XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2017 - 18:15

“Naxçıvan ərazisi saat əqrəbi istiqamətində mərhələ-mərhələ dönüb” –AMEA müxbir üzvündən açıqlama + Xəritələr

Naxçıvan ərazisi yura və paleosen dövrləri ərzində mərhələ-mərhələ saat əqrəbinin istiqamətində 30-40 dərəcə, eosen dövründə isə əks istiqamətdə 20-25 dərəcə dönüb.

İnstitutdan Strateq.az-a verilən məlumata görə, bu, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsində məlum olub.

Bildirilib ki, geomaqnetizm şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Mənijə İsayevanın rəhbərliyi ilə qeyd olunan ərazilərdə 2015-ci ildən indiyə qədər yura, paleosen və eosen yaşlı çöküntülərdə paleomaqnit tədqiqatları aparılıb:

"Digər tədqiqatların nəticələrinin analizi göstərir ki, Böyük Qafqazın cənub-şərq hissəsində yer qatının qərbdən şərqə doğru horizontal hərəkətləri şimala doğru daha sürətlə artır. Hərəkətlərin dönmələri isə azalır. Bu proseslər Böyük Qafqaza məxsus olan gərginliyin maksimal qiyməti və geodinamik aktivliyi ilə əlaqəlidir".

M.İsayeva isə bildirib ki, alınmış paleomaqnit nəticələr tədqiqat obyekti olan regionlarda Yerin maqnit sahəsinin xarakteri haqqında məlumatlar verir: "Bu məlumatlar Naxçıvan ərazisinin və Böyük Qafqazın cənub-şərq hissəsinin yura, paleosen və eosen dövrlərini əhatə edən ümumi paleomaqnit şkalasının qurulmasına imkan yaradır".

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə