XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 04:49

Ziya Məmmədovla – Arif Əsgərovun 200 milyonluq şərikliyi

Ziya Məmmədovla - Arif Əsgərovun 200 milyonluq şərikliyi – deşifrə!

Azərbaycandan talan olunan pulların hesabına Rusiyada biznes qurub, istehsal etdikləri taxılı baha qiymətə ölkəmizə satırlar; “Tovuzlu Nəsrəddin” sadə biznesmendən böyük iş adamına necə çevrildi…

Ziya Məmmədovla onun müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Arif Əsgərovun 200 milyon manatlıq yatırımları haqda bilgilər ortaya çıxıb. “Yeni Müsavat” qəzeti mötəbər qaynaqlara əsasən məlumat verir ki, Azərbaycan dövlətində yüksək vəzifə tutan və maaşları üst-üstə 5 min manat da etməyən bu məmurlar Rusiyanın Stavropol vilayətinə 200 milyon manat həcmində yatırım qoyublar.

Mənbəmiz deyir: “Proses bir neçə ildir ki, başlayıb. Azərbaycandan taladıqları pulların hesabına 1000 hektarlarla ərazi alıb, oraya taxıl əkdirən ikili son məhsulu baha qiymətə Azərbaycana, bir hissəsini isə İrana satdırır və bu sahədə monopoliyaya nəzarəti həyata keçirirlər. İndi onlar “parnik” biznesinə də keçiblər. Stavropol vilayətində ucsuz-bucaqsız “parnik”lər azərbaycanlı oliqarxlara məxsusdur. Avropa sanksiyalarından sonra kənd təsərrüfatı mallarının istehsalı aktuallaşdığı üçün Rusiya daxilindəki və xaricindəki iş adamları bu sektora yatırım qoymağa həvəsləniblər”.
Qaynağımız deyir ki, ikilinin kənd təsərrüfatı biznesinin üzərində nəzarəti isə Arif Əsgərovun yaxın adamı, Tovuzlu Nəsrəddin kimi tanınan şəxs həyata keçirir: “Nəsrəddin uzun müddət həmin vilayətdə yaşayıb və öz zəhməti ilə dolanan sadə tacir olub, kənd təsərrüfatı malları ilə ticarət həyata keçirib. Lakin o, qəfildən zəngin bir iş adamına çevrildi. Bunun da səbəbi Bakıdakı iki oliqarxın Azərbaycandan çıxartdıqları pulları Stavropol əyalətində onun vasitəsi ilə işə cəlb etməsi olub. Ziya Məmmədovun ən yaxını hesab olunan Arif Əsgərov Nəsrəddin vasitəsilə işini qurmaq qərarı verəndən tacirin həyatı dəyişdi. İndi o, minlərlə hektar əkin-biçinə, iki oliqarxın kurort şəhərlərindəki tikinti işlərinə, yenicə tətbiq etdikləri “parnik” biznesinə nəzarəti həyata keçirir”.
Qeyd edək ki, Ziya Məmmədov və Arif Əsgərovun Azərbaycanda, Türkiyədə, İngiltərədə, çexiyada və bir sıra başqa ölkələrdə ortaq biznesləri var. Bu iki şəxs dövlət vəzifələrinin verdiyi mövqelərdən istifadə edərək, küllü miqdarda vəsait toplamış, eyni zamanda onları Azərbaycandan çıxardaraq, bir sıra ölkələrdə ən müxtəlif sahələr üzrə biznesə yatırmışlar. Nəqliyyat və dəmir yolu sektorunda bugünkü bərbad vəziyyətin əsas səbəbi də budur ki, onlara rəhbərlik edən bu iki şəxs ölkənin ən çox korrupsiyalaşmış məmurlarıdır.
ümid edirik ki, hüquq-mühafizə orqanları bu məmurlar haqda bundan əvvəlki və indiki yazılarda qaldırılan iddiaları yoxlamaq təşəbbüsü göstərəcək.
“Yeni Müsavat”



Yuxarı Əvvələ Ana Səhifə