Terror təşkilatının lideri Ayman əz-Zəvahiri 1996-cı il iyunun axırında Azərbaycanda bir agentlə görüşüb
özünü Qafqaz Əmiratı elan etmiş qurumun internet portalı 2013-cü ildə Suriya terrorçularının tərəfində, xüsusilə “Ceyş-əl-Muhacirin vəl-Ənsar” (Əcnəbi dostların ordusu) bölmələrində vuruşan qafqazlı yaraqlıların rəşadəti barədə aydın təfərrüatlarla yenilikləri yayarkən çox az adam güman edərdi ki, hadisələr bu qədər gözlənilməz şəkil ala bilər. Məsələ burasındadır ki, “Əl-Qaidə” ilə İŞİD arasında dərinləşən zidiyyətlər fonunda və İraqın, Suriyanın mərkəzi hökumətləri ilə hərbi əməliyyatların aparılması planında sonuncunun üstünlüyü o zaman hələ təkfirçilərin lideri olmayan bölmə komandiri Əbu Bəkr əl-Bağdadinin andı iki il tamam olmamış “Əl-Qaidə”ni, yoxsa İŞİD- dəstəkləməyə görə yaranmış fikir ayrılıqları Qafqaz Əmirliyini parçalanma təhlükəsi altında qoydu. Hazırda Əbu Muhəmməd Dağıstaninin Qafqaz Əmirliyinin başçısı elan edildikdən, demək olar, bir il sonra o və əvvəlki kimi “Əl-Qaidəyə” sadiqliyi saxlayan yaraqlıların digər komandirləri İŞİD və onun qafqazlılar içindən çıxmış ən görkəmli nümayəndəsi Əbu ömər çeçeni tərəfindən kəskin rəqabət hiss etməyə başlayıblar.
Durum o qədər kəskindir ki, görünür, hazırda Qafqazdakı sələfi yaralıların faktiki rəhbəri 43 yaşlı əmir yox, İŞİD-in ən məşhur üzvü sayılan 29 yaşlı, müəmmalı döyüş komandiridir.
Heç bir şübhə yoxdur ki, 2000-ci ili mayında çeçenistanın faktiki müstəqilliyinə son qoymuş II çeçen müharibəsində Rusiyanın qələbəsi bütün Şimali Qafqaz üçün postsovet dönəmi üçün başlıca siyasi-hərbi hadisə oldu. Əlbəttə, nə həmin hərbi uğur, nə Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevin çeçenistanda elna etdiyi antiterror əməliyyatları separatçıların Qafqazda öz mübarizələrini dayandırdıqlarını bildirirdi. Həqiqətən də, onlar tezliklə silaha əl atdılar. Separatizmə köklənmiş yaraqlıların Şimali Qafazdakı fəaliyyəti son iyirmi ildə təkcə bu bölgənin özünə deyil, bütün Rusiyadakı hərbi-siyasi duruma təsir göstərib. Onların fəallığı bir sıra daxili və xarici amillərlə şərtlənmişdi və ideologiya və struktur baxımından iki dönüş məqamı var idi. Yeri gəlmişkən, hazırda da belə bir məqamdan keçilməsi hiss olunur. Birinci amil təməlində yerli xalqların etnik özünəməxsusluğu duran milli azadlıq idealının sələfiliyin ekstremist prinsipləri ilə əvəzlənməsindən ibarət idi. I və II çeçen müharibəsində üzə çıxmış kursun dəyişilməsini Cohar Dudayev və Şamil Basayev kimi liderlərin baxışları arasındakı fərqlərdə müşahidə etmək olardı. İkinci dönüş məqamı çeçenistan İçkeriya respublikasının başçısı Doku Umarov sürgündə həmin qurumu ləğv edib 2007-ci ilin 7 oktyabrında “Şimali Qafqaz Əmirliyi”ni yaradanda baş verdi. Bura çeçenistan, İnquşetiya, Adıgey əraziləri, Krasnodar vilayətinin güney bölgələri, Dağıstan, Kabardin-Balkariya, Qaraçay-çərkəz və Quzey Osetiya daxil olundu. Rusiya Federasiyasının sözügedən yeddi Quzey Qafqaz respublikaları ilə təmsil edilən ərazisi, həmçinin Krasnodar diyarının torpaqları, faktiki olaraq, heç vaxt Doku Umarovun və çeçenistanın dağlıq bölgələrində gizlənmiş tərəfdarlarının tabeliyində deyildi. Bununla belə, yaraqlıların lideri bu ərazilərdə öz hökmünü sərgiləmək üçün KİV-dən, xüsusən də “Кавказ-Центр” internet saytından, həmçinin Qafqaz Əmirliyininİçkeriya respublikasının varisi olması ideyasından istifadə edirdi. Onun yaraqlılar qrupu isə Quzey Qafqazda və hətta Rusiya paytaxtının özündə təxribatçılıq fəaliyyəti ilə məşğul olurdu. Umarov sonra öz fəaliyyətini genişləndirdi və bir müddətdən sonra Azərbaycan, Abxaziya və Qafqazın bir sıra ərazilərinin idarə edilməsi üçün əmirlər təyin etdi, öz dəstələrinin nəzarət etdiyi şəbəkəni isə “Qafqaz Əmirliyi” adlandırdı.
