XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 10:11

Xristian soyqırımlarının qandonduran tarixi – ARAŞDIRMA

“Biz müdafiədə deyil, ancaq hücumda olmalıyıq”

Katolik xristianların lideri və tarixi kütləvi qətllər, vəhşiliklər, əxlaqsız əlaqələr və uşaqların zorlanması ilə ləkələnmiş Vatikanın başçısı Osmanlı imperiyasının qürubunda baş vermiş hadisələri “soyqırımı” adlandırdı. Qoy iltifatlı Papa lap yaxındakı güzgüyüə yaxınlaşsın və ondakı əksinə baxsın.

Məlum olduğu kimi, qərb yarımkürəsində yeni ərazilərin kəşfi ilə bağlı olaraq müstəmləkələri işçi qüvvəsi ilə təmin etmək üçün Avropa ölkələri milyonlarla afrikalını kölə halına saldı.

Bristol və Liverpul qul alveri ilə məşğul olan Britaniya gəmilərinin çıxdığı başlıca limanlar oldu. XVII yüzillikdə Liverpuldan çıxan hər dörd gəmidən biri “diri mal” daşıyırdı. O vaxtlar Avropada qul alveri, məsələn, meyvə və tərəvəz satışı kimicə təbii bir məşğuliyyət idi.

Qul ticarəti ilə məşğul olan gəmidə 150-dən 600-ədək adam yerləşirdi. Gəmilər “diri mal”la, orta hesabla, 21-90 günə Amerikaya çatırdı. Qiyam qalxacağı qorxusundan kölə kişiləri zəncirlə bir-birinə və yaxud gəminin körpüsünə bağlayırdılar. Yolda çoxları basırıqdan, hava çatışmazlığından, xəstəliklərdən həlak olurdu. çox vaxt “diri mal”ın yarısı göndərildiyi yerə çatmırdı. Xəstə kölələri öldürür, cəsədini dənizə atırdılar. Başqa ölkələrin dəniz quldurları tez-tez Britaniya gəmilərinin hücumuna məruz qalırdı. Britaniyalılar müsadirə edilmiş yükü və qaradərili qulları Virginiyada, ya da Antil adalarında satırdılar.

Britaniya parlamentinin məlumatına görə, britaniyalılar 1786-cı ildə Afrikadan Amerikaya 60 min, fransızlar 23 min, hollandlar 11 min, portuqallar 1700 qul daşıyıblar. 1786-cı ildə satılan afrikalı kölələrin sayı 97,5 min nəfər, 1787-cin ildə isə 100 min nəfər təşkil edib.

1681-ci ildə Virginiyada iki min qul var idi. 1850-ci illərdə Amerikadakı qara qulların sayı dörd milyonu keçmişdi. XVI-XIX yüzilliklər arasında təkcə Braziliyaya gətirlmiş qaradərili qulların sayı 3,5 milyon nəfər olub. Amerika qitəsinə cəmi 15 milyon kölə halına salınmış zənci daşınıb. İtkilər nəzərə alınsa, onda demək olar ki, yük gəmilərinə mindirilərək Afrikadan aparılan qaradərililərin sayı 25 milyondan az olmayıb. Dünyanın o vaxtkı əhalisini nəzərə alsaq, bu rəqəm fəlakətli dərəcədə böyük görünür.

Seneqal prezidenti Senqorun 1962-ci ildə Dakar kollegiumunda etdiyi çıxışda misal çəkdiyi məlumatlara görə, qul ticarəti vaxtı Amerikaya 20 milyon kölə daşınıb. Lakin yaxalanma zamanı və gəminin anbarında ölənlər hesaba salınsa, dəhşətli bir mənzərə yaranır.

Əlcəzairin birinci prezidenti Əhməd ben Billah səlibçilərin soyqırım qəddarlığını belə təsvir edir: “1492-1800-cü illərdə 100 milyon afrikalı öldürülüb. O vaxt Britaniyanın əhalisi 3 milyon, İspaniyanınkı 11 milyon idi”.

1977-ci ildə yazılmış “Sivilizasiyaların dialoqu” kitabının müəllifi Roje Qarodi (o, 1972-ci idə İslamı qəbul edib) səlibçilərin fəlakətli tarixini bu cür rəqəmlərlə ifadə edib: “Qərb Amerikanın yüz milyondan çox yerli əhalisini öldürüb. Bu, dünya tarixində görünməmiş soyqırımıdır. Sonralar “diri mal”la ticarət müddətində yüz milyondan az olmayan insanın həyatına son qoyan daha bir cəfəng soyqırımı həyata keçirildi”.

Lakin bu soyqırımlar necə mümükün oldu? Papa VI Aleksandr 1493-cü ildə dünyanı Portuqaliya ilə İspaniyanın arasında böldü. Bölünmə haqda “Tordesilyas sazişi” adlı bu sazişdən sonra dünya əvvəllər görünməmiş insan faciələrinin şahidi oldu. Deməli, Amerikanın köklü 100 milyon sakininin həyatı məhv edildi. Yaranmış işçi qüvvəsi qıtlığını aradan qaldırmaq məqsədilə Afrika qullarının alverinə başlanmışdı. Bəzi hesablamalara görə, bu prosesin gedişində Qərbə 15 milyon kölə daşınıb, afrikalılar arasında itkilərin ümumi sayı isə 100 milyon insan təşkil edib.

Bütün bunlar dünyanın bölünməsi haqda Vatikanın nəzarəti altında Osmanlı imperiyası ermənilərinin köçürülməsini “soyqırımı” adlandıran Papalığın həyata keçirdiyi sazişə uyğun edilib.

İspanlar əraziləri əlindən alınmış Latın Amerikası aborigenlərini “ilahi səltənəti” tanımağa məcbur etmək üçün yaratdıqları “enkomend” sistemi çərçivəsində “xristianlaşdırmaq müqabilində bir qəpik dəyərində məcburi əmək müqaviləsi” tətbiq etdilər. Milyonların həlak olmasına baxmayaraq, Papalıq isə bu “xristian dəyərlərinə birləşdirmə missiyası”ndan çox məmnun idi. önəmli olan yalnız bu idi ki, Vatikanın “ilahi səltənəti”nin sərhədləri genişlənirdi.

Ankaranın üzülməyi və yaxud gərəksiz həssaslıq nümayiş etdirməyi lazım deyil. Onun Vatikana arxa tərəfi qatran kimi qara güzgü bağışlamağı lazımdır. Və imza atılsın: “öz qaranlıq tarixinə bax”.

Bəs televiziya, mədəniyyət, təhsil nazirlikləri nəyi gözlləyir? Niyə onlar səlibçilərin və Qərbin qanlı tarixini millətimizə danışmağa tələsmir? Biz müdafiədə deyil, ancaq hücumda olmalıyıq. Qoy səlibçilər müdafiə olunsun…

Alper Tan

“Dünya ve Gerçekler” dərgisi (Türkiyə), 15.04.2015