XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 10:32

İran və Türkiyə qarşılıqlı ticarəti milli valyutalarla aparacaq:İrana qızıl “atan” məhbus biznesmen Rza Zərraba Amerika zəmanət verib? – Araşdırma

Rəcəb Ərdoğan və Əli Xamenei

 

Sərkis Saturyan

regnum.ru, 15.10.2017

 

İran və Türkiyənin maliyyə təmsilçiləri bu il oktyabrın 10-da ikitərəfli ticarətin milli valyutalara – rial və lirəyə keçirilməsi haqda saziş imzalayıblar. İmzalama mərasimi İran Mərkəzi Bankının başçısı Vəliyulla Səifin baş çəkdiyi Ankarada baş tutub.

Çinin Sinhua agentliyi Səifdən sitat gətirir: “Saziş ikitərəfli ticarətə əlverişli şərait yaradır, İran-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsi üçün zəmin hazırlayır. İran rialı və Türkiyə lirəsi bundan sonra sərbəst konvertasiya rejimində istifadə olunacaq, sərhədin hər iki tərəfindəki tacirlərə valyutaları kommerisya əməliyyatları üçün istifadə etməyə imkan verəcək”.

İran maliyyəçisinin sözlərinə görə, təşəbbüs valyuta konversiyası ilə bağlı xərcləri azaltmaq imkanı verəcək. Sənəd “ən yaxın vaxtlarda baş tutacaq” İran-Türkiyə birgə iqtisadi komissiyasının qarşıdakı toplantısında qüvvəyə minəcək. Sazişin parametrləri prezident Rəcəb Ərdoğanın noyabrın 4-də İran paytaxtına səfərinin gedişində razılaşdırılıb. Dövlətlərarası hesablaşmaya keçid Tehran üçün məcburi tədbirdir, çünki 2012-ci ildə islam respublikasına qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar beynəlxalq hesablaşmalarda dollar və avrodan istifadəyə mane olur. Belə ki, Ankaraya yalnız İranın mövqeyi ilə razılaşmaq qalırdı.

Rəcəb Tayib Ərdoğan və Həsən Ruhani

 

Bu, əsla bildirmir ki, Türkiyə NATO üzrə müttəfiqlərinin – ABŞ və AB-nin maraqlarına qarşı gedir. İran AB, İraq, ABŞ, İsveçrə və BƏƏ-dən sonra Türkiyə ixracatında altıncı yeri tutur. Türkiyə ixracatının 44,5%-ə qədəri Avropa Birliyinin payına düşür (2016-cı ilin yekunlarına görə, Türkiyə mallarının ixracatı pulla ifadədə 66,7 milyard avro, Avropa ölkələrindən mal idxalatı isə 78 milyard avro təşkil edib). Türkiyənin ABŞ-la ikitərəfli ticarət həcminə gəlincə, bu, keçən il 17,3 milyard $ təşkil edib. Buna görə də Ankara dollar və avrodan imtinaya hazırlaşmır. Qızılla ticarət başqa məsələdir. Türkiyə və İranın milli valyutalara keçidi Vaşinqton və Brüsselin Tehranın Türkiyə qızılını alması məsələsinə nəzarətini sarsıdır. Reuters agentlyinin xəbər verdiyi kimi, lakin türklər sanksiya rejimindən yan keçməklə İİR-lə hələ 2012-ci ildən “qazın əvəzinə qızıl” formulu üzrə işləyirlər. Həm də əməliyyatlar hətta İran neftini alan Hindistanın, xidmətlərindən faydalandığı Halkbank dövlət bankı vasitəsilə həyata keçirilib. Reuters-in məlumatına görə, külçələr əvvəlcə BƏƏ-yə girib, oradan tezliklə sifarişçiyə göndərilib. “əl-Monitor”un köşə yazarı Fəhim Tactəkin dəqiqləşdirir ki, pul tədarükçülərə Çin və Türkiyənin yalançı firmaları vasitəsilə köçürülüb. Tactəkin yazır: “Araşdırma göstərir ki, Swift sistemindən təcrid edildikdən sonra İranın problemləri başlanıb. Tehran bu zaman Halkbank-ın xidmətlərinə əl ataraq dolayı üsuldan istifadə etməyi qərara alıb. Çində yalançı firma meydana çıxıb və İran pulları ixracat xərclərinin əvəzi kimi onun hesablarına göndərilib. Sonra bu pullar indi artıq Çinin ixracat ödənişi kimi bir anda Türkiyədəki gerçək şirkətlərin hesabına köçürülüb. Bu sxem vasitəsilə alınmış qızıl Dubay üzərindən İrana daşınıb. Hətta gəmilərin külçələri buğda adıyla daşıdığı bir hadisə də məlumdur”.

İran biznesmeni Rza Zərrab (ön planda)

 

Xatırladaq ki, Türkiyə, İran və Azərbaycan vətəndaşlığı olan biznesmen Rza Zərrabın (2016-cı ilin martında) ABŞ-da həbsi məhz qızılla bağlıdır. Və burada sadə bir sual doğur: daxili işlər naziri Müəmmar Gülərin köməyi ilə 2013-cü ildə Türkiyə vətəndaşlığı almış Zərrab Mayamidə (2013-cü ildə) həbs edildikdən sonra Amerika Femidasının ona divan tutacağını bilə-bilə niyə yola düşüb? Axı o, Türkiyədə, İranda və ya hətta qohumlarının yaşadığı Azərbaycanda qala bilərdi.

Deməli, Zərraba zəmanət verilib. ABŞ-ın özündən savayı bu səviyyədə əməliyyata kim zəmanət verə bilərdi? Ərdoğan və hökumətinin qızıl maxinasiyalarında Çin “izi” nəzərə alınmaqla kuratorlar siyahısını Qərb ölkələri ilə məhdudlaşdırmaq, çətin ki, yerinə düşər. Və indi Zərrab danışmağa başlayanda təkcə Ankarada deyil, Pekində də başlar gövdələrdən qopacaq. 

Ortada böyük pullar fırlanıb. Müxtəlif hesablamalara görə, İran Türkiyədə 8 milyarddan 13 milyardlıq $-a qədər məbləğdə qızıl alıb. Həm də alınmış qiymətli metalın bir hissəsi indiyədək sifarişçiyə çatdırılmayıb. Bəlkə də, İran və Türkiyənin milli valyutalara keçməsi bununla bağlıdır? İslam respublikasının irəliləyən iqtisadiyyatı əvvəlki kimi qızıla möhtacdır, prezident Donald Tramp isə ABŞ-ın İİR-lə nüvə sazişindən çıxacağı hədəsi ilə elə hey “aranı qızışdırır”. Vaşinqtonun öz məqsədi var: Tehrana nə qədər çox basqı edirsə, Avropa yatırımçıları özlərini bir o qədər ehtiyatlı aparırlar.

Bax, yuxarıda isnad etdiyimiz İran Mərkəzi bankının rəhbəri bu barədə bunu düşünür: “Əhatəli Birgə Fəaliyyət Planı (ƏBFP – beynəlxalq vasitəçilər altılığının İİR-lə nüvə sazişinin rəsmi adı-tərc.) imzalandıqdan sonra İranın xarici aləmlə bank münasibətləri əvvəlki səviyyədə qala bilməz. Klirinq əıməliyyatlarına ehtiyac artır. Lakin Avropanın böyük kreditorları ABŞ-ın ƏBFP üzrə mövqeyi üzündən əvvəlki kimi İranla işləməyə qorxurlar”.

Sonra nə olacaq?

Milli valyutalarla ticarət haqda Türkiyə-İran sazişindən tam bir gün sonra Pekin bu il oktyabrın 11-də ABŞ-ın 13 illik 2 milyard dollar məbləğində xəzinə istiqrazlarının satışı haqda elan verib. Təsadüfdürmü?

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə