi. Amma artıq gec idi. I dünya savaşı dünyanı dəyişməli və üç imperiyanı – Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarını aşırtmalıydı. Rusiyanın fərqi bundaydı ki, baş rolu dini mistik ifa edirdi.

 

Şəfaçı

 

Rasputinin siyasi rol oynamağının bir neçə səbəbi var. Sözsüz, o, xalqın içindən çıxmış adam idi. İnqilabdan əvvəl Rusiyada hökm sürən dəyişiklilər gözləntisi nəzərə alınmaqla sarayın xalqın dəstəklədiyi legitimliyə malik olmaq tələbatı böyük idi. Çar ailəsi düşünürdü ki, Rasputin öz rolunu oynaya bilər. Rasputin dini mistik və müqəddəs kimi şəfaçı qabiliyyətinə malik idi. Taxtın varisi Aleksey hemofiliyadan əzab çəkir və istənilən anda ölə bilərdi. Rasputinin Nikolay sarayında bu cür nüfuz qazanmasının səbəblərindən biri onun taxtın varisini xilas etdiyinə inam idi və xüsusən də Aleksandra buna çox inanırdı.

Şübhəsiz, Rasputini sarayda tutduğu mövqeyə vəziyyəti düzgün qiymətləndirmək qabiliyyəti gətirmişdi. O, 100 il öncə Rusiyada “müqəddəs” kimi yaşayan çoxlarından biri idi. Dua edərkən transa düşürdü. Sədəqə ilə yaşayırdı.

Rasputin Sibirdən gəlmişdi və Sibirin monqol şamanına çox oxşayırdı. Tərəfdarları hesab edirdilər ki, onda Tanrı qərar tutub.

Ola bilsin, belədir də. Lakin Rasputinin ruhu Tanrıya məxsus idisə, öz cisminin ağası aşkarca onun özüydü.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə