XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2015 - 07:41

Barışdırıcılıq missiyası nədir və o necə həyata keçirilir? – Alim baxışı

elshen-2.jpg

Elşən Nəsibov

Siyasətşünas alim

Hamını insan və onun bəşəri missiyası düşündürməlidir. Bütün düşüncələrin və əməllərin mərkəzində insan bir obyekt kimi öz-özünü qoymalıdır. Hər bir düşüncə və əməl sahibi özünü milli və dünyəvi ruhda hiss etməlidir. Hər kəs həm öz ölkəsinin, məmləkətinin  və xalqının nümayəndəsidir, həm də bəşər övladıdır. Allah hər kəsi insan kimi yaradıb. İrq, din, dil, mədəniyyət, dünyaya gəlmək məkanı fərqlilik və rəngarənglik üçündür. Hamı bir dildə danışa, bir görünüşdə ola bilməz. çünki kainatın universal enerjisindən universal və məxsusi kəmiyyətdə pay alır. Hər kəs eyni məkanda dünyaya gələ bilməz!

Allahımız bir, kainatımız bir, Günəşimiz, Ayımız, ulduzlarımız, planetimiz birdir, ruhumuz (nəfəsimiz) oxşardır, vəhdətdədir. Ruhumuzu birləşdirən oxşarlıqlar çoxdur. İnsan kimi ümumi dəyərlərə sahibik!

Mənim üçün dövlət sərhədləri də şərti əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bütün dünya dövlətləri tək xalqlar yox, həm də cəmi  insanlar üçündür!

İnsan bəşəriyyətin xilaskarı olmasını da unutmamalıdır. Buna görə də hamı bəşəri dəyərləri qorumağa, ümumi dəyər məkanına yeni elementlər qatmağa çalışmalıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, hər bir əqli qabiliyyəti olan dünya sakini barışdırıcı olmalıdır, sülhü sevməlidir. Sabit inkişaf şəraitində maraqlarını təmin etməlidir. Şəxs öz barışıdırcı mövqeyini və fəaliyyətini bir tərəfdən öz dövlətləri daxilində bildirməli, təmin etməli, digər tərəfdən də fərdi və müstəqil olaraq qəbul etməlidir. Burada barışdırıcılıq missiyası bir tərəfdən dövlət diplomatiyasının obyekti və hədəfi olmalı, digər tərəfdən də xalq diplomatiyasının, dünya ictimaiyyəti diplomatiyasının hədəfində dayanmalıdır.

Barışdırıcılıq missiyasının öz formulası, modeli mövcuddur. Hansı ki, bu modeli insanlar öz düşüncələrində formalaşdırırlar və eləcə də dövlətləri vasitəsilə reallaşdırırlar. Barışdırıcılıq missiyasının praktiki üsullarından biri də ümumxalq diplomatiyasının təşkilidir. Barışdırıcılığın bilvasitə və bilavasitə formulaları meydana gəlir.

Barışdırıcılıq missiyasının həyata keçirilməsində müxtəlif üsullardan istifadə edilir. Dövlətlər səviyyəsində dialoqlar təşkil olunur. Elçilər göndərilir. Faktaraşdırıcı missiyalar işə düşür. Yığıncaqlar, konfranslar, müqavilə imzalanma mərasimləri təşkil olunur. Buna siyasi metod, siyasi forma adını vermək olar. Digər bir metod isə sivil metod adlanır. Burada insanlar mülki barışdırıcılıq missiyasını təmin edirlər. Fərdi və kollektiv şəkildə qeyri-siyasi  fəaliyyəti təşkil edirlər.  

Məlumdur ki,  dövlətin mahiyyəti pozitivdir. Dünya dövlətləri ideal məqsədlər üçündür. İdeal fəaliyyət və ideal məqsədlər də dünyada barışdırıcılıq missiyasının mahiyyətini özündə cəmləşdirir.

Barışdırıcılıq missiyası nədir?

Maraqlar naminə hərdən siyasi xətlər kəsişir. Maraqlar toqquşur. Böyük dövlətlər imperiya iddialarını genişləndirmək istəyinə düşürlər. Orta və kiçik gücə malik olan dövlətlər arasında da gərginliklər yaşanır, münaqişələr yaranır. Müharibələr baş verir. Bu anda böyük dövlətlərin maraqları da işə düşür və maraqlar kəsişir, toqquşur və münaqişə zolaqları, sanitar kordonlar, siyasi sistemin çatları meydana gəlir.  

Dövlətlər  arasında gərginliyin dərinləşməməsi və sistemdə münaqişələrin dalğalanmaması üçün çoxtərəfli addımlar atılmalıdır. Bu addımlardan biri dövlətlər səviyyəsində: ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və birbaşa diplomatik addımların atılması (münaqişədə olan tərəflərin özlərinin birbaşa təşəbbüslər); digəri, vasitəçilik yolu ilə (üçüncü, dördüncü dövlətlərin, beynəlxalq hökümət təşkilatlarının köməyi ilə) barışdırıcı aktların edilməsi; daha bir yolu isə xalqlar, dünyalar arasında sülhə çağırışların edilməsidir. Sülhə çağırışları fərdi olaraq və kollektiv şəkildə həyata keçirmək olar. Buna xalq diplomatiyası adını vermək olur. Xalq diplomatiyasında həm birbaşa münaqişə tərəflərinin xalqlarının özləri, həm də bu tərəfləri özünə yaxın bilən xalqların nümayəndələri iştirak edə bilərlər. Sülh təşəbbüsləri və təkliflərlə çıxış edə bilərlər. Buna “Vasitəli xalq diplomatiyası”, “Dünya ictimaiyyəti diplomatiyası” adını vermək olar.

Barışdırıcılıq missiyası  dövlətlər və qeyri-dövlət subyektləri arasında həyata keçən vəzifələr, təmin olunan maraqlar  kompleksindən ibarətdir. Barışdırıcılıq missiyası bir qarşılıqlı maraqdır. Bu addımı atanların da maraqları mövcud olur. çünki sistemin, siyasi proseslər axarının pozulması və destruksiyası vərdiş olunmuş taraz sistemə köklü zərbələr vurur və qeyri-münaqişə dövlətləri  də bundan əziyyət çəkirlər.  Barışdırıcılıq missiyası sülhə xidmət etmək vəzifəsidir. Niyyət burada daha çox saf məzmundan ibarətdir. Barışdırıcılıq missiyası daxildən-münaqişədə olan dövlətlərin özlərindən və xaricdən-üçüncü və dördüncü tərəflərdən, meydana gələn bir niyyətdir.

– Barışdırıcılıq missiyası münaqişədə olan və küsmüş vəziyyətə düşmüş, əlaqələrini kəsmiş və ya da zəiflətmiş,  aralarında soyuq münasibətlər baş qaldırmış  tərəfləri bir araya gətirmək, münasibətləri yenidən oyatmaq  vəzifəsidir;

– barışdırıcılıq missiyası gərginləşmiş əlaqələrin genişlənməsinin qarşısını kəsmək və gərginləşmə trayektoriyasına imkan verməmək fəaliyyətidir;

– barışdırıclıq missiyası küsmüş tərəflər arasında olan pozulmuş münasibətləri və əlaqələri, öz axarını itirmiş xətləri  təkrar olaraq öz yerinə qaytarmaq missiyasıdır;

– barışdırıcılıq missiyası dünya siyasəti sisteminin dağılmış münasibətlər formasını öz əvvəlki axarına gətirmək aktıdır;

– barışdırıcılıq missiyası sülh və sabitliyi təmin etməyə çalışmaq vəzifəsidir və s.

Barışdırıcılıq missiyasının mahiyyəti

Barışdırıcılıq missiyasının mahiyyəti onun m
əzmunundan doğur. Aktyorların istək və arzularını, onların ideal niyyətlərini ifadə edir. Bu missiya beynəlxalq münasibətlərin əxlaqını və mənəvi aləmini zənginləşdirir, ideal müstəvini əks etdirir, mahiyyəti obrzalandırır.

