Telman İsmayılov (ortada)
Yuri Verşov
rosbalt.ru, 29.09.2017
Biznesmen Telman İsmayılovun ailəsinin fəaliyyəti haqda cinayət işinə potensial qurbanlar əlavə olunub, əhatəsinə görə isə “Orexovsk” MCB (mütəşəkkil cinayətkar birlik-tərc.) liderləri barəsində araşdırma ilə tutuşdurula bilər. Əməliyyatçılar hazırda ailə üzvlərinin “Lyuberetsk” MCB “avtoritetlər”inin silsilə qətli ilə əlaqəsini yoxlayırlar. İşdə “Koptsk” qruplaşmasından qanqsterlərin güllələnməsinə dair artıq xeyli epizod var.
Hüquq-mühafizə qurumlarındakı qaynağın “Rosbalt”a xəbər verdiyinə görə, əməliyyatçıların fəaliyyətində yeni istiqamət biznesmen Sergey Qavryuşin istintaqla əməkdaşlığa başlayandan sonra meydana çıxıb. О, 15 ildən çox Rafiq İsmayılovun köməkçisi olub, təsərrüfat məsələlərinə cavab verib, tez-tez Telman İsmayılovun da tapşırıqlarını icra edib. Qavryuşin həmçinin “Abramtsevo” bazarına və daha bir sıra bu cür “nöqtələr”ə sahiblik edən “Merkuri-R” ASC-nin (yeganə qurucusu Rafiq İsmayılovdur) baş direktoru olub.
Xəfiyyələrin məlumatına görə, 2009-cu ildə Çerkizovsk bazarı – İsmayılovların əsas gəlir qaynağı bağlananda ailə üzvləri ticarəti köçürmək mümkün olası və sahəsinə görə digər iri obyektlər axtarmağa başlayıblar. Onlara xüsusən də Moskva ətrafında Balaşixinsk rayonunda yerləşən nəhəng “Abramtsevo” bazarı xoş gəlib. Amma o, “Lyuberetsk” qruplşaması avtoritetləri və onlara bağlı biznesmenlərin nəzarətində idi. Əməliyyatçların şübhələndikləri kimi, İsmayılovlar və qanqsterlər əvvəlcə ortaq bines haqda razılığa gəliblər. Amma sonra gəliri bölməyə görə aralarında münaqişələr üz verməyə başlayıb. Həm də bu, Abramtsevoda bazar bağlandıqdan sonra da davam edib. Bununla yanaşı “Lyuberetsk” MCB-nin əksəriyyəti artıq leqallaşmağı bacarmış və biznesmen, hətta deputat olmuş liderlərinin ovlanması başlanıb. Şahidlərin ifadələri sayəsində xəfiyyələrin şübhələnməyinə bütün əsaslar var ki, hücumların arxasında məhz İsmayılovlar durub. Deməli, agentliyin qaynağınn fikrincə, artıq, demək olar, dəqiq müəyyən edilib ki, ailə öz yaraqlılarından birini Tomilino qəsəbəsində yaşayan Lyuberetsk avtoritetlərindən birinin üstünə göndərib. O, odlu silahdan atəşə tutulub, yaralanıb, amma sağ qalıb. Agentliyin həmsöhbəti xəbər verib: “İttiham hələlik beş qətl üzrə irəli sürülüb, amma ona yaxın cinayətkar əməl epizodu üzərində iş gedir – bunlar sui-qəsd və qətllərdir”.
İndiki anda RF İstintaq Komitəsi CM-nin beş maddəsi – 210 (cinayətkar birliyin təşkili), 105 (qətl), 22 (qanunsuz silah saxlamaq), 172 (qanunsuz bank fəaliyyəti), 167 (odvurma). İş materiallarına əsasən, İsmayılovlar ailəsinin başçılıq etdiyi mütəşəkkil cinayətkar birliyin (MCB) üzvləri indiki anda əvvəldən təmənnalı niyyət üzündən əlbirliklə iki şəxsin qətlində və odlu silahın qanunsuz daşınmasında ittiham olunur. Lakin İsmayılovlar həm də daha üç şəxsin qətlə yetirilməsində və odvurma yolu ilə özgə əmlakını bilərəkdən məhv etməkdə şübhəli bilinir. Ndiki anda işdə qurbanlar “Koptsk” qruplaşması üzvləri və onlara bağlı biznesmenlərdir.
“Koptsk” MCB ilə münaqişə paytaxtın bir sıra topdansatış bazarlarına nəzarət hüququ uğrunda mübarizə ilə bağlı idi. İsmayılovlar ailəsi 1990-cı illərin sonunda Şimal İnzibati Dairəsindəki (ŞİD) gəlirli obyektlərə, xüsyusən də Linaozovski bazarı, Qərbi Dequninodakı bazar, bir neçə ticarət mərkəzinə göz dikib. Qardaşların iddiası boş-boşuna deyildi – onlardan biri, Fazil (soyadını İsmayılovdan İzmaylova dəyişdirib) ŞİD-lə çoxdan geniş biznes aparırdı, 1991-ci ildən Sokol rayon idarəsində məsul vəzifələr tutub, sonra isə dairə prefekti müavini olub. Amma İsmayılovları maraqlandıran obyektlərin əkəsiriyyətinə gəlirləri qətiyyən bölüşmək istəməyən “Kopt” qruplaşmasının münasibəti var idi. “Koptsk”un on vaxtkı lideri Andrey Lobanovla Çerkizonun yiyəsinin ailəsi arasında “avtoritet”in qətli ilə başa çatan münaqişə yaranıb. Əməliyyatçıların məlumatına görə, İsmayılovlar bundan sonra artıq Lobanovun varisləri – “Koptsk” MCB üzvləri ilə “mübarizə aparmağa başlayıblar. Beş il ərzində, ən azı, yeddi “avtoritet” öldürülüb. Bu savaşın baş akkordu 2005-ci ilin oktyarbrında Lianozovski bazarına od vurmaq olub – istintaqın versiyasına görə, bu, İsmayılovlar ailəsinin göstərişi ilə həyata keçirilib.
Yanğın sahəsi o zaman min kvadrat metri keçib, söndürməyə 25 yanğın dəstəsi qatılıb. “Koptsk” və ona bağlı biznesmenlər İsmayılovlarn tələbləri ilə barışmalı və ailə ilə tərəfdaşlıq münasibətinə başlamalı olublar. İsmayılovlar hansısa bir anda bütün obyektləri satıblar və razılaşmanın şərtlərinə əsasən, gəlirin bir hissəsini şəriklərə verməliydilər. Məsələn, biznesmen Vladimir Savkinin payı 5,5 milyon $ təşkil edib. Amma ona bayağı şəkildə “atıblar”. Savkin ailəyə borcu xatırlatmağa başlayıb, ancaq əsas iddiası Rafiqə yönəlib. O, hədsiz dərəcədə israrlı olanda məbləğin ödəniş ayrıntılarını müzakirə üçün biznesmeni görüşə çağırıblar. 2016-cı ilin mayında görüş vaxtı Sivkovu tanışı Yuri Brilyovla birgə güllələyiblər. İş açılıb və İsmayılovlar ailəsinin fəaliyyətinin bütün təfərrüatı bu çərçivədə “üzə çıxıb”. Rafiq İsmayılov nəzarətə götürülüb. Qardaşı Vaqif – DİN-in keçmış yüksəkçinli əməkdaşı axtarışa verilib. Bu həftə Telman İsmayılovun kottec və mənzillərində axtarış aparılıb.
“Rosbalt”ın artıq xəbər verdiyi kimi, Qavryuşindən savayı Rafiqin “sağ əli” Harri Belotserkovski istintaqla fəal əməkdaşlıq edir. Belotserkovskinin ifadələrinə əsasən, 2000-ci ildə Rafiqlə birgə “Praqa” restoranına gəlib və Telman İsmayılovla söhbətin şahidi olub. Qardaşlar söhbət zamanı “Koptsk” MCB-nin “avtoriteti” Andrey Lobanovu (Loban “Alkor” QSC-nin rəsmən vitse-prezidenti sayılırdı) aradan götürməyin gərəkdyini, həmçinin mümkün cinayətin ayrıntılarını müzakirə ediblər. Rafiqin iki yaraqlısı 2000-ci ilin dekabrında Dmitrovski şossesində 66 saylı evin yanında Lobanova və iki cangüdəninə atəş açıb. “Avtoritet” aldığı yaradan keçinib, cangüdəni isə ağır yaralanıb…
Tərcümə Strateq.az-ındır.