XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 03:05

Prokurorların geyiminə 4 ildə 679 min, kreslosuna 36 min manat xərclənib

Baş Prokurorluq ötən 4 ildə azı 16,5 milyon manatlıq tender keçirib. Məsələn, 4 ildə prokurorluq əməkdaşlarının geyiminə 679 min 205 manat, kreslo almağa 36 min manat xərcləyib.

Virtualaz.org saytının verdiyi xəbərə görə, Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-2014-cü illər üzrə keçirilmiş tenderlərin qeydiyyatı haqda sənəddə göstərilib ki, prokurorluq bu müddətdə təxminən 90 iş üzrə tender bağlayıb.

İllər üzrə xərclər aşağıdakı kimidir:

2011

Baş Prokurorluq 2011-ci ildə 2 milyon 383 min 237 manatlıq tender müqaviləsi bağlayıb. Bunun 791 min 149 manatı Samux, 719 min 806 manatı Quba Rayon prokurorluqlarının inzibati binalarının tikintisinə xərclənib.

Kompüter və surətçıxaran aparatlar, köməkçi materiallar, komputer texnikası, təsərrüfat malları, dəftərxana ləvazimatları, ofis və mebellərin alınmasına 606 min 890 manat ayrılıb.

2011-ci ildə prokurorluq əməkdaşlarına geyim almağa 89 min 405 manat, tikinti materiallarına 168 min 987 manat xərcləyib.

2012

Prokurorluq 2012-ci ildə 16 tender müqaviləsi bağlayıb. ötən 4 ildə ən çox vəsait elə həmin il xərcləyib – 8,5 milyon manat. Bu vəsaitin böyük hissəsi – 6 milyon 125 min 863 manatı müxtəlif rayonlar üzrə prokurorluq binalarının tikinti və təmirinə ayrılıb:

Yasamal Rayon Prokurorluğunun inzibati binasının tikintisinə – 1 milyon 591 min 614 manat

Sabunçu Rayon Prokurorluğunun inzibati binasının tikintisinə – 1 milyon 823 min 808 manat

Gəncə Şəhər Prokurorluğunun inzibati binasının tikintisinin layihəndirilməsinə – 160 min manta

Ağdaş Rayon Prokurorluğunun inzibati binasının təmirinə – 168 min 141 manat

Zaqatala Rayon Prokurorluğunun inzibati binasının təmirinə – 144 min 621 manat

Zaqatala Rayon Hərbi Prokurorluğunun inzibati binasının tikintisinə – 1 milyon 248 min manat

Baş Prokurorluğun inzibati binasının fasadının təmirinə – 989 min 679 manat.

Baş Prokurorluğun inzibati binalarında istimə və soyutma sisteminin yenindən qurulması 782 min 613 manata başa gəlib.

2012-ci ildə Baş Prokurorluq tikinti materiallarıma 143 min 340, təsərrüfat mallarına 96 min 436, dəftərxana ləvazimatlarına 149 min 300 manat xərcləyib.

Həmçinin “Arizona LTD”-dən 183 min 400 manat geyim forması alınıb.

Bu il eyni zamanda komputer texnikası, server və proqram təminatlarının alınması üzrə 627 min 690 manatlıq tender müqaviləsi bağlayıb. “M-Line” MMC-dən 182 min 469 manatlıq ofis və kabinet mebelləri alınıb.

2012-ci ildə prokurorluq orqanlarında daxili sənəd dövriyyəsinin təmin edəcək daxili şəbəkənin çəkilişinə 215 min manat xərclənib.

2013

Satınalmalar üzrə Dövlət Agentliyində Baş Prokurorluq 2013-cü üzrə 6 tender müqaviləsi qeydə alınıb. Bunlardan 4-ü Salyan, Lənkəran, Cəlilabad və Sumqayıt Rayon prokurorluq binalarının tikintisi üzrə layihə sənədlərinin hazırlanması ilə bağlı olub.

Layihə-smeta sənədlərinin hazırlanmasına 485 min 200 manat xərclənib. Xızı və Bakının Səbayel Rayon prokuroluqları binalarının tikintisinə 2 milyon 668 min 570 manat ayrılıb.

2014

Prokurorluq ən çox iş üzrə tenderi 2014-cü ildə keçirib. Həmin il prokurorluq təkcə tikinti materiallarına 0,5 milyon manat xərclənib. Digər tenderlərin bəziləri aşağıdakılardır:

2014-cü ildə Baş Prokurorluq 160 min 196 manatlıq ofis və kabinet mebelləri alıb.

“Kasperskiy” anti-virusunun alınmasına – 36 min 178 manat

Turinket və videomüşahidə kameralarının alınmasına – 49 min 560 manat

Tərcümə avadanlığı alınmasına – 25 min 500 manat.

2014-cü ildə Baş Prokurorluq ümumilikdə 2 milyon 383 min 828 manatlıq tender keçirib.