XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 16:12

İŞİD Orta Asiyanı təhdid edir:Tacik-əfqan sərhədi əsas mübarizə cəbhəsinə çevrilir

234844069Əvvəllər SSRİ-nin tərkibinə daxil olmuş Orta Asiya dövlətləri Rusiyanın dəstəyindən yararlanıb, İŞİD-in öz ərazilərinə soxulmasına qarşı fəal mübarizə aparırdı.  “Taliban” hərəkatından başqa İŞİD də Tacikistan-Əfqanıstan sərhədində möhkəmlənməyə cəhd edir. Mən ekstremistlərlə mübarizənin ön cəbhə xəttində oldum.

Gecə partlayış səsləri eşidilir

Dumana bürünmüş çayın o biri sahilində əfqan məscidi görünür. İbadətə çağırış səsləri gəlir. Bəzən də zavodların uğultusu eşidilir.

Tacikistanın güney-qərbində yerləşmiş Açağı Pənc uzunluğu 672 m-lik körpü ilə Əfqanıstanla bağlıdır. Körpünün yanında gömrükxana nəzarəti və mühacirət xidmətinin binaları yerləşir. Hər iki istiqamətdə böyük yük maşınları hərəkət edir. Tacikistana əsasən Pakistan və Hindistandan meyvə-tərəvəz tədarük edirlər. Sərhədyanı zolaq ilk baxışdan yetərincə  dinc görünür, lakin islamçı radikallar bu bölgəyə də diqqət yetirirlər. Sərhədboyu tikanlı məftil çəkilib. Səngərlərdə oturmuş əsgərlər silahlarını qarşı tərəfə tuşlayıblar. Gecələr atışma və partlayış səsləri eşidilir.

Tacik sərhədçisi deyir ki, təhlükəsizliklə bağlı durum pisləşib, son iki ayda keçən yük maşınlarının sayı 40% azalıb.

Tacikistanın quzeyində təhlükəsizlik 2014-cü ildə zəifləyib. Əfqanıstan hökuməti ilə qarşıdurmada olan “Taliban” hərəkatı nəzarətindəki əraziləri genişləndirib.

Bundan başqa, sərhədyanı bölgələrdə İŞİD-in fəaliyyəti ilk dəfə təsdiqlənib. Keçən ilin mayında məlum oldu ki, Tacikistan DİN “OMON” komandiri Gülmurad Halimov İŞİD sıralarına daxil olub. Bundan savayı, Özbəkistan İslam hərəkatı keçən ilin yayında İŞİD-ə sədaqət anı içilən və Orta Asiyada İŞİD-in filialının yaradılmasını tələb etdiyi videonu yayımladı.

Keçən ilin sentyabrında müdafiə nazirinin müavininə tabe olan dəstə üsyan etdi, nəticədə 49 nəfər həlak oldu, 140 nəfər həbs edildi. Tacikistan Milli qvardiyası komandirinin müavini general-mayor Rəcəbəli Məhmədəliyev deyir: “Dəstə Əfqanıstanın quzeyindəki terrorçu qruplaşmalarla bağlıydı. Təhlükə artır”.

Uzunluğu 1344 km təşkil edən Əfqanıstanla sərhədi qorumaq elə də asan deyil. Tacikistan prezidentinin yanında Srtateji araşdırmalar mərkəzinin rəhbəri Xudoberdi Xoliknazarov xəbərdarlıq edir: “Rusiya Suriyada aviazərbələr endirir, buna görə də ehtiyatları yoxdur. Ekstremistlərin Əfqanıstanda fəallaşması bizə böyük xoşagəlməziklər yaradır”.

Rusiya hərc-mərclikdən qorxur

Orta Asiya Rusiya üçün Güney Qafqazla islam radikallarından bağlı müdafiə xəttidir. Tacikistanda Rusiyanın ən böyük hərbi bazası yeləşir.

“Ruslar! Bizim uşaqları öldürdüyünüz qədər biz də sizinkiləri öldürəcəyik!”

İŞİD keçən il dekabrda rus agentinin edamı videosunu yayımladı. Cəllad rus dilində bu cür xəbərdarlıq etdi.

FTB-nun direktoru Aleksandr Bortnikov sıradakı fikri bildirir: “2900-dən çox rusiyalı Suriya və İraq ərazilərində terrorçu qruplaşmaların fəalliyətində iştrak edir”.

Rusiya 90-cı illərdə Çeçenistanda islamçı hərbi birləşmələrlə sərt mübarizə aparırdı. Ehtimal edilir ki, çeçenlərin əksəriyyəti hazırda İŞİD-in döyüşçüsü olub. Hüquq-mühafizə xidmətlərinin məlumatına görə,Taciksitandan 600, Qırğızıstandan 500 nəfər İŞİD-ə qoşulub. Keçmiş sovet respublikaları döyüşçülərin əsas tədarükçüsüdür.

Bu fakt Rusiyanı çox narahat edir ki, İŞİD Əfqanıstanın quzeyində təsirini gücləndirir. Məsələ burasındadır ki, Moskvanın fikrincə, bu, onun “iç həyət” saydığı Orta Asiyada durumu sabitsizləşdirə bilər. Prezident Putin bildirib ki, silahlılara toxunulmasa, onda Rusiya və digər respublikalara dönüb adamları öldürməyə başlayacaqlar.

Rusiya, Tacikistan və digər keçmiş sovet respublikalarının daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı keçən ilin mayında Əfqanıstanla sərhəddə ilk dəfə irimiqyaslı hərbi təlimlər keçirtdi. Müxtəlif ölkələrin bölmlərinin toplanması nəzərdən keçirildi: terrorçuların hücumu zamanı bu qüvvələrin toplanması 48 saatda həyata keçirilməlidir.

Putin növbəti ayda MDB başçıları sammitinin gedişində qeyd etdi ki, Əfanıstanda durum daha da gərginləşib. Terrorçuların hədəflərindən biri Orta Asiyadır. O, bütün ölkələri əməkdaşlığa çağırıb bildirdi ki, birgə fəaliyyət son dərəcə zəruridir.

Tacikistan 1991-ci ildə SSRİ dağılandan sonra müstəqil oldu. 1992-ci ildə islamçı güclərlə keçmiş kommunistlər arasında qarşıdurma vətəndaş müharibəsinə səbəb oldu.

Vətəndaş müharibəsinin gedişində İmoməli Rahmon Taciksitan Ali Sovetinin sədri oldu. 1994-cü ildə prezident seçildi.

Tacikistan ərazisinin 90%-dən çoxunu dağlıq yerlər tutur. Əhalisi 8,4 milyon nəfər təşkil edir. Əksəriyyəti müsəlmanlardır. 2013-cü ildə ÜDM-in adambaşına düşən gəliri 1046 dollar təşkil edib. Bu, Orta Asiya ölkələri içində ən aşağı göstəricidir.

 

Hitoki Nakaqava

Асаhи симбун (Yaponiya),  25.01.2016




Yuxarı Əvvələ Ana Səhifə