XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 11:17

Üzümlərinə Motsartın əsərlərini dinlədən şərabçı:“Mən bunu yapon və çinlilərdən öyrənmişəm” - Araşdırma

Petri Burtsov

Yle (Finlandiya), 18.09.2017

 

Gözəl Toskananın mərkəzində sərv asğacları və təpələrin əhatəsində İl Paradizo di Frassinonun üzüm bağı yerləşir. Mənzərə sanki filmdən götürülüb, bir də artıq suandtrek (musiqi müşayiəti-tərc.) buna hazırdır. Üzüm bağında Motsartın əsərləri səslənir. Hər tərəfdən. Həmişə. Karlo Çinyossi üzüm bağının müxtəlif yerlərində 84 səsucaldan quraşdırıb və özünü seçdiyi musiqini – “Motsartın ən yaxşı əsərləri”ni qoşub.

Çinyossi deyir: “Çoxları məni dəli sayır və deyirlər ki, bu ancaq böyük bəstəkarın musiqisi ilə öz üzümüm üçün brend yaratmaq üsuludur. Onlar bilmirlər ki, hələ yüzlərlə il öncə Yaponiya və Çində bitkilər üçün musiqi ifa ediblər”.

İdeya oradan gəlib. Çinyossi üzümlüklərin ekoloji təmiz becərilməsi ilə maraqlanıb və bitkilər üçün Asiya ölkələrində istifadə edilən musiqi terapiyası haqda oxuyaraq bunu öz sahələrində sınamağı qət edib. Üzümlüyə pestisid (zəhərli kimyəvi maddə-tərc.) çiləmək əvəzinə musiqi qoşublar.

İtaliya araşdırıcısı əmindir ki, musiqi şərabın dadına təsir edir. Finlandiyada buna təəccüb edirlər.

Florentiya universitetinin professoru Stefano Mankuso bitkilərin intellekti məsələləri ilə məşğul olur: bitkilərin ətraf mühitə necə qıcıq verdiyini araşdırır. Onun araşdırmaları xəbər verir ki, üzüm kimi bitkilər musiqiyə reaksiya verir. O, məsləhət görür: “Əlbəttə, bu ancaq məhz Motsartın musiqisi olmamalıdır. Tam vacib deyil ki, bu, ümumiyyətlə musiqi olsun. Bitkilər səsə reaksiya verir. Düzgün tezliyi tapmaqla onların inkişafına təsir edə bilərik”.

Mankuso söyləyir: “Yanında Motsartın musiqisi səslənən üzümdən hazırlanmış şərablarda polifenol və şəkər tərkibi xeyli yüksəkdir və şərabın keyfiyyətini yaxşılaşdırır.

Çinyossi danışır ki, musiqinin təsirini ən sadə üsulla sınayıb. Səsucaldanları üzümlüklərin birində quraşdırıb, bir başqasında qoymayıb. O, nağıl edir: “Fərq dedikcə böyük idi. Musiqi çalınan üzümlükdə daha çox yarpaq bitmişdi. Onlar daha böyük, qalın və yamyaşıl idi. Bundan savayı, üzərində təhlükəli göbələklər az əmələ gəlmişdi”.

Helsinki universitetininm biologiya professoru Kurt Fagerstedt məsələyə şübhə ilə yanaşır. O deyir: “Elmi cəmiyyətdə Mankusonun araşdırmalarının nəticələrinə şübhə edirlər”.

Fagerstedtin sözlərinə görə, bu sınaqları dəyərləndirmək çox çətindir. Bunun elmiliyini sübut etmək üçün müstəqil yoxlama sınaqları və təkrar yoxlamalar aparmaq lazım gəlir.

O, əlavə edir: “Mən bitkilərin eşitdiyini araşdıran heç bir məqbul tədqiqat görməmişəm və bu cür araşdırmalara çox ehtiyatla yanaşıram”.

Amma Fagerstadt səs dalğalarının bitki ziyanvericilərinə təsrini istisna etmir. Yenə də bunun elmi sübutu yoxdur.

 

Niyə məhz Motsart?

 

Çinyossinin üzümlükləri təkcə Motsartı dinləməyib. Musiqi sınağı barokko və İtaliya xalq havalarından, həmçinin blyuzdan başlanıb. Çinyossi deyir: “Piza və Florensiya universitetlərinin araşdırmaçıları məsləhət görüblər ki, eksperiment üçün musiqisi müəyyən tezlikdə səslənən bir bəsətəkarı seçmək səmərəlidir. Mən Motsartı seçmişəm, çünki fikirləşdim ki,  hər gün onu dinləmək hamısından xoş olacaq”.

Çinyossi gülə-gülə danışır ki, üzümlüyün işçiləri artıq Motsarta nifrət edirlər. Qeyd edir: “Amma musiqiyə səbir edirlər, çünki bilirlər ki, üzümə xeyirdir”.

Professor Mankusonun fikrincə, üzüm üçün 200 herslik tezlik və yaxud bir az aşağı daha yaxşıdır. O, hesab edir: “Ən yaxşısı aşağı tezlikdə eyniahəngli musiqinin səslənməsi olardı, amma heç kim buna bütün günü tab gətirməz. Motsart, həqiqətən, çox yaxşı seçimdir, çünki əsərlərində aşağı səslər çoxdur”.  

 

Başqa şərabçılar Çinyossinin ideyasına ehtiyatla yanaşırlar

 

Brunello di Montalçino İtaliyanın ən məşhur və tanınmış şərablarından biridir. Montalçino əyalətinin şərabçıları üzümlükləri yüz illər boyu ənənəvi üsullarla becəriblər. Onlar Çinyossinin musiqi eksperimentinə böyük ehtiyatla yanaşırlar. Onun öz sözlərinə görə, onu diqqəti özünə çəkmək istəyən dəli sayırlar.

Çinyossi Motsartın sayəsində yerli diqqətəlayiq sima olub. Dünyanın hər yerindən xeyli turist və jurnalist onun üzümlükərinə gəlirlər. Ən nəhayətdə, yerli şərabçıların da ona münasibəti yumşalıb. O gülür: “Bəzən gəlib soruşurlar ki, onlar da öz üzümlükləri üçün musiqi qoşa bilərlərmi? Çünki müxtəlif kimyəvi maddələrə xeyli pul gedir”.

Elmçi ictimaiyyətin də Çinyossinin üzümlüklərinə diqqəti artıb. Kaliforniya Universiteti gələn payız musiqinin üzümə təsiri haqda araşdırma aparacaq.

Tərcümə Strateq.az-ındır.