XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2017 - 14:15

Gənc qızı maşınla vurub öldürən biznesmenin 14 yaşlı oğlunun dəbdəbəli həyatı… –FOTOLAR

Ötən gecə "Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürən Ağaəli Fərəcovun sosial şəbəkələrdə kifayət qədər məşhur olduğu üzə çıxıb.

Strateq.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, İnstaqramda "alik_999" niki ilə qeydiyyatdan keçən Ağaəli Fərəcov kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir.

Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir.

Qeyd edək ki, Ağaəli Fərəcov tanınmış biznesmen Füzuli Fərəcovun oğludur.