XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 04:23

İldə bir dəfə cəsədi yuyulan rəhbər…
SSRİ dönəmini xatırlayan hər kəsə Vladimir İliç Ulyanov adı tanışdır. O, sosialist inqilabının banisi, publisist, SSRİ-nin qurucusu kimi tarıxə düşüb. SSRİ dönəmində 22 aprel – böyük rəhbərin ad günü təmtəraqla qeyd edilərdi. Daha çox Lenin kimi tanıdığımız bu şəxs 22 aprel 1870-ci ildə Moskva vilayətinin Simbirsk rayonunda dünyaya gəlib. Haqqında minlərlə kitab yazılsa da, ətrafında dolaşan miflər bu gün də aktualdır. ümumiyyətlə, sovet imperiyası dağıldıqdan sonra məlum olmdu ki, bu insan haqda yazılanların çoxu onun real həyatını deyil, daha çox təbliğat üçün düşünülmüş əfsanələri əks etdirir. Analitik.az 50 ildən çox Leninin həyatını öyrənən tarixçi Vladlen Loqininin araşdırmaları əsasında bir zamanlar böyükdən kiçiyə hamı üçün bütə çevrilmiş Leninin mif və həqiqətlərini təqdim etməyə çalışacaq.
Lenin yəhudi köklərə malik idimi?
Haqqında uzun illər mübahisə edilən miflərdən biri onun yəhidi köklərinin olması ilə bağlı idi. Leninin ata xətti ilə hər şey aydındır – onun atası rus idi. Lakin ana xəttində həqiqətən də yəhudi izləri var. Vladimirin ana xətti ilə ulu babası Moyşa Blank yəhudi olub. O, arxivlərdə qalan, vaxtilə imperator I Nikolaya ünvanlandığı məktubunda deyir ki, 40 il əvvəl arvadının həddən artıq dindar olması səbəbindən 1835-ci ilin yanvarında xristianlığı qəbul edib və hətta yəhudi adından da imtina edərək, Dmitri olub. Artıq sovet dövründə həmin Blank haqda arxiv sənədlərini Leninin silahdaşı Kamenyova təqdim ediblər. Buraxin bu sənədi görəndə Kamenova: ” Bu fakt artıq önəmli deyil, bəs nə edək?, demişdi. Bundan sonra o sənədləri heç kim görməyib…
Lenin sonsuz olub?
Bəzi tarixçilər iddia edirlər ki, Lenin hər hansı fizioloji çatışmazlıqların ucbatından qadınlardan qorxurdu. Bu, doğru deyildi. Cavan yaşlarında Leninin bir neçə sevgilisi olub. Armand İnessa ilə münasibətləri isə hamıya məlum idi. Bu sevgi məcaraları Nadejda Krupskayanın kəskin reaksiyasından sonra bitmişdi. Buna baxmayaraq, ailələrində uşağın olmaması indiyədək Lenin haqda müxtəlif şayiələrə səbəb olub. Faktlar və sənədlər isə başqa söz deyir. Ufada olarkən, Nadejda həkimə müraciət edib. Arxiv sənədlərinin arasında belə məktub var:”Nadya yəqin ki xəstəxanada yatmalı olacaq – Vladimir İliç yazırdı, – həkimonda ciddi qadın xəstəliyi tapıb “. Ona qoyulan diaqnoz isə həmin dövrlərdə müalicə edilə bilməzdi…
Bu beyinlə necə yaşamaq olardı?
İndiyədək Leninin sifilisdən əziyyət çəkməsi və elə bu xəstəlikdən də dünyasını dəyişməsi barədə şayiələr gəzir. Amma bu haqda bir neçə ekspertizanın nəticələri də mövcuddur. Sovet hakimiyyətinin təsirindən asılı olmayan xarici mütəxəssislərin apardığı araşdırmaların nəticəsində məlum olub ki, Leninin ölümünə səbəb bir-birinin ardınca baş verən insultlar olub. Onun beyin –qan – damar sistemi ciddi zədələnmiş vəziyyətdə olub. Lakin sifilisdən heç bir əlamət tapılmayıb. Sonralar isə artıq böyük rəhbərin 100 illik yubileyi ərəfəsində Lenin haqda bu dedi-qoduları yatırtmaq üçün Brejnev yenidən onun duaqnozunu yoxlamaq tapşırığı verir. Alimlər Moskvada institutların birində saxlanılan Leninin beynini bir daha tədqiq ediblər. İnsan beyni sahibinin bütün xəstəlikləri haqda məlumat toplamağa imkan verir. Bu dəfə də deyilən xəstəlikdən heç bir əlamət tapılmır. Amma onun beynini tədqiq edən mütəxəssislər təəccüblənirlər : beyin həqiqətən dəhşətli vəziyyətdə olub. Ekspertlər insanın belə beyinlə necə yaşaya bilməsinə sadəcə təəccüb ediblər.
