XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 İyun 2018 - 18:05

Bu ölkədə 70 yaşdan yuxarı insanlar üçün iş yerləri yaradılır –Uşaq doğumu azalır, yaşlıların sayı artır, hökumət çıxış yolu tapıb

Tokio 70 yaşdan yuxarı insanlar üçün iş yerlərini saxlamağı planlaşdırır.

Ölkədə yaşlı insanların sayı xeyli artıb. Bununla müqayisədə uşaq doğumu çox azdır. Hazırda Yaponiyada 65 yaşdan yuxarı vətəndaşlar demək olar ki, əhalinin 27 faizini təşkil edir və onların sayının artmaqda davam edəcəyi gözlənilir.

Ötən il 127 milyon əhaliyə malik Yaponiyada rəsmi əmək qabiliyyətli sayılan 15-64 yaşlı insanların sayı 76 milyon nəfərdən bir qədər çox olub. Bu, 4 il əvvəl qeydə alınan göstəricidən 3,3 milyon nəfər azdır. Əmək resurslarının çatışmazlığı problemi artmaqdadır və bu məsələnin həlli yollarından biri enerjiyə malik yaşlı insanlarda daha çox işləmək həvəsini oyatmaqdır. Dövlət əmək qabiliyyəti olan qoca yaponiyalıları maraqlandırmaq üçün qanunvericilikdə nəzərdə tutulan 4,2 min dollarlıq tavanı aşsa belə, onlara tam həcmdə əmək haqqı və təqaüd ödəməyə hazırdır.

Hazırda ölkədə rəsmi pensiya yaşı 65-dir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına əsasən, insanın ümumi gümrahlığının və sağlamlığının yerində olduğu, işləmək və hətta idmanla məşğul olmaq bacarığının qaldığı aktiv sağlamlıq yaşı artıq 2013-cü ildə kişilər üçün 71, qadınlar üçün isə 74 yaş təşkil edib. Ekspertlərin fikrincə, ölkənin tibb sahəsinin inkişafında və keyfiyyətində yeni uğurlar, sağlam həyat tərzi normalarının yayılması və fiziki tərbiyə meylinin artması fonunda bu göstərici daha da yüksələcək.

Qeyd edək ki, hazırda Yaponiya ömür uzunluğuna görə dünyada sabit olaraq ilk yerlərdən birini tutur. (Azərtac)




Yuxarı Əvvələ Ana Səhifə