XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 16:09

Qazaxıstan prezidentindən möhtəşəm “Avrasiya” kanalı layihəsi:“Putin Nazarbayevə dünya okeanını hədiyyə edir” - Araşdırma

Zoran Miloşeviç

Peçat (Serbiya), 23.07.2018

 

2018-ci ilin mayında Soçidə Avrasiya Birliyinə üzv ölkələrin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, nəhayət, “Avrasiya” su kanalının inşasına başlamaq imkanının meydana çıxdığı haqda bəyan etdiyi sammiti baş tutub. Qazaxıstan liderinin bəyanatı cəmiyyətdə gurultu törədib, çünki bu layihə təkcə iqtisadi sahəyə deyil, həm də geopolitikaya və bölgədə təhlükəsizliyə böyük təsir göstərəcək.

Qara və Xəzər dənizləri arasında “Avrasiya” kanalının inşası ideyası yeni deyil. Bu, hələ Rusiya imperiyası dövründə (bəzi qaynaqlara görə, hətta daha öncə – Vizantiya dönəmində) ortalığa çıxıb. Lakin bu ideyanı 2007-də Avrasiya inteqrasiyası çərçivəsində su yollarının genişləndirilməsi haqda da düşünməyə dəydiyini bildirən Qazaxıstan prezidenti Nursultan Nazarbayev həyatda canlandırıb. O bu fikri Sankt-Peterburqda iqtisadi forumda ifadə edərək “Avrasiya” kanalını çəkməyi  yenidən təklif edib. Prezident Nazarbayev 2010-da M.İ.Lomonosov adına Moskva Dövlət Universitetində çıxış edərkən bu ideyaya təzədən qayıdıb. Elə həmin il “Avrasiya” kanalının inşası üçün Rusiya-Qazaxıstan məsləhətləşmə qrupu yaradılıb və layihəni dörd milyard yarım avro dəyərləndirib. Başqa məlumatlara görə, belə bir kanal, ən azı, 15 milyard dollara başa gələcək.

“Avrasiya” kanalı qitənin daxilində qapanmış, yəni dünya okeanına çıxışı olmayan Orta Asiyanın bütün ölkələrinin böyük (strateji) problemini həll edərdi. Bu bölgə coğrafi mənada Avropadan Rusiya, Qazaxıstan və İranla ayrılıb. Dənizə çıxış başqa yolla (dağ landşaftına görə Cənubi Qafqazdan, müxtəlif dəmiryolu satandartlarına görə İrandan) mümkün deyil, İran-Türkiyə istiqaməti isə bir çox səbəblər üzündən çox da cəlbedici deyil.

Rusiya “Avrasiya” kanalı şəklində Qazaxıstana və Orta Asiyanın başqa dövlətlərinə nə qədər böyük hədiyyə edərdi?

Mənim fikrimcə, “Svobodnaya pressa” portalı bu suala hamıdan yaxşı cavab verib: “Rusiya Nazarbayevə dünya okeanını hədiyyə edir”. Bu, çox dəqiqdir, axı Qazaxıstan dənizə çıxışlı dövlətə çevrilər.

 

Körpülər və kanallar geopolitikası

 

Sergey Aksyonov Rusiyanın yeni geopolitikasını “körpülər və kanallar geopolitikası” adlandırır, çünki Krım körpüsündənn savayı Saxalın adasına körpü inşa etmək planlaşdırılır və Xəzərlə Qara dəniz arasında nəhəng “Avrasiya” kanalı elan edilib. Qazaxıstan bu kanalı Çinə sarı dənizə qədər uzatmaq istərdi ki, Astana maksimal şəkildə udsun. O hesablayır ki, ərazisi üzərin dən Çin mallarının ixracatı indiki 12,9 milyon tondan 43-51 milyon tona qədər artacaq.

Əlbəttə, Qazaxıstan mürəkkəb durumdadır. Bir yandan, Astana Çin malları üçün tranzit zona olmaq istəyir, amma bununla yanaşı qorxur ki, bu nəhəng dövlət Qazaxıstanı “udar”. Buna görə də “Avrasiya” kanalının inşası hər iki problemi həll edərdi: çinlilər bu ölkədə yubanmaz, keçid haqqı ödəyərdilər. Başqa yandan, “Avrasiya” kanalı Qazaxıstana okeana yol açardı, bu isə Çin mallarının kanal üzrə gedib-getməyəcəyindən asılı olmayaraq böyük üstünlükdür.

Orta Asiya və Rusiyanın bəzi KİV-ləri “Avrasiya” kanalını “Vladimir Putinin su yolu” adlandırır, çünki o bu layihəni dəstəkləyir, amma o, Rusiyadan daha çox Orta Asiya dövlətlərinə gərəkdir. KİV-lər habelə bu kanalı “təhükəzsilik xatirinə hədiyyə” adlandırır, belə ki, Putin əmindir: bu kanalın inşasında iştirak bölgədə siyasi münaqişələri qabaqlayacaq, bu isə həm bölgənin özünün, həm də Rusiyanın təhlükəsizliyinə çox şərait yaradar. Hər şeyin əvvəlinin olduğundan bu fakt danışır ki, 2009-da Avrasiya İnkişaf Bankı (AİB) Xəzər, Azov və Qara dəniz bölgələrini (və dənizləri) birləşdirəcək su yolunun inşası imkanlarının öyrənilməsinə 2,7 milyard dollar ayırıb, amma bu axtarışların nəticələri indiyədək elan edilməyib.

Rusiya geopolitiki Duqinin fikrincə, “Avrasiya” kanalı Rusiyanınn Qazaxıstandakı mövqeyini gücləndirər və Süveyş kanalına rəqib olardı, çünki Çin mallarının mühüm nəql yoluna çevrilərdi. Bundan başqa, çinlilər bu layihəni yüksək dəyərləndirir, çünki Avropa Birliyi ölkələrinə birbaşa yol açardı, bu isə təkcə bölgəsəl deyil, həm də Avrasiya ticarətinə təkan verərdi.

Gazeta.ru portalında fikrini ifadə edən ekspert Aleksey Pavlovun hesab etdiyi kimi, “Avrasiya” kanalının inşasında daha çox maraqlı olan tərəflər Çin və Qazaxıstandır. Hazırda malların Cənubi-şərqi Asiyadan Avropaya çatdırılması iki aya qədər vaxt aparır, “Avrasiya” kanalı isə meydana çıxsa, çatdırma müddəti  on günə qədər azalar. Qazaxıstanın layihədə marağı var, çünki nefti vasitəçisiz ixrac edə bilər, axı indi Qazaxıstan neftinin, haradasa, 70%-i Tenqiz-Atirau-Həştərxan-Novorossiysk neft borusu vasitəsilə Rusiya ərazisi üzrə nəql olunur. Boru kəmərlərindən istifadə neft-qaz ixracatını çox qəlizləşdirir, buna görə də Astanada bunu neft göndərməyin “köhnəlmiş” variantı sayırlar. Kanal köhnə marşrutların yükünü azaldan yeni yol olardı.

“Avrasiya” kanalı bir dənizdən başqasına yolu min kilometr azaldar, mövcud Volqa-Don kanalıyla tutuşdurulsa, böyük buraxılış qabiliyyətinə malik olardı (ildə 45 milyon tona qədər).

Qlobus” analitik nəşrinə şərh verən erməni ekspert Andranik Ovanisyanın hesab etdiyi kimi, “Avrasiya” kanalı layihəsi inşa edildiyi bölgənin özəlliklərinə uyğun gələrdi. Başqa sözlə, “Avrasiya” kanalı Rusiya-Çin-Qazaxıstan iqtisadi və geopolitik münasibətlərinin inkişafıyla birbaşa bağlıdır. Kanalın inşasında mühüm element bölgədəki təhlükəsizlikdir, çünki Orta Asiya bölgəsi ölkələrinin təhlükəsizlik maraqları nəzərə alınmadan yeni su yolu salmaq mümkün deyil.

Ermənistan Türkiyənin nüfuzundan qorxur (orada Türkiyədə erməni soyqırımını (mətndə bu cürdür-red.) hələ unutmayıblar), çünki bu dövlət  SSRİ dağılandan sonra Orta Asiyada, o cümlədən Qazaxıstanda da Rusiya, İran və Çini (onların tərkibindəki çoxsaylı türk xalqlarına görə) narahat edən pantürkçü ideologiyanı yaymağa başlayıb. İranda böyük (türk mənşəli) Azərbaycan diasporunun yaşadığı İran Azərbaycanı var, deməli, separatçı ideyalar orada əks-səda tapa bilər. Rusiya pantürkçülük ideologiyasıyla bağlı Ermənistanın əndişəsinə şərik çıxır (pantürkçülüyü hələ SSRİ-də millətçi ideologiya elan etmişdilər). Volqaboyu və Sibir xalqları onun təsirinə düşə bilər (ki Azərbaycan və Türkiyədən dəstəksiz mümkün deyil). Bu, Rusiyada “daxili savaş” alovlandıra və Çinin uyğurlar məskunlaşan şimali-qərb əyalətlərində də eyni problem meydana çıxa bilər.

