XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 13:31

TÜRKİYƏYƏ QARŞI VAŞİNQTONDA QURULAN İTTİFAQ:yəhudi neokonlar, yevangelistlər, erməni lobbisi... - ARAŞDIRMA

Sərdar Turqut

“Habertürk”ün Vaşinqton təmsilçisi, 05 fevral 2018-ci il

 

Vaşinqtondakı YPG-yə yaxın dairələr bir müddət idi ki, Türkiyəyə yönəlik yeni “siyasi təzyiq” cəbhəsi açmaq üçün çalışırdılar.

Bir müddətdir bu yeni cəbhənin içində hansı çevrələrin olacağının işarələrini alırdım, amma bu gün keçiriləcək paneldə çıxış edəcək natiqləri mütəxəssis gözü ilə incələsəniz, pərdə arxasında edilənlərin açıq şəkildə ortaya qoyulduğunu görərsiniz.

Vaşinqton Kürd İnstitutu tərəfindən bu gün başladılacaq və “Türkiyənin Afrini işğalı: Yeni müttəfiqlər üçün lakmus sınağı” ümumi başlıqlı panel seriyası proqramını incələmək üçün bu mövzuları və bölgəni çox yaxşı bilən, milli təhlükəsizlik mövzularında usta yazar və kəşfiyyat qaynaqları çox zəngin olan dostumdan yardım etməsini xahiş etdiyimdə, mənə “Sən mövzulara deyil, əsas natiqlərə bax. Əsl ip ucları və gələcəkdə Türkiyəyə qarşı açılacaq yeni siyasi təzyiq cəbhəsinin necə olacağı orada görünür” dedi.

Sonra da paneldə çıxış edəcək şəxslər haqqında bir-bir danışmağa başladıq.

 

Bu da qurulan yeni cəbhə

 

İlk paneldə “Şimali Suriya Demokratik Federasiyası” təmsilçisi sifəti ilə təqdim edilən Sinəm Mohaməd adı diqqəti çəkir. Daha öncə burada YPG təmsilçisi olaraq, İlham Əhməd vardı. İlham Əhməd, Vaşinqtonda Ağ evə qədər xeyli yaxşı əlaqələr qurmuş və arada bir regiona da gedib-gələrək, burada YPG-yə lobbiçilik edirdi. İndi onun yerinə daha öncə YPG-nin Avropa təmsilçisi olan Sinəm Mohaməd gətirildi. Onun gəlməsi Avropa ilə Amerika arasında Şimali Suriyaya yönəlik mövqedə hər hansı bir ayrılmanın olmaması üçün alınan tədbir və toxumları Avropada atılmağa başlayan erməni və YPG həmrəyliyini Vaşinqtona daşımanın bir işarəsi olaraq qəbul edilir.  Diqqətimi buna çəkməyə çalışan mütəxəssis qaynağım, ASALA-nın iki keçmiş vəkilinin Fransa prezidenti Makronu ziyarət etməsinə işarə etdi; bunun çəkilmiş videosunu göstərdikdən sonra eyni əlaqələrin Vaşinqtonda da qurulmasına çalışıldığını vurğuladı.

İlk paneldə çıxışçı olaraq yer alan digər biri isə Suriya Milli Şurasının başqanı sifətilə iştirak edən Bassam İshaqdır. O, Vaşinqtonda önəmli bir şəxsdir, çünki YPG ilə əməkdaşlıq rəsmən başlamadan, Tramp ilə ilk əlaqəni yaradan iki şəxsdən biridir. Ayrıca, xristian olduğu üçün yevangelist dairələrlə əlaqəsi də çox yaxşıdır. Yevangelistlər bu gün Ağ ev üzərində təsiri ən güclü olan siyasi təzyiq qrupudur. Həm Tramp onlara daima qulaq asır, həm də vitse-prezident Mayk Pens qatı yevangelistdir.

Bundan sonrakı paneldə də maraqlı adlar vardır. Daha öncə burada HDP-nin təmsilçisi olaraq vəzifə tutan Mehmet Yüksəl getdi, yerinə Giran Özcan gəldi. İkinci paneldə natiq odur. Onun yanında Mərvə Tahiroğlu vardır. Mərvə Tahiroğlu, yəhudi neokonların nəzarətində olan Demokratiyaların Müdafiəsi Fondu (Foundation for Defense of Democracies) adlı qurumda tədqiqatçı olaraq görünür, eyni zamanda Ərdoğan və hökumət ilə bir çox hüquqi problem yaşamış olan, yenə eyni qurumda vəzifə daşıyan sabiq CHP millət vəkili Aykan Ərdəmirin də köməkçisidir.

Bu ikinci paneli, qurulmaqda olan yeni koalisiyanı göstərmək baxımından, daha da önəmli edən şəxs isə paneli idarə edən Aram Hamparyandır. Amerika Erməni Milli Komitəsindən olan təsirli bir şəxsin idarəçi olaraq paneldə olması, ilk paneldən bəhs etdərkən qeyd etdiyim kimi, YPG-nin keçmiş Avropa təmsilçisi olan Sinəm Mohamədin də quracağını anlatdığım erməni əlaqəsinə işarə edir.

Burada ABŞ hakimiyyətinin önündə Türkiyə ilə YPG arasında seçim etmək yerinə, üçüncü bir yolun olduğu da söylənilir. Yəhudi neokonlar, yevangelistlər, erməni lobbisi və ona dəstəkçi olan güclər arasında formalaşmaqda olan yeni cəbhə Türkiyəni bu üçüncü yola razı salmaq üçün dövriyəyə girəcək.

Bu üçüncü yolun nə ola biləcəyini növbəti yazımda anlatmağa çalışacam.

Ancaq ondan öncə bunu da deməliyəm: mütəxəssis dostlarım da bunu deyir, məncə, ən geci bir ay içində Vaşinqtondan “erməni soyqırımı” qanun layihəsini intensiv şəkildə müzakirə etməyə başlayarıq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə