Discussio.ru, 12.04.2017
Yemək dalına düşməyin və yaxud meşədə çır-çırpı axtarmağın lazım gəlmədiyi XXI əsrdə yaşamaq necə də gözəldir. Şirkətləri bütün qara işləri sizin əvəzinizə görməyə vadar etmək daha asandır. Əlbəttə, çağdaş dünyada nəhəng korporasiya və müəssisələr var, sui-qəsd nəzəriyyəsində isə dünyanı bəzi şuirkətlər idarə edir. Bəs onlardan hansıları həqiqtən də çox böyük vüsətə malikdir?
1.Comcast
Comcast Corporation-un Amerikanın telekommunikasiya nəhəngi və dünyada ən böyük teleradioyayım və kabel televiziyası şirkəti adına iddialı olduğunu bilməyənlər üçün. NASDAQ Amerika birjasının məlumatına görə, Comcast şirkəti 147,8 milyard dollarlıq heybətli bazar dəyərinə malikdir. Bundan savayı, 22 milyon nəfər onun istifadəçisi sayılır.
2.PepsiCo
PepsiCo, İnc. şirkətinin mənzil qərargahı Perçeyz şəhərində (Nyu-York şirkəti) yerləşir və siz ABŞ-da supermarketdə dolaşarkən, rəflərdəki demək olar, hər bir snek (qəlyanaltı-tərc.) və yaxud içki bu şirkətə məxsusdur, amma o, əsasən Coca Cola-nın rəqibi kimi ad çıxardıb. Ancaq Coca Cola içkilər bazarında ilişib qalsa da, şübhəsiz, PepsiCo-nun bu bazardan kənardakı yatırımları özünü doğruldub, çünki şirkət Pepsi Cola-dan çox özünün qida brendlərindən daha böyük gəlir əldə edir. Və bu, şirkəti dünyada həcmcə ikinci ən böyük qida məhsulları və içki istehsalçısına çevirib.
3.Nestle
Nə qədər brendin İsveçrənin Nestle şirkətinə məxsus olduğunu sezə bilərsinizmi? 500? 1000? 2000? Ümumiyyətlə, Nestle ümumilikdə 80-dən çox ölkədə 8500-dən çox qida brendinə sahibdir və bu, İsveçrə şirkətini qida sənayesində birinci yerə çıxardır. Nestle bütün dünyada butıllaşdırılmış su istehsalı üzrə şirkətlərə sahibdir: Amerikanın Poland Spring və Deer Park favoritlərindən tutmuş İtaliyadakı Perrier və Macarıstandakı Theodora-ya qədər. Dünyanın istənilən ölkəsinə gedərkən bir şüşə su alsanız, şans böyükdür ki, bu, Nestle-nin suyudur. Deyirlər ki, nə yesəniz, osunuz. Bu məntiqi izləsək, siz – Nestle-siniz.
4.Kraft Heinz
İk şirkət Kraft və Heinz ərzaq mallarının bir konqlomeratını yaratmaq üçün 2015-ci ildə öz güclərini birləşdirib. Onların qida imperiyası ABŞ-dan kənarda az yayılıb, lakin xarici bazarlara sürüşmək üçün fəal şəkildə çalışırlar. Şirkət 2017-ci ildə tarixdə ən böyük “işğal” həyata keçirmək üçün Britaniyanın Unilever şirkətinə 143 milyard dollar təklif edib, ancaq uğursuz alınıb. Bununla belə, Kraft Heinz ittifaqı açıq şəkildə çox irirmiqyaslı nəsə planlaşdırır.
5.Saudi Aramco
Neft şirkətləri dünyanı idarə edir. Lakin hansının həqiqətən sükan arxasında olduğunu bilirsinizmi? Səudiyyə Ərəbistanının Saudi Aramco dövlət neft şirkəti ən nəhəng qurumdur və bu herybtli tədarükçünün rəqəmləri, demək olar, qeyri-realdır. Saudi Aramco-nun qiyməti, təxminən, 2,5 trilyon dollardır. Trilyon! Bu qiymət onu Apple-dən dörd dəfə və dünyada ən böyük neft istehsalçısı ExxonMobil-dən beş dəfə baha edir.
6.CME Group
Çikaqo əmtəə birjası və ticarət üzrə Çikaqo şurası – hamısı bir yerdə CME Group adlanır. Dünyada ən böyük opsionları və fyuçers birjalarını idarə edir. CME Group Dow Yones-in fond və maliyyə indekslərinə sahibdir və praktik olaraq hər yerdədir: kənd təsərrüfatı mallarından tutmuş nadir və qiymətli metallara qədər. Bununla belə, adamların çoxu hətta bilmir ki, CME Group dünyada ən dominant şirkətlərdən biridir.
7.İCBC
Bilirsinizmi, dünyanın ən qüdrətli bankı hansıdır? Bu, Çinin Sənaye-Ticarət Bankıdır (İCBC). O, fövqəladə artım yolu keçib, brendinin dəyəri illik hesablamada 32 faiz yüksəlib və hazırda demək olar, 48 milyard dollar qiymətləndirilir. Çin onun sayəsində dünyanın aparıcı bank ölkəsi ola biər. Bank 2,95 trilyon dollarlıq aktivin sahibidir və bütün dünya üzrə 108 filialı var.
8.Internet Architecture Board (IAB)
İnternet azadlıq və informasiya qülləsini ifadə edə bilər, lakin bu cür dəyərli icad da nəzarətdədir. Və bu qurum İnternet arxitekturası üzrə Şura adlanır. Onun fəaliyyətinin rəsmi təsviri olduqca mürəkkəb səslənir, amma bundan anlamaq olar ki, IAB İnterneti hansısa şəkildə idarə edir. Şuranın özü isə iddia edir ki, İnterneti etibarlı informasiya vasitəsi etməyə cəhd edir.
Tərcümə Strateq.az-ındır.