XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2018 - 13:52

Türkiyədə ərzağın qiyməti kəskin bahalaşıb –Britaniya mətbuatı bunun Ərdoğanın şanslarına zərbə vuracağını yazır

İngiltərənin “Times” qəzeti yazır ki, Türkiyədə artan ərzaq qiymətləri və iqtisadiyyatın hazırkı vəziyyəti bazar günü baş tutacaq seçkilərdə prezident Rəcəp Tayyip Ərdoğanın uğur qazanmasına mənfi təsir edə bilər.

Xəbərdə iqtisadiyyat naziri Nihat Zeybekcinin qiyməti artan soğan və kartofun idxal ediləcəyini barədə dedikləri qeyd edilir. “Bu məhsulların idxal edilməsinə icazə verəcəyik. Türkiyəyə soğan və kartofun gətiriləcəyi miqdar və ölkə məlumdur. Soğan, kartof qiymətində spekulyasiyaya icazə vermərik. Ümumi bir icazə şəklində yox, məhdud miqdarda paket şəklində olacaq”, bir müddət əvvəl Nihat Zeybekci deyib.

Xəbərə görə, keçən ay İstanbulda 1 kiloqram soğanın qiyməti 2 dəfə, 1 kiloqram kartofun qiyməti isə 94 faiz artıb. Süd məhsullarının qiymətlərinin də artdığı bildirilir.

Metropoll: AKP ilə MHPnin səsi 46,2 faizdir

“Times” yazır ki, AKP parlamentdə çoxluğu itirə bilər. Prezident Ərdoğan parlamentdə 300-dən artıq kürsü qazanacağı halda AKP və MHP-nin koalisiyanı düşünə biləcəklərini söyləyib. Times Erdoğanın bu ehtimalı “çox, çox aşağı” hesab etdiyini də yazıb. Xəbərdə, ictimai sorğulara əsaslanaraq seçicilərin yalnız 46,2 faizinin bu iki partiyadan birinə səs verməyi planlaşdırırdığı da vurğulanır.

“Metropoll”-un sorğusuna görə, CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə seçkinin ikinci turunda Ərdoğana çətinlik yarada bilər.

(BBC Azərbaycan)




Yuxarı Əvvələ Ana Səhifə