XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

20 Aprel 2017 - 15:32

Adolf Hitlerə qarşı vuruşmuş müsəlman xanım şahzadə Nur İnayət Xan –Sufi, pianoçu, yazıçı və kəşfiyyatçı...

Nur İnayət Xan

Əmirə Camal,

NoonPost (Mİsir), 20.04.2017

 

O – “casus şahzadə” və Britaniya ordusunun sıralarına qəbul edilmiş ilk qadın idi. O, düşmən şifrlərini açmaq və təhlilini İngiltərəyə sevgisi üzündən deyil, faşizm və nasizm diktaturası ilə mübarizə aparmaq istəyindən edirdi.

Onun adı Nur İnayət Xandır və Rejected Princesses saytının siyahısındaklı şahzadələrdən biridir. Bu sayt tarixdəki roluna etinasız yanaşılan çox qadının taleyinə işıq salıb. Onları Disneyin şahzadələr haqda məşhur filmlərində təsvir etmirlər, lakin tarix üçün dəyərləri həqiqətən böyükdür.

Nur uşaqlar üüçün hekayələr yazıçısı idi, Hindistanın knyaz nəslindən çıxmış atası İnayət Xandan öyrəndiyi musiqi alətlərində çalırdı. Xan Böyük Britaniyada məşhur musiqiçi və sufi şeyxi idi. Şahzadə Nur İnayət Xan da bu təlimlə tərbiyə olunmuşdu. O, həyatda başqa dinlərə dözümlə yanaşmağı və zorakılığa, faşizmə nifrət öyrədən sufi doktrinasının əsas prinsiplərinə əməl edirdi.

Yazıçı və pianoçu

Nur 1914-cü ildə Moskvada anadan olub. Atası Cənubi Hindistandakı Maysur knyazlığının on səkkizinci sülaləsindən çıxıb. Ailə Rusiyada inqilab başlandıqdan sonra əvvəlcə Böyük Britaniyaya, sonra isə 1920-ci ildə Fransaya köçüb. Nur atasının ölümündən yeddi il sonra orduya girməyi qət edib. O buna qədər Sorbonnada uşaq psixologiyası bölməsində təhsil alıb və arfa və fortepiano üzrə Paris  konservatoriyasını bitirib.    

Nur “Le Figaro” qəzetində xəbərlər sütununu aparıb, 1939-cu ildə isə “Buddanın keçmiş həyatları haqda 20 catak-hekayələr” kitabı çıxıb. Nur bu hekayələrdə Budanın mərkəzində bütün adamların dinc yanaşı yaşamasına hazır olması, hətta buna görə həyatı vermək lazım gəldiyi  haqda təliminin əsas cizgilərini təsvir edib. O, ümumi nüvəni üzə çıxartmaq və müxtəlif dini etiqadlı insanlar arasında meydana çıxan çətinlikləri dəf etmək qəsdilə bütün peyğəmbərlərin və dini mədəniyyətlərin mirasını araşdırıb.

Nur bu dövrdə ard-arda hekayələr yazıb və Avropa ədəbiyyyatının tarixinə dalıb. O xüsusən də Orta əsrlərin epik poemalarını oxuyub, amma həm də Şərq ədəbiyyatı ilə maraqlanıb. Məsələn Şərhizadın hekayətləri, Həkim Sultan Cəlaləddin Muhəmməd Əkbərin (1556-1605) və hind musiqiçi və sufi şairi Mayra Bayın (1498-1546) yaradıcılığı ilə. O, rusların, polyakların mifologiyaları və yunan, Şimali Avropa nağılları haqda yazıb, xristianlığın tarixinə üç əsər həsr edib.

Musiqini öyrənməkdən şifrələrin  açılışına

Nur 1939-cu ildə II dünya savaşının başlanması ilə Fransanın Qırmızı Xaçında tibb bacısı kimi fəaliyyətə başlayıb. Bir ildən sonra 1940-cı ilin mayında almanlar Parisi tutdular. O, ailəsi ilə birlikdə Fransanın Bordo şəhərinə qaçıb ki, oradan İngiltərəyə yollansın. Nur orada Britaniya ordusunun sıralarına daxil olaraq radist işlədiyi Britaniya kəşfiyyatının qadın dəstəsinə düşüb.

Britaniya təyyarəsi 1943-cü ilin iyulunda onu Fransaya nasistlərin ərazisinə atıb. Orada Fransa Müqaviməti qüvvəlrinə kömək edib, sonda müttəfiqlərlə Fransa Müqaviməti arasında yeganə əlaqələndiricvi həlqə olub.

Nur silahdan qorxan utancaq qız idi. Lakin xüsusi təyinatlı qüvvələrə qoşulduqdan sonra tarix onu II dünya savaşının ən cəsur qadınlarından biri kimi xatırlayır. O, nasistlərlə dolu şəhərdə casus idi və ölümdən tük qədər aralı olmaqla orada, demək olar, altı həftə duruş gətirə bilib. Nur 1944-cü ildə çuğulçuluq nəticəsində nasistlər tərəfindən həbs edilib. İki dəfə uğursuz qaçış cəhdindən sonra onu Almaniyanın cənubi-şərqindəki Pfortshaym şəhərinin həbsxanasına köçürüblər. Orada ona işgəncə verib, ac saxlayıb və nəhayət, Dahaudakı nasist konslagerinə aparıblar. 10 ay müddətində ona fasiləsiz işgəncə veriblər. Amma nasistlər Nurdan heç bir informasiya almağa nail olmayıblar – bütün işgəncələr dövründə sükutu qoruyub. SS-çilərdən biri 1944-cü il sentyabrın 13-də Nuru və Britaniya kəşfiyyatının qadın bölməsindən üç həmkarını düşərgənin qaz sobalarından birini yanında divara söykədi. Qızlara diz çökməyi əmr etdilər, sonra hamısını peysərə atəşlə qətlə yetirdilər.

Nur İnayət xanın həyatını bir neçə il ərzində araşdırmış jurnalist Şrabani Basunun yazdığı bioqrafiyaya əsasən, hökm icra olunmazdan qabaq Nurun tələffüz etdiyi son söz “Azadlıq” olub. Basu özünün “Spy Princess” kitabında Nurun qardaşından sitat gətirir: “Bəzən özümdən soruşuram, bu gün müasir cəmiyyətimizdə firavanlıqda yaşayanlar və yaxud ən azı, son dərəcə qiymətli siyasi azadlıqdan faydalananlar hələ də varmı? Onlar başa düşürlərmi ki, bunu işgəncərlədə ölənlərin xatirinə etməlidirlər?”

Nur İnayət Xan ölümündən sonra “Müqəddəs Georgi” ordeninə (Birləşmiş Krallıqda mülki şəxslər üçün ali mükafat) və Fransanın Fəxri legion ordeni xaçına layiq görülüb. Bir zamanlar Londonun əyləşməkdən, qiraət və yazıdan həzz aldığı Qordon meydanında onun şərəfinə abidə ucaldılıb.

Nur öz əsərlərinin birində yazıb: “Tanrı niyə dünyada bu qədər çox şərə və dəhşətə yol verir? İnsanların seçim azadlığı olması, xeyir iş görməyi üçün. Xeyir iş görmək seçimi – Tanrının bütün insanlara çağırışıdır”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə