XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 11:56

Dünya silah bazarında kim liderlik edir? – Araşdırma

 

Stokholm SIRPI institutunun məruzəsində bildirilir ki, Rusiya 2014-cü ildə silah satışını 50% artırıb. Qərbdə hərbi xərclər azalıb, lakin ABŞ əvvəlki kimi bazarda liderlik edir.

Suriya, İraq, Ukrayna, Güney çin dənizi… KİV-də hərbi münaqişələrin kadrları bərq vurur, dünyanın xəritəsində isə yeni qaynar nöqtələr meydana çıxır. Stokholm institutunun məruzəsi daha çox təəccüb doğurur ki, kürəsəl silah bazarı artıq dalbadal dördüncü il zəifləyir. Lakin tənəzzül olduqca önəmsizdir və hərbi ehtiyaclara xərclərin  səviyyəsi yüksək olaraq qalır: 2014-cü ildə tam 400 milyard dollar təşkil edib ki, bu da 2013-cü ildəkindən 5% azdır.

Bununla belə, dünya hərb sənayesi tərəzisinin gözü Rusiyaya tərəf meyllənməyə davam edir. SIRPI-nin eksperti və məruzənin həmmüəllifi Piter Vezeman qeyd edir:

“Rusiyada istehsal edilmiş silahların satışında önəmli artım qeydə alınıb. Dünya liderlərinin yüzlüyünə daxil olan Rusiya şirkətlərinin mal dövriyyəsi 2013-2014-cü illərdə, demək olar, 50% çoxalıb”.

İndikdi anda SIRPI-nn tərtib etdiyi dünyaın ən böyük yüz silah istehsalçısı şirkətlərinin sırasına Rusiyanın 19 müəssisəsi daxildir. 2013-cü ildə onların sayı cəmi 10 idi və onlar artıq o zaman mal dövriyyəsini 20% atırmağa nail olmuşdu.

ABŞ dünya bazarında liderdir

Lakin bu tendensiya yanlışlıq yaratmamalıdır. Dünya silah bazarında əvvəlki kimi Amerika və Avropa şirkətləri üstünlük təşkil edir: onların payı, demək olar, 80% təşkil edir. Top-100 kürəsəl siyahıya reytinqə aid edilən bütün silah istehsalçılarını yarıbayarı üstələyən 38 Amerika müəssisəsi daxildir. Bundan başqa, Piter Vezeman qeyd edir ki, 2013-cü illə müqayisədə bazarda nisbətən kiçik ölkələrdən Türkiyə və Güney Koreya kimi yeni oyunçuların varlığı daha çox hiss edilir.

Silah ixracatında ümumavropa payının azalması tendensiyasına baxmayaraq, alman şirkətlərinin silah satışı həcmi 2013-cü illə müqayisədə 2014-cü ildə 10% artıb. Bu, başlıca olaraq alman konserni ThyssenKrupp-un sualtı qayıqlar ixrac etməyinin hesabına baş verir. Vezeman qeyd edir ki, submarinlərin əsas alıcıları siyahısına İsrail, Türkiyə və Güney Koreya daxildir.

öz növbəsində silah istehsalçısı Rheinmetall Almaniyada zirehli texnikaya artan maraq hesabına böyük gəlir götürür. Vezeman bunu Ukraynadakı münaqişə ilə əlaqələndirir. Onun sözlərinə görə, Avropada, həmçinin Yaxın Şərqdə  silahlı zorakılığın yayılması silahlı qüvvələrin önəmli rol oynadığı fikrini möhkəmləndirib. Məsələn, İsveç və AFR öz müdafiə büdcələrini artırmağa hazırlaşır, bundan isə birinci növbədə yerli hərbi sənaye udur.

Ekspert izah edir:

“Şübhəsiz, müdafiə müəssisələrinin əsas müştəriləri onun öz ölkəsinin hökumətidir”.

Almaniya Avropada əsas silah ixracatçısıdır

Vitse-kansler və İqtisadiyyat naziri Ziqmar Qabrielin silah ixracatını azaltmaq niyyəti haqda açıqlamasına baxmayaraq, Almaniya eyni zamanda xaricə silah satışının həcminə görə də Avropada birinci yeri tutur. SIRPI-nin reytinqində 83-cü yeri tutan Krauss-Maffei Wegmann şirkətinin Səudiyyə Ərəbistanı və ya Qətər kimi ölkələrə tank tədarük etməyi faktı hökumətin kursuna uyğun gəlmir. Yaxın Şərqin hər iki ölkəsi əvvəlki kimi Yəməndə hərbi əməliyyatlarda iştirak edir. Vezeman bu ziddiyyəti onunla izah edir ki, silah tədarükü haqda müqavilələr hələ bir neçə il əvvəl Yəməndə müharibə başlamazdan əvvəl bağlanıb və onda Ziqmar Qabriel İqtisadiyyat Nazirliyinin rəhbəri vəzifəsini tutmurdu.

Piter Vezeman qeyd edir ki, mötəbər açıq qaynaq olmadığından məruzədə çin haqda məlumatlar nəzərə alınmayıb. Eyni zamanda vurğulayır ki, Pekin dünya silah bazarında böyük oyunçudur.

Ekspertin sözlərinə görə, çinin altı şirkəti ilk iyirmiliyə düşüb, bir təyyarə istehsalçısı isə, ehtimal ki, hətta SIRPI-nin siyahısında ilk onluğa daxildir. Vezeman çin hərb sənayesinin sürətli artımını iki amillə izah edir: birincisi, müdafiə xəclərinin, ikincisi isə silah ixracının əsaslı surətdə artımı.

Mattias Hayn, Aleksandra Yolkina

Deutsche Welle (Almaniya), 21. 12.2015




Yuxarı Əvvələ Ana Səhifə