Doku Omarov öz sələfləri ilə müqayisədə Quzey Qafqaz separatçılarına daha çox komandirlik etdi. Bununla birgə, Moskvaya sadiq Quzey Qafqaz respublikalarının hökumətləri öz ərazilərində nisbətən yüksək sabitlik səviyyəsini yoluna qoya bildi, Ramzan Kadırovun dəmir iradəsi və mərkəzi hökumətin maliyyə ayrıntısı isə çeçenistanda önəmli sabitlik yaradıb böhranlı durumu düzəltməyə imkan verdi. Qafqaz Əmirliyi liderlərinin 2014-cü ildə Soçidə Qış Olimpiya oyunlarında teraktlar təşkil etmək hədələri də boş vədlər çıxdı. 2014-cü il martın 18-də Doku Umarovun ölümü barədə rəsmi məlumat yayıldı, hələ bir müddətdən sonra isə məlum oldu ki, terrorçular bunu altı ay müddətində uğurla gizlətməyə nail olublar. Bütün bunlar Qafqaz Əmirliyinə hansısa ciddi bir perspektiv vəd edə bilməzdi. Buna baxmayaraq, Qafqaz Əmirliyinin yaraqlıları bir neçə aydan sonra Əbu Muhəmməd Dağıstaninin rəhbərlyi altında 2014-cü il dekabrın 4-də mövcud təhlükəsizlik maneələrini dəf etməklə Qroznıya hücum edib partizan müharibəsi aparmaq qabiliyyətlərini sübut etdilər. Bununla bərabər, yaraqlıların fəaliyyətinə və xarici qüvvələrlə münasibətlərinə təsir edən yeni vəziyyət meydana çıxdı. Söhbət Suriya və İraqda rəsmi hökumətə qarşı vuruşan təkfirçilərdən gedir. Onlarla təmasların qurulması Quzey Qafqazdakpı sələfi yaraqlılarının terrorçu hərəkatının inkişafında növbəti dönüş məqamının başlanğıcına işarə idi. Bunun nəticəsində onların bir hissəsi Əbu Muhəmməd Dağıstaniyə və deməli, həm də “Əl-Qaidə”yə içdiyi andı pozub İŞİD-in dəstələrinə daxil oldu.
