XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2017 - 13:00

Hindistan müsəlmanları:Dünyanın ən qələbəlik azlığı

İnsan sayına görə dünyanın ikinci, ümumdaxili məhsuluna (ÜDM) görə 5-ci ölkəsi olan Hindistan iqtisadi artım baxımından da sürətlə inkişaf edir. İnkişaf tempi sahəsində də Çini izləyən ölkənin 2020-ci ilə qədər dünyanın 4-ci iqtisadi gücünə çevriləcəyi ehtimal olunur. Statistik təxminlərə görə, hər il əhalisi 10 milyon artan Hindistan 2025-ci ildə Çini geridə buraxaraq, dünyanın ən qələbəlik ölkəsinə çevriləcək.

Bütün paramertləriylə dünyanın ən önəmli ölkələrindən olan Hindistanın həm tarixi keçmişində, həm də bu günündə çox dərin İslam izləri var. Türkiyənin məşhur analitik mərkəzlərindən sayılan “Kuzey Haber Ajansı” özünün Hindistanla bağlı geniş araşdırmasında bu izlərə də yer ayırıb. Hindistanın iqtisadi, geosiyasi mövqeyini, sosial, dini-etnik vəziyyətini dərinləməsinə araşdıran məqalə xeyli böyük olduğundan onun müəyyən hissələrini Strateq.az oxucularıyla tanış etmək qərarına gəldik.

İlk işə isə “Hindistandakı İslam” mövzusuyla  başlayırıq:

 

***

Rəsmi olaraq Hindistanda təxminən 177 milyon 300 min müsəlman yaşayır. Hindistan İndoneziya və Pakistanın sonra dünyada ən çox müsəlman əhaliyə sahib üçüncü ölkədir Ancaq yenə də müsəlmanlar əksəriyyəti hindulardan ibarət əhalinin təxminən 13% təşkil edir.

İslam Hindistana 8-cı əsrin əvvəllərində ərəb tacirləri vasitəsilə daxil oldu, lakin geniş yayılma və hegemon gücə çevrilmə prosesinə 12-ci əsrdə başladı. Hindistanın islamlaşması əsasən türklər vasitəsilə oldu.

Hindistanda ilk olaraq Qəznəvilərlə başlayan Türk-İslam dövlətləri zənciri Tuğluklular, Lodi, Dehli Türk Dar üs-səlam və son olaraq Babur İmperatorluğuyla sona çatdı.

Bugünün Hindistanı Hinduizm, Buddizm, Siqhizm və İslam kimi dörd böyük dinin ictimai həyatına damğasını vurduğu dünyəvi və konstitusiyası olan ölkədir. Hindistanda fərqli inanca sahib olan seqmentlər arasında ümumi bir uyğunlaşma görülsə də, hindlilərlə müsəlmanlar arasında zaman-zaman ölümlərə də səbəb olan gərginliklər yaşanır. Münasibətlərin qırılma nöqtəsi isə Kəşmir problemidir.

Hindistan, Pakistan və Çin sərhədlərində dağlıq bir bölgə olan Kəşmirin müsəlman xalqının Hindistan ilə inteqrasiya olunmaq istəməməsi səbəbindən Hindistan ilə Pakistan arasında 1947 və 1965 illərində iki müharibə yaşanıb. Kəşmir problemi 1948-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının gündəmindədir.

 

Üçdə ikisi Hindistan, qalan qismi Pakistan torpaqlarında olan Kəşmiri rəsmi Dehli öz torpaqlarının ayrılmaz parçası sayır. Pakistan isə Kəşmirin gələcəyinin BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində öz xalqı tərəfindən keçiriləcək referendumla təyin edilməsinin lazım olduğunu bildirir.

Əhalisi 1 milyardın üzərində olan Hindistanda təxminən 180 milyon müsəlman yaşayır. Bu baxımdan dünyada sayca ən çox müsəlman azlığın yaşadığı yerin Hindistan olduğunu deyə bilərik. Hindistan müsəlmanları həm hökumətin, həm də hindu əhalinin ağır təzyiqi altındadır. Müxtəlif zamanlarda hinduların hücumlarıyla ortaya çıxan qarşıdurmalarda çox sayda müsəlman həyatını itirdi.

Hindistanda müsəlman cəmiyyəti təmsil edən başlıca təşkilatlar bunlardır: Hindistan Alimləri Məclisi, Hindistan Müsəlman Tələbələr Birliyi və İslami Müşavirə heyəti. Müsəlmanların evlənmə, boşanma, miras kimi xüsusi sahələrini əhatə edən mövzularda İslami hökmlər tətbiq olunur. Zaman-zaman rəhbərliklər bu hökmləri ləğv etmək və Hindistan qanunlarını keçərli hala gətirmək istəsə də müqavimətlə qarşılaşmış və öz siyasətindən geri çəkilmişdir.

Hindistan müsəlmanlarının yaşadığı problemlərin keçmişi isə 20-ci əsrin ilk illərinə söykənir. 1915-ci ildə Qandi Hindistana gələrək sülhsevər bir mübarizə platforması yaratmağa qərar verdi.