-barışdırıcılıq missiyası ideal mahiyyətli və real məzmunlu aktlar, vəzifələr toplusudur;

-barışdırıcılıq missiyasının mahiyyəti sülhü qorumaqdan ibarətdir;

-barışdırıcılıq missiyası resurslardan dinc məqsədlərlə birgə istifadə etmək  niyyətidir və əməlidir;

-barışdırıcılıq missiyası yeni ədalət axtarışıdır və əvvəlki ədalət məzmununu qaytarmaq arzusudur;

-barışdırıcılıq missiyası dövlətlərin beynəlxalq münasibətlərdə etik davranış hərəkətləridir;

-barışdırıcılıq missiyası estetikadır, ona görə ki, sülh və firavan məzmunlu gözəlliyi saxlamaq funksiyasıdır;

-barışdırıcılıq missiyası dünya resurslarından səmərəli və dinc məqsədlərlə, dinc və dostluq şəraitində istifadə etmək halıdır;

-barışdırıcılıq missiyası dünyada ümumi bir məzmunda ədaləti əks etdirən müstəvini meydana gətirir və s.

Barışdırıcılıq missiyasının aktyorları, subyektləri: əsas və köməkçi aktyorlar

Əsas aktyorlar:

-dövlətlər – münaqişəli tərəflər arasında müəyyən ortaq mövqe tutan dövlətlər-vasitəçilik missiyasını aparan dövlətlər-beynəlxalq hüququn, beynəlxalq münasibətlər sisteminin əsas subyektləri;

-beynəlxalq təşkilatlar – bura BMT və onun təşkilatları, digər regional hökümətlərarası təşkilatlar-beynəlxalq hüququn törəmə subyektləri;

-ittifaqlar – ittifaqlara həm beynəlxalq təşkilatlar kimi ad vermək olar, həm də millətlərüstü qurum kimi baxmaq olar. Məsələn, Avropa İttifaqı bu iki xarakteri özündə daşıyır

Köməkçi aktyorlar:

-beynəlxalq qeyri-hökümət təşkilatları;

-milli qeyri-hökümət təşkilatları;

-digər milli ictimai qurumlar;

-fərdi qaydada insanlar (onların  özlərinin sülh təşəbbüsləri, sülh çağırışları). Onlara dünyada nüfuz sahibi olanlar-ədəbiyyatçılar, siyasətçilər, hüquqşünaslar, mədəniyyət və incəsənət adamları aid ola bilər. 

Dünya dövlətlərinin barışdırıcılıq missiyası

Dünyada xalqlar mütəşəkkil əlaqələr  formasını yaradaraq millətə çevriliblər və çoxlu sayda dövlətlər yaradıblar. Dövlətlər dünya xalqlarının rəngarəng ifadələridir və iradələrini yerinə yetirmək missiyasını təmin edir.

Dünya dövlətləri dünya siyasətinin əsaslarını formalaşdırırlar. Dünya siyasəti dünya xalqlarının fərdi və ümumi maraqlarını təmin etmək aktlarından meydana gəlir. Dünya siyasətinin ağırlıq mərkəzləri olan dövlətlər, dünyanın resurs baxımından zəngin olan güclü iri dövlətləri mövcuddur. Bu resurslar uğrunda həm mübarizə gedir, həm də resurslar aidiyyatı istiqamətlər yönləndirilir. Resursların idarə olunması dünya siyasətinin əsas istiqamətlərini meydana gətirir. Resursların idarə olunması şəbəkəsi özlüyündə dünya siyasəsi sistemini yaradır.

Dünya şəbəkələrdən ibarət olur. Dünya siyasəti məfhumu həm də dünyanı vahid strukturda təqdim edir. Dünya siyasəti anlayışı düşüncələrdə həm böyük potensiallı görünür, həm də çəkili ifadə olunur.

Dünya əlaqələri sistemi (buna beynəlxalq münasibətlər və dövlətlərdaxili münasibətlər sisteminin vəhdəti  kimi də baxmaq olar) dünyanın ümumi siyasət prosesləri vəhdətini yaradır. ümumdünya siyasəti və dövlətrlərin birlikdə iştirakı, prosesləri yaratması nəticə etibarilə dünya xalqlarının maraq təminatını formalaşdırır.