Sergey – Leninin əkiz qardaşı varmış
Amma yəqin çoxları Sovet dövlətinin banisi Leninin Sergey adlı doğma əkiz qardaşı olduğundan xəbərsizdirlər. Əvvəllər bu sirri yalnız yaxınları bilirdilər. Elə Vladimirin özü də əkiz qardaşının olmasını həmişə gizlətməyə çalışırdı. Onun adı Sergey Ulyanov olub. Təəssüf ki, Vladimir İliçin ölümündən sonra Stalin onun haqda xatirələri və arxiv materiallarının silinməsi üçün əlindən gələni edib. Bu yaxınlarda əkiz qardaşların şəkli təsadüfən tarixçilərin əlinə düşür. Məlum olur ki, Sergey, Leninin həqiqi əkizi olub. Ailənin sevimlisi olan Sergey Vladimirdən xeyri fərqlənirmiş. O , heyvanları çox sevirmiş və elə bu səbəbdən ömrünün axırına kimi baytar həkimi peşəsini dəyişməyib. Sergeyin 16 yaşı olarkən o, evi tərk edərək Ufa quberniyasına gedir və Zöhrə adlı yerli bir qızla evlənir. Otuz yaşında Sergey İliç mum satışından yaxşı gəlir əldə edir. 1905-ci il üsyanından sonra gənc kommunistlər üçün çətin dövr başlayır. çoxlu maliyyə problemləri yaranır. Ona görə də Vladimir İliç 1906-cı ildə kömək üçün imkanlı qardaşına müraciət edir. O, Sergey İliçə belə bir məktub yazır: “Mövcud olmaq üçün avadanlıq lazımdır. Bunsuz inqilab məhv olacaq”.
Lenin qardaşının məsləhətlərinə həmişə qulaq asırdı. “Biz birlikdə qüvvətliyik – Vladimir İliç belə deməyi sevərdi ” – Nadejda Krupskaya sonralar xatırlayırdı. Gənc ölkə möhkəmlənib ayaq üstdə dura bildikdən sonra Sergey İliç doğma Ufa quberniyasına qayıdır. O, orada maarifçilik və təşviqatla fəal məşğul olur. Lenin öldükdən sonra hakimiyyətə gələn Stalin dahi rəhbərin məsləkdaşlarının ovuna çıxdı. Stalinin qanlı siyahısında Sergey İliç də vardı. Lakin Sergey İliç Litvaya qaçaraq Rumıniyadan İsveçrəyə keçir. O, gündəliyində yazırdı: “Mən repressiyadan ehtiyat etdiyimdən vətənimə xidmət edə, qardaşımın işini davam etdirə bilmədim”. Onun həyatında marqlı bir fakt da mövcuddur: Sergey islam dininə meylli olub. İslam dininin daha dərin tədqiqi üçün o, Məkkəyə yollanır. Orada 2 il qalır. Təəssüf ki, islamlaşma nəzəriyyəsi nə vətənində, nə də xaricdə dəstəklənir. 1950-ci ildə o, inqilab yoldaşı Fidel Kastro tərəfindən Kubaya dəvət olunur və ömrünün axırına kimi orada qalır. Sergey İliç 1965-ci ildə Kubada vəfat edir.
Cəsədə atəş…
21 yanvar 1924-cü ildə dünyasını dəyişən Lenin mumiyalanaraq, Moskvanın Qızıl meydanında Mavzoleydə saxlanılır. Lenin Mavzoleyi onun ölümündən qısa müddət sonra 1924-cü ildə açılıb. Leninin ilk məzarı taxtadan hazırlanmışdı və ora giriş məhdudiyyəti var idi. Tezliklə arxitektor Şusevin layihəsi əsasında yeni Mavzoley ucaldılır. Daşdan olan 3-cü və sonuncu Mavzoley isə yenə də Şusevin layihəsi əsasında 1930-cu ildə tikilib. Lakin çoxları bilmir ki, bu mavzoley min illər əvvəl Misirdə tikilən piramidaların konstruksiyasının eynidir.
Burada sadəcə forma fərqlidir: o dövrün görkəmli memarı Şusev sovetlərin məbədini Mesopatamiyadakı məbədlərdən fərqləndirə bilmişdi. Amma bunu məqbərənin yeganə ma
raqlı sirri hesab etmək olmaz . Məlumdur ki, müəyyən illərdə Leninin cəsədi Mavzoleyi tərk edib. Bu, Böyük Vətən müharibəsi dövründə baş verib . “Səfər” Tümen şəhərinə olmuşdu. Buradakı zahirən sarayı xatırladan bina bir müddət Lenin Mavzoleyinin funksiyasını yerinə yetirirmişdi. Bundan başqa, məqbərə və Leninin cəsədinə müxtəlif illərdə zədə toxundurmaq istəyiblər. Bu, hətta sovet hakimiyyətinin möhkəmləndiyi bir dövrdə də baş verirdi. Kolxozçu Nikitin 1934-ci ildə Leninin cənazəsinə atəş açmaq istəsə də, cəhdi uğursuz olub, Nikitin özü isə intihar edib. Ən qəribə hadisə isə 1960-ci ildə baş verib. Qırğızıstandan gələn Minibayev Mavzoleyə girir və ayağı ilə sarkofaqı vurur. Şüşə qırıntıları Leninin cəsədinin üstünə tökülür, bundan sonra isə Mavzoley bərpa işləri üçün bir aylığa bağlanmalı olur. Lakin Leninin məqbəri bir başqa səbəbdən də zaman –zaman bağlanır.
Məsələ burasındadır ki, 91 il bu məqbərədə saxlanılan cəsəd hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. Bu proses isə nə az, nə çox , düz 2 ay çəkir. Bu müddət ərzində Mavzoley ziyarətçilərin üzünə bağlı olur. Vladimir İliç Leninin mumiyalanmış cəsədi üzərində ümumrusiya dərman və aromatik bitkilər insititutu mütəxəssilərindən ibarət xüsusi qrup işləyir.



Yuxarı Əvvələ Ana Səhifə