XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 İyun 2017 - 18:56

Polkovnik niyə öldürüldü? –Rusiya və Ukrayna mətbuatından yeni iddialar

Ukraynada səhər saatlarında baş vermiş partlayış nəticəsində həlak olan polkovnik Maksim Şapovalın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Axar.az polkovnikin ölümü ilə bağlı həm Ukrayna, həm də Rusiya mətbuatında yayılan bəzi versiyaları təqdim edir:

Denis Voronenkovun qətlində xəta

Polkovnik martın 23-də Kiyevdə qətlə yetirilən rusiyalı eks-deputat Denis Voronenkovun təhlükəsizliyini təmin edən mühafizəçilərin başçısı olub. Onun məhz təhlükəsizlik məsələsində səhv buraxdığı üçün öldürülməsi istisna edilmir.

Daxili çəkişmələrin qurbanı

“Ukraynada korrupsiya elə bir səviyyəyə çatıb ki, acınacaqlı bir vəziyyətdə olmasına baxmayaraq, yenə büdcədən pul oğurlanır. Orda oturanlar elə bilirlər ki, özləri və ailələri gələcək nəsillərini büdcə ilə təmin etməlidirlər. Odur ki, Şapovalın ölümü Ukraynanın daxili məsələsidir, heç bir xüsusi xidmət orqanından söhbət gedə bilməz. Ola bilər kiməsə nəsə söz verib və yerinə yetirməyib. Buna görə də qisas alıblar”, – Ukrayna MN spikeri Eduard Basurin deyib.

Şeremetin ölümü ilə oxşarlıq

“Ukraynada bu hadisə bir qədər əvvəl avtomobilinin partladılması nəticəsində öldürülən jurnalist Pavel Şeremetin ölümü ilə eyni cərgədə dayanır. Kiyevde rus deputat da açıq şəkildə, küçənin ortasında öldürüldü. Bəs hanı dəlillər? Onlar həmin dəqiqə günahı Rusiyaya atmağa çalışırlar”, – politoloq Dmitri Kulikov bildirib.




Yuxarı Əvvələ Ana Səhifə