çoxlarımıza məlumdur ki, “missiya” sözü vəzifə, borc mənasında işlədilir. Bu baxımdan, dünya dövlətlərinin missiyaları çox zəngindir. Əsas istiqamətləri-sülhü təşkil və bərpa etmək, qoruyub saxlamaq  və bu yolla təmin etmək; sülh proseslərini inkişaf vəziyyətində saxlamaq, siyasət sisteminin (münasibətlər və əlaqələrdən ibarət olan aktlar sistemi) davamlı fəaliyyətini və daxili möhkəmliyini qoruyub saxlamaq, elementlərin dağılmasının qarşısını almaq, elementlərin başqa axara yönəlməsinin qarşısını almaq. Sülhü təmin etmək üçün resurslardan lazımi  istifadə etmək şərtdir.

Dövlətlər nə üçün barışdırıcı missiyanı həyata keçirməlidirlər? Vəzifələri, yəni missiyaları nələrdən ibarətdir?

Bu suala konkret cavab olaraq,  aşağıdakılar verilə bilər: qlobal və regional gərginliklərin qarşısını almaq üçün.

Vəzifə nədir:  Məqsədlərdən irəli gələn hərəkətlər məcmusudur. Vəzifələrlə məqsədlərə çatılır, niyyətlər müəyyən olunur. Barışdırıcılıq  məqsədilə ilk növbədə  preventiv (önləyici, qabaqlayıcı) addımların atılması zəruridir. Sülh missiyası əsasdır. Gərginlik, böhran müharibə mövcud əlaqələr və münasibətlər sisteminin dağıdıcı ünsürləridir. Gərginliklər və sülhə təhdidlər zamanı dünya əlaqələr sistemində də gərilmə halları yaşanır, təzyiqlər artır. Sülh və sabit inkilaf üçün resursların normal axarı təmin edilə bilmir. Bu halda güclər işə düşür. Maraqlar uğrunda dünya siyasət sistemində mübarizələr qızışır.

 Barışdırıcılıq missiyası necə həyata keçirilir?

“Təşkilati-format” diplomatiyasının əsasları

Dövlətlər səviyyəsində (missiyanın subyektləri dövlətlərin özləri olmaqla) – burada proseslər həm təşkilati, həm də prosessual xarakter kəsb edir. İlk növbədə münaqişədə olan tərəflərin özlərinin aralarında olan problemləri həll etmək üçün özləri tərəfindən təşəbbüslər irəli sürülür. İkitərəfli birbaşa diplomatiya həyata keçir, birbaşa dialoqlar qurulur, ikitərəfli formatla  stol ətrafına yığışılır. “Dəyirmi stol” diplomatiyası təşkil olunur. Status-kvonun bərpası üçün əlaqələr işə düşür. Proseslər həyata keçirilir.  Birbaşa (vasitəsiz) danışıqlar həyata keçirilir. Buna dövlətlərdaxili (ikitərəfli əsaslarla), yəni münaqişədə olan tərəflərin özlərinin iştirak
ı ilə,  təşəbbüs demək olar.  Bu forma “vasitəsiz diplomatiya”dır. Sülh sazişləri üçün müqavilə şərtləri hazırlanır, dəymiş zərərlər müəyyən edilir. Qarşılıqlı şərtlərdən ibarət müqavilə layihələri üzərində razılaşmalar həyata keçirilir. Burada dəymiş zərərlər üzrə hər iki tərəfdən işçi qrupları yaradılır. Beynəlxalq hüququn universal və məxsusi normaları tətbiq olunur. Sülh sazişlərinin, müqavilələrinin imzalanması ilə başa çatır. Əməl prinsipləri reallaşır. Yeni şəraiti əks etdirən hüquq normaları hazırlanır, qəbul olunur. İkitərəfli, vasitəsiz barışıqlar daha çox böyük dövlətlərin öz aralarında həyata keçirilə bilir. Gediş-gəlişlər öz dövlətləri arasında təmin olunur, görüşlər başqa dövlətlərdə, bitərəf dövlətlərdə də təşkil olunur. Başqa dövlətlərin ərazilərində olan görüşlər həm də vasitəli diplomatiyada, vasitəli barışdırıcılıq missiyasının yerinə yetirilməsində də olur.  

Dövlətlər səviyyəsində – “Vasitəli diplomatiya”nın tərkibi olaraq, regionda və qeyri-regionda olan dövlətlər tərəfindən barışdırıcılıq təşəbbüsləri irəli sürülür. Qruplar yaranır. Münaqişəli tərəflərin razılığı və təşəbbüsü, təklifləri və xahişləri   ilə üçüncü və ya da dördüncü dövlətlər (sülh missiyasını yerinə yetirən dövlətlər) işə qoşulurlar, barışdırıcılıq fəaliyyətinə cəlb olunurlar. Bu anda elçilik missiyası işə düşür. Barışdırıcı və münaqişə tərəflərindən ibarət olan qruplar, komissiyalar yaranır.  Sülh araşdırıcı, şəraiti araşdırıcı missiya işə düşür. Bu anda vasitəçi tərəflər özləri şəraiti araşdırıb, tərəflərə tez-tez və vaxtaşırı elçilər göndərirlər. Sülh üçün bütün münaqişəli tərəflərin razılığı əsasında sülh sazişlərinin layihələri  hazırlanır. Münaqişəli tərəflər isə, vasitəçi tərəflərin nümayəndələri üçün faktaraşdıcı missiyanın yerinə yetirilməsi üçün təkliflər irəli sürürlər. Vasitəli diplomatiyanın, barışdırıcı dövlətlərin elçiləri tərəflər arasında təkliflər və ideyalar, istəklər və onların reallaşması uğrunda çalışırlıar. çoxtərəfli görüşlər-həm vasitəçilərin öz arasında, həm də vasitəçilərlə münaqişə trərəfləri arasında-ayrılıqda və birlikdə-təşkil olunur. Burada əsas məqsəd tərəfləri bir araya gətirmək və onlar arasında ikitərəfli və çoxtərəfli iştirak əsasında razılığa gəlməni təmin etməkdən ibarətdir.

Vasitəli diplomatiyanın daha bir növü beynəlxalq təşkilatların formatlı missiyasından  ibarətdir. Burada münaqişəli tərəfləri barışdırmaq, onlar arasında pozulmuş əlaqələri bərpa etmək və sülhü təmin  etmək məqsədilə, münaqişəli  dövlətlərin xahişləri, razılıqları, təşəbbüsləri ilə universal və regional təşkilatlar sülhyaradıcı missiyaya qoşulurlar. Burada da təşkilatların missiyalı elçiləri işə düşür. Qruplar, təşəbbüslər yaranır. İşçi komissiyalar fəaliyyət göstərir. Onların iş prinsipi  yuxarıda sadalananların iş prinsipləri ilə oxşarlıq təşkil edir.

Dövlətlər səviyyəsində barışdırıcılıq missiyasının təmin olunması üçün dövlətlər və hökumətlərarası komissiyalar yaradılır, komitələr fəaliyyətə düşür, nümayəndələrdən ibarət qruplar formalaşdırılır.  

Qeyri-dövlət formatlı barışdırıcılıq missiyası.

Münaqişəli dövlətlərin ictimai birlikləri, təşkilatları  arasında meydana gələn  fəaliyyət, koordinativ funksiya  buna nümunə ola bilər.

Formatsız qeyri-dövlət barışdırıcılıq missiyası. “Dünya ictimaiyyəti diplomatiyası”

Bunun iki tərəfi var: münaqişədə olan tərəflərin vətəndaşları, ictimai birlikləri, qeyri-hökumət qurumları. Onlar   tərəfindən irəli sürülən fərdi təşəbbüslər: təkliflər, sülhə çağırış bəyanatları, dinc dəstək yürüşləri, mitinqlər və digər yığıncaqlar  istifadə üsullarıdır. Tərəflərə fərdi və kollektiv imzalı  məktubların yazılması, ayrı-ayrı   şəxslərin məqalələri, müsahibələri və s. üsul  olaraq  həyata keçirilir. Bu metod fərdi və kollektiv fəaliyyətdən ibarətdir.

Qeyri-münaqişəli tərəflərin vətəndaşlarının, ictimai qurumlarının fərdi və kollektiv təşəbbüsləri. 

Burada dünya sülhündə iştirak amili önəmli rol oynayır. Yenə də vətəndaşların fərdi və kollektiv fəaliyyəti, fərdi təşəbbüslər, məktublar, qarşılıqlı yığıncaqların keçirilməsi əsas üsullardan hesab olunur.  Buna da “vasitəli dünya xalq diplomatiyası” adını vermək olar.

 

 




Yuxarı Əvvələ Ana Səhifə