XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 10:45

Amerika həbsxanalarındakı cinsi və fiziki zorakılıqlar haqda nə bilirik? –Araşdırma

Deyv Cilson

Mother Jones (ABŞ), 29.04.2017

 

Hər beş dustaqdan biri deyir ki, kamera yoldaşları və yaxud mühafizənin hücumuna məruz qalıb.

Təhlükəsizlik bütün həbsxanaların problemidir, lakin məhbəslərdəki zorakılıq haqda dəqiq məlumat əldə etmək çox çətindir. Amerika islah müəssisələrindəki fiziki və cinsi zorakılıq haqda bizə nəyin məlum olduğu və Şeyn Bayerin (“Mother Yones”in bu həbsxanada dörd ay nəzarətçi işləmiş reportyoru) Luzianada işlədiyi özəl həbsxanada nə baş verdiyinə nəzər salaq.

 

Barmaqlıq arxasındakı fiziki zorakılıq

 

•Amerika həbsxanalarındakı kişi cinsindən bütün dustaqların 19%-i deyir ki, kamera yoldaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.

•21%-i deyir ki, nəzarətçilərin döyməsinə məruz qalıb.

 

Barmaqlıq arxasında cinsi zorakılıq

 

•Rəsmi məlumatlara görə, 2011-ci ildə Amerikanın bütün həbsxanalarında 8 800-dən az olmayan zorlama və digər cinsi təqib halları baş verib.

•Amma kişi cinsindən dustaqların 3%-dən 9%-ə qədəri deyir ki, barmaqlıq arxasında olarkən cinsi zorakılığa uğrayıb. Bu göstərir ki, cinsi zorlamanın qurbanları xeyli çoxdur və 180 min nəfər təşkil edir.

•Keçmiş dustaqların ifadələrinə əsasən, ştatların dövlət həbsxanalarındansa özəl həbsxanalarında kamera yoldaşları qonşularını iki dəfə az cinsi təqibə məruz qoyurlar. Ancaq heyət tərəfindən cinsi zorlamaya iki dəfə çox məruz qalırlar.

•Hakimiyyət qurumları qeyd edir ki, həbsxana heyətinin hüquqa zidd cinsi davranışının 66%-i  dustaqlarla “razılıq üzrə”cinsi münasibətdir.

 

Qadınlar

 

•Qadınlar dustaqların ümumi sayının 7%-ini təşkil edirlər.

•Onlar kamera yoldaşları tərəfindən cinsi zorakılıq sayının 22%-ini təşkil edirlər.

•Onlar həbsxana heyəti tərəfindən cinsi zorakılıq sayının 33%-ini təşkil edirlər.

 

Özəl və dövlət həbsxanaları

 

Dövlət və özəl həbsxanalardakı zorakılıq haqda bu gün aktual müqayisəli məlumat yoxdur. Bu mövzuda son araşdırma 2001-ci ildə Ədliyyə Nazirliyi tərəfindən aparılıb və üzə çıxarıb ki, dövlətinkindənsə özəl həbsxanalarda dustaqların bir-birinə hücumu 38% tez-tez baş verir.

 

Uinn islah mərkzində zorakılıq

 

Şeyn Bauer 2015-ci ildə Uinn islah mərkəzinin həbsxanasında nəzarətçi işləyəndə iki ay ərzində bıçaqla 12 hücum qeydə alıb. Lakin Luiziana ştatının cəzaların icrası departamentinin rəsmi məlumatlarına əsasən, mərkəz ilin ilk on ayı ərzində bıçaqla cəmi beş hücum halı haqda məlumat verib. (Uinn islah mərkəzinin rəhbərliyi xəbər verir ki, bütün hücumlar barədə məruzə edir, amma bu insidentlər bu sənədlərdə müxtəlif cür təsnif edilə bilər.)

•Uinn mərkəzində on ay ərzində dustaqlardan 114 vahid silah tapılıb – demək olar, ümumi rejimli həbsxana olan Allen dövlət islah müəssisəsindəkindən üç dəfə çox.

•Uinn islah mərkəzinin heyəti Avoylz dairəsindəki anoloji dövlət həbsxanasındakından 40 dəfə tez-tez “birbaşa” qüvvə tətbiq edib.

•Allen və Avoylz həbsxanalarndansa Uinn mərkəzində dustaqlara qarşı istiot qazından və başqa kimyəvi maddələrdən üç dəfə çox istifadə olunub.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə