XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 10:42

Rusiyanın Krım tatarlarına qarşı təqibi davam edir:tatarların görkəmli siması Umerovu beşillik həbs gözləyir

Poul Larsen

Jyllands-Posten (Danimarka), 03.08.2017

Hərəmin arxasındakı qızılgül bağçasının ətri və saysız-hesabsız fəvvarələrdən fışqıran sular “1001” gecə duyumları törədir. Xan sarayı bir neçə əsrdə Krım tatarları dövlətinin mərkəzi olub, onların quru  düzənliklə çevrələnmiş tarixi paytaxtı Baxçasaray isə əvvəlki kimi nostalji və romantik hisslər doğurur.   

Lakin saray divarlarının arxasındakı gerçəklik xeyli acıdır. Çünki Rusiyanın 2014-cü ilin martında ilhaq etdiyi Krımda yaşayan, təqribən, 250-300 min tatarına yeni hakimiyyət dönəmində yaşamaq asan deyil. Tatarlar əhalinin işğala qarşı daha fəal çıxış edən qrupu olub, xüsusən də Krımın baş şəhəri Simferepolda qələbəlik nümayişlər keçirib. Və bu onlara baha oturub. Etnik azlığın ən güclü siyasi qurumunu – Məclisi yasaqlayıb, KİV-lərini bağlayıblar, tatar fəallaı isə hökumət tərəfdən təqiblərə məruz qalıb.

İlmi Umerov Simferepolda Associated Press-ə müsahibə verən zaman

Müxalifcəsinə köklənmuş ukraynalı və tatarların böyük qismi nəticədə öz torpaqlarını tərk etməyə məcbur olub. Onlar əsasən Ukraynaya gediblər.

Demokratiya, hüquq və azadlıq problemləri ilə məşğul olan Freedom House qeyri-hökumət təşkilatı durumun analizinə həsr edilmiş məruzədə yazır: “On minlərlə adam Rusiya işğalından sonra Krımı tərk edib, 40 mindən 60 minədək müxtəlif rəqəmlər göstərilir”.

Qalmaqallı məhkəmə prosesi

Yarımadada qalıb azlığın hüquqları uğrunda mübarizə aparmağı kəsdirənlərdən biri Baxçasarayın keçmiş meri, tatarların hazırda yasaqlanmış Məclis təşkilatının görkəmli üzvü, 60 yaşlı İlmi Umerov idi. O, işğalçı hakimiyyətə siyasi müqavimətdə mərkəzi sima olub və bu, 2016-cı ilin mayında ciddi nəticələrə səbəb olub. Hakimiyyət Umerovu separatçılığı qızışdırmaq maddəsi üzrə ittiham edib, nəticədə o, beş illik həbs cəzasına məhkum edilə bilər.

Məşhur və populyar şəxsiyyətə qarşı iş yarımadada böyük diqqət doğurub. Onun qızı Ayşə UmerovaJyllands-Posten”-lə söhbətdə deyir: “İttiham elan edildiyi və evimizdə axtarış təşkil olunduğu gün yüzlərlə adam evimizin başına toplaşdı, hər bri iclasa xeyli adam gəlir”.

FTX-nin hansısa bir müddətə hətta xəstəxananın psixiatriya bölməsinə yerləşdirdiyi İlmi Umerova qarşı məhkəmə prosesinin nəticəsinə nisbətdə onun heç bir illüziyası yoxdur. Ayşə Umerova nağıl edir: “Lap əvvəldən deyirdilər ki, bu, siyasi sifarişdir, ona görə də ədalətli məhkəmədən danışmaq mənasızdır”.

O, hesab edir: “Krımdakı repressiyalar istənilən özgə cür düşünməkliyi, Rusiya təbliğatının yaydığından fərqlənən istənilən rəyi boğmaq cəhdiylə izah olunur”.

Müttəhimlər kürsüsündə xeyli digər tatarlar da əyləşir, başqaları yerli və beynəlxalq hüquq müdafiəsi təşkilatlarının tənqidinə məruz qalmış məhkəmə proseslərinin gedişində artıq uzunmüddətli həbs cəzası alıblar.

Stalin deportasiyası

Rusiya hökumətinin qəddar siyasəti bəzi müşahidəçiləri müsəlman tatarların zülm çəkdiyi sovet dövrü ilə paralellər aparmağa məcbur edir. Rusiya Krımı XVIII əsrin sonunda Böyük Yekaterina dövründə işğal edib, yarımadada ən böyük əhali qrupu olan rus köçkünləri tatarları sayca tədricən sıxışdırıblar. Sovetlərin məcburi kollektivləşməsi, özgə cür düşünənlərlə mübarizə və antidini kompaniyalar daha kəskin ziddiyyətlərə səbəb olub və zirvə nöqtə Krım tatarlarının guya almanların işğalçı hökuməti ilə əməkdaşlığı üzündən 1944-cü ilin mayında Stalinin əmri ilə Krımdan deportasiyası olub. Təxminən, 200 min adam Orta Asiyaya sürgün edilib. Nəql şəraiti dəhşətli olub. On minlərlə tatar yolda ölüb, sağ qalanlar isə yalnız 1980-ci illərin ikinci yarısında yarımadaya qayıtmaq imkanı əldə ediblər.

Tərcümə Strateq.az-ındır.