XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2015 - 14:04

Azərbaycanı təcrid etmək istəyən yeni ittifaq, yoxsa… – Qafqazda təzadlı durum

Gürcüstanın energetika naziri Kaxa Kaladzenin İrana səfəri planlaşdırılır.

Strateq.az ANS-ə istinadən bildirir ki, səfərin əsas məqsədi isə İrandan qaz alışının nə dərəcə mümkün olacağı barədə müzakirə aparmaqdır. Gürcüstan höküməti inadla təkrar edirlər ki, bu qış ölkə əhalisinin istiliklə bağlı problemi olmayacaq. 

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili bildirib ki, ölkəyə təbii qazın çatdırılma istiqamətləri yenidən gözdən keçirilməlidir. ölkə hakimiyyətinin qərarlarına təsir gücünə malik İvanişvili SOCAR-ın ölkədəki fəaliyyətini genişləndirməsindən narahatlığını açıq şəkildə bəyan edib. Elə bu məqsədlədə yeni alternativ axtardıqlarını deyirlər. 

“Bu gün Rusiya qazı ilə bütün Avropa təchiz edilir. Gürcüstanın da bu ölkədən qaz alması cinayət deyil. Azərbaycan qazının ucuzluğunu soruşursuz. Biznesmen ağılsız deyil ki, bir yerdən ucuz qiymətə aldığı qazı qoyub başqasına daha çox ödəməklə qaz əldə etsin. Azərbaycan tərəfinə minnətdarıq, amma ölkədə bir şirkətin monopolist olmaması üçün müxtəlif şirkətlərin cəlb edilməsi vacibdir”,-deyə İvanişvili bildirib.

Göründüyü kimi, Gürcüstan rəsmiləri gah deyir Azərbaycanın qazı yoxdur, gah da bildirirlər ki, SOCAR-ın ölkənin qaz bazarına təkbaşına təsir etməsindən narahatdırlar. İndi isə Gürcüstanın və Ermənistanın energetika nazirləri İrandan elektrik enerjisinin idxalı məsələsini müzakirə edirlər. Azərbaycan isə Gürcüstana həm qaz , həm də elektirik enerjisi ixrac edən dövlətdir. Amma hazırda baş verənlər müəyyən qüvvələrinAzərbaycanı bu imkanlardan məhrum etmək istəyini ortaya qoyur.

Hazırda Rusiyanın, Gürcüstanın, İranın və Azərbaycanın ərazilərini işğal edən Ermənistanın iş birliyi, Rusiya qazının İran körfəzinə çıxarılması, İran qazının isə Ermənistana oradan da Avropaya ixracı məsələləri gündəmdədir. Bütün bu layihələrin mərkəzində Gürcüstan və Ermənistan, kənarında isə Azərbaycan dayanır. çünki yeni müzakirə olunan kəmərin Rusiya – Gürcüstan – Ermənistan – İran ərazisindən keçməsi nəzərdə tutulur. 


Nəzərdə tutulan Rusiya – Gürcüstan – Ermənistan – İran qaz kəməri

Milli Məclisin Təhlükəzlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc isə deyir ki, Rusiya, Gürcüstan, Ermənistan və İranın birgə layihələr ətrafında işbirliyi regionda yeni siyasi ittifaqın yaradılması üçün addımların atılması deməkdir: 

“Qərb dövlətlərinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində ölkə yalnız Asiya dövlətləriylə iqtisadi əlaqələr həyata keçirirdi. Amma indi sanksiyalar götürülür və İran açıq şəkildə dünya bazarına enerji ehtiyatlarını çıxarmağa başlayır. Sanksiyalara baxmayaraq İran Ermənistanla qaz layihələri həyata keçirdi. İndi isə yeni layihələr gündəmdədir ki, bu regionda siyasi iş birliyini ortaya çıxarır”.

Zahid Orucun sözlərinə görə, İran hazırda bölgədə özünün maraqlarına uyğun siyasi mühit yaratmaq istəyir: “İranın qaz ehtiyatları Gürcüstanı və Ermənistanı onunla daha da yaxınlaşmağa sövq edir. Ermənistan isə böyük səylə İranın regionda iqtisadi mövqelərini gücləndirməsinə kömək etmək istəyir ki, Azərbaycanla İran arasında münasibətlər pozulsun”.

Baş verən hadisələrin regionun ən böyük enerji ixracatçılarında biri olan Azərbaycana təsirinə gəlincə, Zahid Oruc bildirir ki, ölkəmizin regionda həyata keçirilən enerji layihələrindən kənarda qalması real görünmür:

“Azərbaycan indiyə qədər Qərb dövlətləri ilə bir çox enerji layihələri həyata keçirib. Xəzər dənizinin statusunun müəyyən edilmədiyi bir dövrdə Azərbaycanın bu layihələri həyata keçirməsi böyük uğur idi. Elə bu layihələr həyata keçirildiyi vaxtlarda Azərbaycan Gürcüstan ərazisində böyük neft və qaz terminalları tikdi. Belə bir infrastrukturun olması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirir ki, regionda həyata keçiriləcək layihələrə təsir edə bilsin”.


Azərbaycanın regionda həyata keçirdiyi enerji layihələri

Noyabrın 6-da prezident İlham Əliyevin Gürcüstana səfər edəcəyinə toxunan millət vəkili bu ziyarətin regionda baş verən hadisələr fonundan Azərbaycanın mövqeyinə müsbət təsir göstərə biləcəyini də deyir… 




Yuxarı Əvvələ Ana Səhifə