Qafqaz Əmirliyi: “Əl-Qaidə”dən İŞİD-ə
Quzey Qafqaz yaraqlılarının “Əl-Qaidə” ilə münasibət qurması onların ultra-sələfi baxışlarının möhkəmlənməsinə səbəb oldu. Bu şərait sələfiliyin xarici sponsorları və təbliğçiləri daxil olmaqla bir çox daxili və xarici amillərlə, həmçinin bölgəsəl və qeyri-bölgəsəl oyunçuların müdaxiləsi ilə şərtlənib. Belə ki Rusiyanın bir sıra KİV təsdiq edir ki, Cohar Dudayev hələ I çeçen müharibəsinin (11 dekabr 1994- 31 avqust 1996) qızğın çağında vəhhabilərin dəstəyindən istifadə edib. Lakin güman etsək ki, bu, həqiqətən də, beləydi, əldə olan dəlillər bu köməkdən yalnız taktiki istifadədən xəbər verir, lakin çoxsaylı faktiki məlumatlara üz tutulsa, onda Dudayevin sələfiliyə bağlılığı haqda söhbətlər etibarlı əsasa malik deyil. 1996-cı il aprelin 21-də Dudayevin öü
lüm və xüsusən də Aleksandr Lebedlə Aslan Mashadov arasında bağlanmış Xasavyurt sazişindən sonra I çeçen müharibəsinin başa çatması ilə vəhhabilərin çeçen döyüşçülərinə təsiri gücləndi və 2000-ci ilədək, yəni bu respublikanın faktiki müstəqilliyi dövründə davam etdi. Eyni zamanda, hələlik təsdiqlənməmiş məlumatlara görə, çeçenlərin müəyyən qismi Əfqanıstandakı hərbi düşərglərdə təlim keçib, Şamil Basayev və Salman Raduyev kimi digərləri isə 1992-1993-cü illərdə Qarabağ müharibəsində ərəb və əfqanlarla münasibət qurmuşdular. çeçen separatçılarının bu gələcək komandirlərinin ultra-sələfi ideyaları məhz bu zaman formalaşmağa başladı. Həm də unutmaq olmaz ki, sələfiliyin yaraqlılar arasında yayılmasında və “Əl-Qaidə” ilə münasibət girmələrində onların içində Əmir ibn-Xəttab (2002-ci ildə öldürülüb), Əbu əl-Vadid əl-Həmidi (2004), Əbu ömər əs-Seyf (2005), Əbu Hafs əl-Urdani (2006) və Mahnad (2011) kimin ərəb komandirlərinin birbaşa iştirakı fəal rol oynadı.
2014-cü il 14 fevralında Londonda “Əl-Həyat” qəzeti hansısa ikili agentin Quzey Qafqaz yaraqlılarının “Əl-Qaidə” ilə əlaqələri haqda müsahibəsindən hissələr dərc etdi. Müsahibədə danışılırdı ki, bu terror təşkilatının lideri Ayman əz-Zəvahiri 1996-cı il iyunun axırında Azərbaycanda bu agentlə görüşərkən çeçenistana yollanmaq istəyini dilə gətirib. Bir müddətdən sonra o, Dağıstan-çeçenistan sərhədində yaxalanıb, demək olar, iki ay həbsxanada keçirib və o vaxt eləcə onun şəxsiyyəti müəyən edilməsə də, 40 min dollar rüşvətlə azadlığa buraxılıb. Agent həm də “Əl-Qaidə”ni ali rəhbərliyindəki o zamankı fikir ayrılıqlarından və o zaman çeçenistanda olan əl-Xəttabın əz-Zəvahiri ilə görüşmək arzusunda olmamasından danışıb.
Bundan başqa, müsahibədə danışılır ki, II çeçen müharibəsi zamanı Ben Ladenin yaxınlarından olan əl-Həmidi “Əl-Qaidə” ilə Xəttabın əlaqələrinin koordinasiyasına cavabdeh idi. Hər necə olmasa da, bu təşkilatın Qafqazadkı döyüşçü separatçılarla münasibətləri Doku Umarovun komandirliyi dövründə də davam edib. Ola bilsin, BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” və taliblərin fəaliyyətini ksəmək üçün yaradılmış sanksiya komitəsi Doku Umarovu 2011-ci ildə məhz bu səbəbdən bu terorçularla bağlı olanların siyahısına daxil edib. Birləşmiş Ştatlar isə, ən azı, görüntü üçün bu çeçen döyüşçüsünün başına və yaxud onun həbsinə yuardım edəcək məlumat üçün beş milyon dollar həcmində mükafat təyin etdi.
Suriyadakı hərbi fəaliyyətə gəlincə, Doku Umarov öz döyüşçülərinin Rusiya ilə mübarizə üçün Qafqazda olmasının vacibliyinə isnad edərək onalrın Suriyaya göndərilməsini dəstəkləməsə də, Qafqaz Əmirliyi silahlı qarşıdurmanın lap əvvəlindən bu ölkənin qanuni hökumətinə qarşı öz müxalifliyini bəyan etdi. Bununla belə, KİV-də onların Suriyadakı hərbi əməliyyatlarda iştirakı və əsasən keçmiş sovet respublikalarından gəlmiş döyüşçülərdən ibarət “Ceyş-əl-Muhacirin” bölməsinin yaradılması barədə xeyli sayda məlumatlar dərc olundu. «Кавказ-Центр» veb-saytı isə xüsusən 2013-cü ildə onun fəaliyyətini fəal şəkildə işıqlandırdı.
Bununla yanaşı, 2013-cü il noyabrın ilk günlərində Ayman əz-Zəvahiri “Əl-Qaidə”nin Suriyada yeganə təmsilçisi “Ən-Nusra cəbhəsi”nin olduğu barədə audiomüraciət yaydı. O həmçinin Əbu Bəkr əl-Bağdadiyə müraciət edərək “İraq və Levanta (Suriya-red.) İslam dövləti” adından Suriya sözünün çıxardılmasını tələb etdi. Beləliklə, “Əl-Qaidə” ilə İŞİD-in arasındakı ziddiyyət yeni mərhələyə daxil oldu və daha da ciddiləşdi. Hər şeydən göründüyü kimi, hər iki təşkilatın nüfuz dairəsinin bölünməsi zərurəti ona gətirib çıxartdı ki, Əl-Bağdadinin 2013-cü ilin mayında İŞİD-in quzey bölməsinin komandiri təyin etdiyi Əbu ömər çeçeni həmin ayın sonunda İŞİD liderinə içdiyi andın mətnini dərc etdirdi. Onda bildirilirdi ki, “Ceyş-əl-Muhacirin” bölməsinin əvvəllər Doku Umarova and içmiş döyüşçülərinin bir qismi İŞİD-in tərkibinə daxil olmaq üçün ondan icazə gözləyirlər. Bu icazə, əslində, Qafqaz Əmirliyinin “Əl-Qaidə”dən üzülməsi demək olardı. Əlbəttə, çeçen lideri İŞİD-in o zaman baş verən hərbi məğlubiyyətləri fonunda belə bir icazə verə bilməzdi. Bunun nəticəsində “Ceyş-əl-Muhacirin”dəki çeçenlərin əsas hissəsi İŞİD-in başçısı Əbu ömər çeçeniyə andlarını pozub öz komandirlərini tərk etdilər və 2013-cü ilin dekabrında Səlahəddini özlərinə yeni komandir seçdilər. “Ceyş-əl-Muhacir”in tez bir zamanda “Ən-Nusra cəbhəsi”nin müttəfiqi oldu və İŞİD-lə qarşıdurmaya girdi, lakin Əbu ömər çeçeninin başqa bir tale gözləyirdi. Zaman-zaman onun həlak olması barədə məlumatlar gəlirdi, lakin İŞİD İraqın önəmlıi hissəsini nəzarətə götürdükdən sonra 2014-cü ilin iyununda İŞİD-dəki görkəmli simalardan biri kimi kütləvi informasiya vasitələrində onun haqqında məlumat yayıldı.
Bəzi KİV bildirdi ki, o, əvvələr öldürülmüş İŞİD komandiri Əbu Əbdül Rəhman Əl-Biləvi Əl-Anbarinin yerini tutub. Tamamilə məlum səbəblərə görə Əbu ömər çeçeninin məşhurluğu Qafqaz Əmirliyi döyüşçülərinin daha böyük həvəslə ona doğru can atmağa vadar etdi. Digər tərəfdən, Qafqaz Əmirliyi Soçi olimpiadasını pozmaq planında iflasa uğradı və çeçenistan İçkeriya respublikasının və əmirliyin özünün bütün mövcudluğu müddətində ali rəhbərlik etnik çeçenlərdən olan hərbçiyə deyil, dini dairələrə dəxli olan dağıstanlıya tapşırıldı.
