XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 02:39

MOBİL TELEFONLAR ABŞ HƏRBÇİLƏRİNİ NECƏ ƏLƏ VERDİ? –“Fitness tracker” vasitəsilə kəşfiyyat məlumatları toplanırmış

Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi, 02 fevral 2018-ci il

 

Pentaqon mobil telefonlarda geniş istifadə edilən “fitness tracker” əlavəsinin (ing. application) həssas kəşfiyyat məlumatlarının ələ keçirilməsinə imkan verdiyini nəzərə alaraq, ona qarşı “broad review” (“geniş dəyərləndirmə”) deyilən çalışmaya başlayıb.

“Fitness tracker” əlavəsi onu mobil telefonuna yükləyən şəxsin gündəlik fiziki fəallığını qeyd edir və fərdin sağlığına töhfə vermək baxımından, onlar haqqında həmin şəxsə məlumat verir.

“Bu, niyə narahatlığa səbəb olur? Bundan Pentaqona nə?” deyə bilərsiniz, amma bir mütəxəssisin ortaya çıxardığı həqiqət Vaşinqtonun milli təhlükəsizlik dairələrində panika yaradıb.

Burada hər kəs son zamanlarda əməliyyat təhlükəsizliyinin (op-sec) bu qədər zərbə aldığı bir durumu xatırlamadığını söyləyir. Eyni şəxslər bunun düşmənə qarşı yönəldilə biləcək bəzi yönlərinin də olduğunu vurğulayırlar.

Milyonlarla mobil telefonun GPS nöqtələrindən alınan bu məlumatlar bir mərkəzdə toplanır və əlavənin qlobal dəyərləndirməsi olaraq nəşr edilir.

“Strava” adlı əlavə şirkəti milyardlarla mobil telefonun GPS nöqtəsindən aldığı fəallığı izləmə hesabatlarını qlobal bir xəritəyə çevirib. Sonra da bunu “qlobal istilik xəritəsi” (“global heat map”)  adı verilən bir xəritə şəklində nəşr edib. Fəallığın intensiv olduğu bölgələr xəritə üzərində tünd qırmızı olaraq görünür. Nisbətən az istifadə edilən yerlər isə daha açıq tonlardadır.

Menbiç haqqındakı kəşfiyyat

 

Bura qədər hər şey normal görünür. Ancaq Qlobal Münaqişələr İnstitutunda (Institute for Global Conflict) təhlilçi işləyən Nathan Ruser adlı mütəxəssis sarsıdıcı həqiqəti görüb. O, “qlobal istilik xəritəsi”nin sadəcə fərdlərin gündəlik fəallıqlarının izlənməsinin nəticələrini deyil, eyni zamanda qlobal səviyyədə Amerika bazalarının olduğu nöqtələrdəki hərbçilərin gündəlik hərəkətləri haqqında da çox önəmli məlumatlar verdiyini təsbit edib.

Pentaqon da bu təsbiti eşidincə, həmən öz daxilində xəritədən alınan məlumatları özünün əlində olan məlumatlarla müqayisə edib.

Bu məsələləri bilən mütəxəssis dostum mənə yekunda ortaya belə bir nəticənin çıxdığını söyləyir: “Bir də baxıblar ki, məlumatlardan, – aralarında Menbiçdə yerləşdirilən hərbçilər də olmaqla, – bir çox kritik nöqtədəki Amerika hərbçilərinin necə yerləşdiyi, hansı yönə hərəkət etdiyi də açıq olaraq görünür. Bir mütəxəssisin sadəcə bu məlumatlara baxaraq, son dərəcə önəmli hərbi-strateji məlumatları toplaması mümkündür”.

Həqiqətən də, müqayisənin aparıldığı məlumat xəritəsində Menbiç aydın şəkildə işarələnmiş olaraq görünürdü.

İndi Pentaqon bunun önünə necə keçiləcəyi və bu məlumatın başqa ölkələrin ordularına qarşı necə istifadə ediləcəyi haqqında ətraflı bir araşdırma başlayıb.

 

Milli təhlükəsizliyimizə təhdid

 

İndi mənim verəcəyim bu həssas məlumatı burada administrasiyadan heç kim rəsmən təsdiq etməyəcəkdir. Məsələni mənə çatdıran mütəxəssis dostum Pentaqonda aparılan “qlobal istilik xəritəsi” araşdırmasında türk əsgərinə aid olan hərəkət məlumatlarının da görülə bildiyini çatdırıb.

Dediyim kimi, bunu təsdiq etmək imkansızdır, ancaq məsələnin mütəxəssisi olmasam da, görürəm ki, deyəsən, xüsusilə gizli əməliyyata çıxacaq hərbçilərimizin, xüsusi təyinatlılarımızın öz mobil telefonlarına da diqqət etmələri lazım olacaq.

 

Nüvə müharibəsinə psixoloji hazırlıq

 

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analizinə görə, ABŞ-ın yaxın zamanlarda Şimali Koreya ilə müharibə etməsi ehtimalı çox yüksəkdir. Bunu Vaşinqtonda bütün milli təhlükəsizlik camiəsi danışır. Prezident Tramp da çərşənbə gecəsi etdiyi ənənəvi “Ölkənin durumu” (“State of the Union”) nitqində Amerika xalqını bu böyük müharibəyə psixoloji olaraq hazırlamaq üçün bəzi addımlar atdı. İlk öncə, ziyarət etdiyi Şimali Koreya həbsxanasında ölən gəncin gözü yaşlı ata-anasını dilə gətirdi və ağlamaqda olan valideynlər bütün dünyaya göstərildi. Sonra Şimali Koreyadan qaçarkən ayaqlarını itirən gənc anladıldı və o da qoltuq ağaclarını göstərərək, duruş sərgilədi. Bütün bunlar Vaşinqtonda Şimali Koreyaya yönəlik bir hərbi hücumun psixoloji hazırlıq təşəbbüsü olaraq qiymətləndirilir.

Prezident Tramp, çıxışının ertesi günü sabahı Oval Ofisdə Müdafiə naziri Mettis, Xarici işlər naziri Tillerson və vitse-prezident Penslə birlikdə də toplantı keçirib. Sıradan olmayan bu toplantı da Vaşinqtondakı milli təhlükəsizlik camiəsini həyəcanlandıran toplantı olub.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə