XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2016 - 07:54

“Səudiyyə neftlə oynadı, Azərbaycan, Qazaxıstan kimi ölkəllərin pulu “öldü” Amerika nəşrindən maraqlı iddia

img1976467

Səudiyyə Ərəbistanı dünya neft bazarlarında qiymət müharibəsini başlatsa da planları boşa çıxıb.

Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu qənaətlə “The Washington Post” qəzeti çıxış edib.

“Bu oyunun növbəti qurbanı Səudiyyə Ərəbistanının öz iqtisadiyyatı ola bilər”– qəzet yazır.

Nüfuzlu nəşr qeyd edir ki, son vaxtlar Səudiyyə Ərəbistanı bazarı ucuz neftlə doldurur, bununla da nefti nisbətən yüksək dəyərə hasil edən rəqiblərini sıxışdırıb bazardan çıxarmaq istəyir: “Lakin bu indi əvvəllər olduğu qədər asan deyil. ABŞ-ın şist neft hasilatçıları əvvəllər olduğuna nisbətən indi daha aşağı qiymətlərə davam gətirə bilirlər, üstəlik mühümdür ki, onlar lazım olanda istehsalı dayandırıb sonra cüzi xərc çəkməklə qısa müddətdə yenidən bərpa edə bilirlər”.

Bildirilir ki, səudiyyəlilər amerikalı neft hasilatçılarını hasilatı dayandırmağa məcbur edə bilsələr belə, onlar dirçələcəklər və qiymətin 50 dollardan yuxarı qalxmasına imkan verməyəcəklər. Buna isə Səudiyyə Ərəbistanı davam gətirə bilməyəcək. çünki onun iqtisadiyyatı bahalı neft üzərində qurulub.

Hazırda neftin ucuzlaşması səbəbindən Səudiyyə Ərəbistanının iqtisadiyyatında görünməmiş çətinliklər yaranıb. Büdcə kəsiri üDM-in 15 faizini keçib, hökumət yanacaq subsidiyalarını dayandırmalı olub və digər sərt tədbirlər görüb:

“Lakin bu tədbirlər işləmir”- qəzet yazır. çünki Səudiyyə rialı dollardan asılıdır, dollar isə bahalaşır. Nəticədə nefti satıb dollarla gəlir əldə edən ölkələr üçün büdcəni doldurmağın ən sadə yolu milli valyutanın devalvasiyası olur.

Hazırda Səudiyyə Ərəbistanı da Azərbaycan, Qazaxıstan və Rusiya kimi ölkələrin getdiyi yolu – milli valyutanın devalvasiyasını nəzərdən keçirir. çünki neft ixracından asılı olan ölkələrin əksəriyyətinin milli valyutası ucuzlaşsa da, rial 15 faiz bahalaşıb. Bu isə iqtisadi artımı əngəlləyir. Səudiyyə hökuməti isə əhalinin yarıdan çoxunu təşkil edən gəncləri ya sosial ödəmələrlə saxlamalı, ya işlə təmin etməlidir.

Azərbaycan və Qazaxıstan kimi ölkələr məhz bu səbəbdən milli valyutaların kursunu sabit saxlamaqdan imtina ediblər. Ona görə də bazarlar hazırda ona “stavka” edir ki, bu ölkələrin ardınca Səudiyyə Ərəbistanı da rialın devalvasiyasını həyata keçirəcək”– qəzet yazır.

Analoji fikirlər digər nüfuzlu Amerika nəşrinin – “The Wall Street Journal” qəzetinin məqaləsində də yer alır.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanının başlatdığı neft müharibəsinin növbəti qurbanı onun öz iqtisadiyyatı olacaq. çünki neftdən gələn gəlirlər azalsa da, Səudiyyə Ərəbistanı eyni səhvləri təkrarlayır – faiz dərəcələrini azaltmadan və iqtisadi zərbənin təsirlərini başqa yolla yumşaltmadan öz büdcəsini ixtisar edir.