   

1919-cu ildə ingilislərin gətirdikləri anti-terror qanunları məşhur etiraz dalğalarına gətirib çıxaracaq və qeyri-adekvat təzyiqlər  etiraz reaksiyalarını artıracaqdı. Əsas dönüş nöqtəsi isə ingilis general Dyerin qapalı meydana sıxışan silahsız nümayişçilərə atəş açdırdığı Amritsar şəhərində yaşandı. Sursatı bitən ingilislər məcbirən atəşi dayandıranda meydanda yatan 400 günahsız ölü və min yaralı ilə Hindistandakı müsəlman hegemonluğuna və dövlət müstəqilliyinə son qoydular.

Qandi də bu tarixdən etibarən 'vətəndaş itaətsizliyi' kampaniyalarına başladı. Radikal hindular bu mübarizə metodunu mənimsədilər. II Dünya müharibəsinin əvvəlində Konqres Partiyası əyalətlərə muxtariyyət gətirən yeni sistem çərçivəsində keçirilən seçkilərdə böyük bir müvəffəqiyyət qazandı. Müsəlman təmsilçilər əyalət hökumətlərindən uzaqlaşdırıldı.

Məhəmməd Əli Cinnahın (Pakistanın qurucusu) koalisiya təkliflərinin rədd edilməsi müsəlmanlar ilə hindlilər arasındakı ortaq zəmini tamamilə ortadan qaldırdı. Hinduların Nehru liderliyindəki qatı mövqeyi müsəlmanların narahatlıqlarını körüklədi və Cinnah da müsəlmanları mübarizəyə çağırdı. 1946-cı ilin 16 avqust günü müsəlmanların elan etdikləri 'Ümumi Müqavimət' hərəkatı qanlı qarşıdurmalara çevrildi. Bir neçə ayda ən az 12 min adam həyatını itirdi. Hindilər və müsəlmanlar öz bölgələrinə köçə başladılar.

14 Avqust 1947-ci ildə gecə yarısından etibarən Hindistanın şimal-şərq ilə şimal-qərbdəki müsəlman əksəriyyətə dayanan Pakistan müstəqilliyini elan etdi. Bu sırada yaşanan böyük köçlə ən az 12 milyon müsəlman, hindu və siqh yer dəyişdirdi. Qarşılıqlı döyüşlərdə yarım milyondan çox insan öldü. 1971'deki Hindistan-Pakistan müharibəsindən sonra Şərq Pakistanda 'Benqladeş' adıyla ayrı bir dövlət quruldu.

1964-cü ilə qədər Hindistan Cəvahirəl Nehru tərəfindən idarə olundu. Onun ölümündən sonra İndira Qandi 1966 və 1980-ci ildə iki dəfə baş nazir vəzifəsinə gətirildi. Ölkədəki böyük kasıblıq mühitində etnik fərqliliklər art-arda qarşıdurmalara səbəb olmağa davam etdi. İndira Qandi 1984-cü ildə Siqhlerin ən müqəddəs məkanı Qızıl Məbəddə sui-qəsdə məruz qaldı və Siqh keçikçiləri tərəfindən öldürüldü.

Yerinə keçən oğlu Rajiv Qandi isə korrupsiya iddiaları nüfuzdan düşdü və 1991-ci ildə o da sui-qəsdə qurban getdi. Hinduların Siqh məbədlərinin yanında məscidlərə də hücum etmələri 1991-1993-cü illər arasında yeni şiddət dalğaları meydana gətirdi.

 

Qujaratda 2 min müsəlman qətlə yetirildi

 

Hindu-müsəlman gərginliyi XXI əsrdə də ölkədə tez-tez qarşıdurmalara səbəb olur. Bu gərginliyin qırğına çevrildiyi bir başqa əyalət isə Qujarat oldu. 27 Fevral 2002-ci ildə Qujaratda yaşanan qərğında 2 minə yaxın müsəlman öldürüldü.

Hindistanın qərbində müsəlmanların sıx olaraq yaşadığı əyalətdə 27 fevral 2002-ci il tarixində qatarda baş verən və 58 adamın diri-diri yanaraq can verdiyi yanğını kimin törətdiyi indiyədək bilinmir.

 

Yanğının müsəlmanlar tərəfindən planlaşdırıldığı və reallaşdırıldığı iddialarının yayılması üzərinə bir neçə saat içində onlara qarşı qətliam hərəkatı başladı. Qısa müddət içində 2 minə yaxın müsəlman öldürüldü. 150 min müsəlman evlərindən zorla çıxarıldı. Ana-atalar uşaqlarının gözlərinin qarşısında döyüldü, təhqirə məruz qaldı, öldürüldü. Müsəlmanların ibadət yerlərinə hücum edildi. Yaşananlara şahidlik edən bir müsəlmanın hadisələrdən sonra mediaya əks olunan ifadələri o günün xülasəsi kimi idi: "Evimizi atəşə verdilər. Sünnətli olub olmadığımı nəzarət etdilər. Daha sonra mənim də əllərimi bağladılar. Yaşlı anamı və atamı əllərindəki çubuqlarla acımadan vuraraq döydülər. Qız qardaşımı saçından sürüyüb mətbəxə apardılar … "

Yaşananlar dünyada geniş əks-səda yaratdı. Beynəlxalq Aministiya Təşkilatının hadisələrlə əlaqədar hazırladığı hesabatda diqqət çəkicidetallar var. Təşkilatın hesabatına görə, hadisədən sonra bir çox partiya və hökumət üzvlərinin də iştirak etdiyi müşahidə qrupu hinduların müsəlman azlığa sistematik hücumlarını önləmək, ya da dayandırmaq üçün heç bir şey etməmişdi və hadisələrin bir çoxunda rast gəlinən qanun pozuntuları insanlığa qarşı cinayət meydana gətirməkdədir.

Aministiya Təşkilatı rəsmiləri yaşananlarla əlaqədar verdikləri açıqlamada Qujarat əyalət rəhbərliyinin şiddət hadisələri zamanı başda qadınlar və qız uşaqları olmaqla müsəlmanları qorumadığını vurğulayaraq qeyd edirdi: "Çox təəssüf ki, bir çox nüfuzlu yerli müşahidəçinin göstərdiyi dəlillərə baxmayaraq, hökumətin hələ də qüsurunu qəbul etməyi və kədərini dilə gətirməyi rədd etməsi qurbanları növbəti dəfə aşağılamaqdır”.

Şiddət hadisələri nəticəsində müsəlmanları öldürməkdə günahlandırılanlarla əlaqədar 9 məhkəmə iddiası verildi. Məhkəmə 31 hindu müsəlmanları öldürmək, üsyan çıxarmaq və evləri atəşə vermək günahından ömürlük həbs cəzasına məhkum edildi.

 

 2002-ci ildə yaşanan hadisələrdən sonra hindli yazar Arundati Royun qələmə aldığı bir yazıda qələmə alınan bu ifadələr Hindistanda bənzər hadisələrin yenidən yaşanma ehtimalının nə qədər yüksək olduğunu göstərir: "Kiçik bir şey; bir kino növbəsindəki qarışıqlıq ya da işıqforu gözləməkdə yaranan bir döyüş ölümcül nəticələr doğura bilər … Müsəlmanların bir çoxu, xüsusilə də gənclər, böyük ehtimalla döyüşçüyə çevriləcək, qorxunc şeylər törədəcəklər. Qeyri-hökumət təşkilatları onları qınamağa çağırılacaqlar … "

 

Qırğının məsulu indi Baş nazirdir

 

2002-ci ildə Qujaratda yaşanan hadisələrlə əlaqədar müzakirələr Hindistanın gündəmindəki yerini indi də qoruyur. Bu müzakirələrin mərkəz nöqtəsində isə dövrün əyalət rəhbərinin hazırda baş nazir olan Narendra Modi var.

Modi 2014-ci ilin may ayında təşkil edilən ümumi seçkilərdə hind milliyyətçisi Bharatiya Janata Partiyasının baş nazir namizədi olaraq qatılmışdı. 2001-ci ildən baş nazir seçilənə qədər Qujarat əyalətinin başçısı olan Narendra Modi 2002-ci ildə əyalətdə meydana gələn hindu-müsəlman qarşıdurmalarında lazımlı təhlükəsizlik tədbirlərini almayaraq şiddətə tamaşaçı qalmaqla günahlandırılırdı.

Haqqında 2002-ci ildəki hadisələrə görə bir çox məhkəmə iddiası açılan Modi və hökuməti bu davalardan bəzilərində cinayətdə ittiham olundu, amma indiyədək heç bir cəza almadı. Kabinetindəki bəzi nazirlərin bu hadisələrdən günahkar bilinərək həbsə atıldı. Modiye, başda ABŞ olmaqla bir çox Qərb ölkə səfirlikləri dini ayrı-seçkilik etdiyi səbəbilə ölkələrinə viza verməmişdi.

Narendra Modinin Hindistan baş nazirliyi üçün namizəd olaraq göstərilməsi partiyasında də bölünməyə səbəb olmuşdu. Partiyanın liberal üzləri Modinin namizədliyinin BJP-nin liberal hindulardan və müsəlmanlardan gələcək səslərə mane törədəcəyi görüşündəydi.

Narendra Modinin seçki kampaniyasında, milyonlarla müsəlmanın yaşadığı Uttar Pradeş əyalətindəki nifrət ritorikalı seçki kampaniyası da ciddi müzakirələrə səbəb olmuşdu. Partiya daxili və xaricindəki müxaliflər qarşıdurma narahatlığını yüksək səslə dilə gətirmişdi.

Seçkilərdən əvvəlki son çıxışını İslam arxitekturasının nadir nümunələrindən sayılan Tac Mahalın də olduğu Aqrada edən Modi yenə Müsəlmanları hədəf almışdı.

"Müsəlman azlıq üçün xalqın 75%-nin laqeyd qaldığını" söyləyən və hindlilərə "haqsızlıq" edildiyini bildirən milliyyətçi liderə minlərlə hindli dəstək vermişdi…

 

Kuzey Haber AjansıAnalitik Mərkəzi




Yuxarı Əvvələ Ana Səhifə