 

Layihəyə Vaşinqton baxışı

 

ABŞ və NATO Xəzər dənizi və Xəzəryanı bölgəni “ABŞ xarici siyasəti üçün ən önəmli bölgə” sayaraq bura böyük diqqət ayırır. Vaşinqton orada Gürcüstanın Qara dəniz sahillərindən başlayaraq Qazaxıstanın şərq sərhədlərində qurtaracaq Avroatlantik birliyi zonası formalaşdırmağa can atır. Bu ərazi üzərində nəzarət (Amerika diplomatları buranı Böyük Xəzər adlandırırlar) ABŞ və NATO-ya Orta Asiyada böyük üstünlük təmin edər və dünya energetika bazarında ABŞ-ın mövqeyini xeyli möhkəmləndirərdi. Amma Birləşmiş Ştatları Xəzər dənizinin qərb və şərq sahillərindən sıxışdırmağa nail olmuş Rusiya və Çin Vaşinqtonun istəklərilə razılaşmır. ABŞ buna görə də “əldən buraxılmış imkanlar” strategiyasına əməl etməyə məcburdur ki, bölgədə, heç olmasa, cüzi iştirakını saxlasın.

Ümumiyyətlə, Rusiya və Çin qarşılıqlı ziddiyyətləri anlaşmayla həll etsə də, onların da maraqları fərqlənir. Rusiya bölgə dövlətlərinin təhlükəsizliyini nəzarətə götürüb (Qazaxıstanda beş, Qırğızıstanda üç, Tacikistanda iki hərbi bazası var), Pekin isə energetika resurslarını nəzarətə almağa çalışır. Bundan başqa, Orta Asiya dövlətləri 2014-cü il mayın 29-da Avrasiya Birliyinə daxil olmaq müqaviləsi imzalasa da, Pekin bunu diqqətə almır və “iqtisadi ekspansiya” siyasəti yürüdərək Avrasiya Birliyi üzvlərinin RF ilə inteqrasiyadan imtinasına nail olur. Çin Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistanla xüsusən fəal işləyir ki, onları özünə bağlasın.

“Avrasiya” kanalı layihəsi Türkiyə və Azərbaycanı da qane edir, çünki Qazaxıstanın Xəzər dənizi limanlarının modernləşdirilməsi ticarət və əməkaşlığın inkişafına şərait yaradır. “Avrasiya” kanalı Bakı-Tiflis-Qars istiqamətində dəmiryol daşımalarını da fəallaşdırardı.

agitpro.su portalı “Avrasiya” kanalını nəhəng sayır və dünyaya və bölgəyə nələr gətirə biləcəyini analiz edir. Bu layihə əsas “cizgilərilə” Rusiyada Oktyabr inqilabından sonra biçimlənib. Mühəndis F.P.Morqunekov 1921-də iki dənizin birləşdirilməsi üzrə sonrakı layihələrin əsası olan Manıç kanalının inşasını təklif edib. Maraqlıdır ki, Avropa və Asiya arasında şərti sərhəd olan Volqa-Don kanalını inşa edərkən bu ideyanı Sovet İttifaqının dönəmində qismən gerçəkləşdiriblər. Əvvəllər kanalın yerində Xəzəri Azov dənizilə birləşdirən təbii yarğan var idi. Onun uzunluğu 500 km-ə, eni isə 20-30 km-ə çatırdı. Ən dar yerdə bir kilometr yarıma yaxın idi. Qara dənizin səviyyəsi Azovunkundan cəmi 20 sm yüksəkdir ki, bu da kanal inşası üçün çox əlverişlidir.

SSRİ 1936-da bu bölgədə 329 km uzunluğunda kanal çəkməyə nail olub, amma dərinliyi az idi. Oturumu 1,3 m-dən çox olmayan gəmilər kanalda üzə bilirdi. Knalın inşası II dünya savaşından sonra davam edib. Daha dəqiqi, ötən əsrin 40-cı illərində əvvəlkindən bır sıra üstünlükləri olan Volqa-Don kanalının inşası başlanıb.