Qafqaz Əmirliyinin şəriət məhkəməsinin hakimi Əliəshab Əlibulat oğlu Kebekov (həm də Əbu Muhəmməd Dağıstani kimi məşhurdur) rəhbərliyinin lap əvvəlində Doku Umarov, Əbdül-Həlim Sadulayev, Zəlimxan Yandarbiyev və Şamil Basayev kimi xadimlərdən fərqli olaraq legitim səlahiyyətlərinin olmaması üzündən bir sıra çətinliklərlə üzləşdi. Əbu Muhəmməd Dağıstaninin problemləri təkcə onun şəxsin keyfiyyyətləri ilə müəyyənləşmirdi. Bölgəsəl və beynəlxalq durumla bağlı bir sıra əlverişsiz amillərdən başqa, yeni lider ona qədərki Qafqaz Əmirliyində mövcud olan zidiyyətləri miras aldı. 2014-cü il yanvarın 23-də Doku Umarovun dəfnindən videoçəkilişlərin yayılması sayəsində və qətlə yetirilənlə ciddi fikir ayrılıqları olan məşhur komandirlər Aslambek Bədəlov və Tarxan Qaziyevin orada olmaması yeni liderə hansı mirasın qaldığını məlum etdi. Əbu Muhəmməd Dağıstaninin rəhbərliyinin ilk ayları İŞİD-in Qafqaz döyüşçülərinin fəal iştirak etdiyi İraqdakı fəal hücumları ilə üst-üstə düşdü. Həmin durum sələfi ekstremizmini dünya miqyasına çıxardan bu qruplaşmaya daha çox diqqətin yönəlməsinə və “Əl-Qaidə”nin ikinci plana keçməsinə səbəb oldu. Belə bir vəziyyətdə dekabrın 4-də Qroznıya hücum çeçen hökumətinin təhlükəsizlik qüvvələrinin nüfuzuna ciddi ziyan vurdu. Qafqaz Əmirliyinin veb-saytının versiyasına görə, nəzərə alınsa ki, bu əməliyyatın hazırlanması və keçirilməsində əsas rolu Aslan Bütukayev (Həmzət təxəllüslü) oynayıb, aydın olur ki, Qafqaz Əmirliyinin yeni liderində hərbi
təcrübənin olmaması üzündən rəhbərlikdə müəyyən qədər səlahiyyət bölgüsü baş verib. Ali hərbi komandanlığı məhz bu adam qeyri-rəsmi şəkildə öz üzərinə götürdü.
Qeyd edək ki, Aslan Bütukayev əvvəllər kamikadze terrorçular dəstəsinə komandirlik edib və Doku Umarovun dönəmində çeçen vilayəti əmrinin müavini idi, hazırda isə bu vilayətin əmiri elan olunub. Dəfn videosunda keçmiş liderin öldüyü şərait haqda elə o danışır. Onun çeçen mənşəli olması da önəmli faktdır.
Sonrakı hadisələr göstərdi ki, İŞİDlə “Əl-Qaidə”nin qütbləşməsinin nəticələri Qafqaqz Əmirliyinin taleyinə daha tez təsir göstərib. Sonradan bir çox əmirliklər Qafqaz Əmirliyinin təkibindən çıxdı. Hətta Afrikada fəaliyyət göstərən “Boko-Haram”-ın lideri Şekaunun Qafqaz Əmirliyinə biət etməsinə baxmayaraq, hazırda yalnız Kabardin-Balkar əmirliyi bu quruma və “Əl-Qaidə”yə sadiqliyini qoruyub saxlayır.
Epiloq
Rəsmi məlumatlara görə, bu gün Suriya və İraqda üç minə qədər çeçen yaraqlısı İŞİD-in və yaxud “Əl-Qaidə”nin tərkibində vuruşur. Rəsmi Moskva bu sarıdan çox narahatdır. çünki bu üçü min nəfər nə zamansa çeçenistana qayıtsa, onun başağrısına çeviləcək…
Mehdi Hüseyni-Taqiabad
(“Iranian Diplomacy”, İran)
Qaynaq: inosmi.ru