Aydındır ki, yeni “Avrasiya” kanalı iqtisadi deyil, birinci növbədə siyasi baxımdan sərfəli olacaq. RF-nin artıq Volqa-Don kanalı var, amma onun nöqsanı ora buraxılan gəmilərin yükgötürmə qabiliyyətidir (beş min tonadək). “Avrasiya” kanalı Orta Asiya dövlətlərinə daha çox gərəkdir, çünki böyük (on min tona qədər) yükgötürən gəmilər üçün nəzərdə tutulacaq və onlar buna görə də Azov, Qara və Aralıq dənizlərilə maneəsiz üzə  bilər.

Bundan savayı, yeni kanal böyük buraxılış qabiliyyətinə malik olardı – ildə 58 milyon tonadək, Volqa-Don kanalı isə yalnız 16,5 milyon ton  buraxa bilir.

Rusiyanın qurbanlarının nə qədər böyük olduğunu sıradakı məlumatlar təsdiqləyir. “Avrasiya” kanalı layihəsi müəyyən iqtisadi, sosial və ekoloji risklərlə bağlıdır. Son illərdə Volqa-Don kanalında trafik çoxalıb ( 75% yüklənib), amma kanalın imkanlarından tam istifadə olunmur. Bu bildirir ki, nəhəng “Avrasiya” kanalının inşasına kəskin ehtiyac hələlik yoxdur. Yeni kanal üzrə nəzəri olaraq Qazaxıstan neftinin nəqli mümkün olacaq, bəs onda mövcud boru kəmərini nə edək? Rusiya ekspertlərinin fikrincə, “Avrasiya” kanalı layihəsi qeyri-məqbuldur, çünki Qazaxıstan Çin mallarının Avropaya ixracatından (ildə iki milyarddan dörd milyard dollara qədər) qazanacaq, Rusiya isə ziyan qoyacaq.

Ekspertlər hesab edirlər ki, Orta Asiyanın sərvəti və geopolitik önəmi üzündən bu bölgə xüsusən də Avrasiya qitəsi çərçivəsində getdikcə daha çox önəm qazanır və deməli, nəhayət, bölgədə kimin lider olduğunu öz aralarında aydınlaşdırmalı olacaq Moskva və Pekinin münasibətlərilə qırılmazcasına bağlıdır.

Aydındır ki, Asiyadan Avropaya aparacaq kanala Rusiya nəzarət edəcək. Başqa yandan, kanalın uzanacağı Rusiya cənubu inkişaf üçün güclü təkan alacaq: bu yolla Xəzər dənizindən neft nəql etmək mümkün olacaq. Üçüncüsü, “Avrasiya” kanalı yüklənmiş Bosfordan yan keçən Burqas-Aleksandrupolis layihəsinin tərkib hissəsi ola bilər. Amma yenə də “Avrasiya” kanalının inşası qarşıda yalnız həllini gözləyən siyasi maraq və məsələlərdən asılıdır.

Dünya diplomatları son 15 ili “dəyişikliklər illəri” adlandırırlar və Orta Asiyada nə baş vermiş olduğunu və nə baş verdiyini nəzərə almasaq, bu dəyişiklikləri anlamaq mümkünsüzdür. Xüsusən önəmlidir ki, bu məkanda strateji siyasi və iqtisadi birliklər, o cümlədən Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatı (KTMT) və o cümlədən Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanın daxil olduğu Avrasiya Birliyi fəaliyyətdədir.

Yeni kanalın əleyhdarları da var. Ən qatısı – ekoloqlardır, çünki onların sözlərinə görə, kanal bölgənin flora və faunasına mənfi təsir edəcək (kanala görə Donun və qollarının suyunun bir qisminin yönünü dəyişmək lazım gələcək, bu isə Rostov vilayəti və qonşu bölgələrin ekoloji sistemini pozacaq).

Çinin “Bir qurşaq və bir yol” (Yeni ipək yolu) proqramı çərçivəsində alternativ layihə gerçəkləşdirmək və Qara dənizi Fars körfəzinə bağlamaq istəyən İran da qarşı çıxır.

ABŞ da, “Avrasiya” kanalına qarşı çıxış edir, amma başqa səbəblərdən. Çin və Rusiya arasında iqtisadi və geopolitik əməkdaşlığın güclənməsi Vaşinqtona xoş gəlmir, “Avrasiya” kanalı isə buna da şərait yaradır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə